Məhkəmə qərarları › İş №2(009)-1075/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1075/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1075/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail Rayon icra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı uşaq tələbi, məhkəmənin müəyyən etdiyi alimenti və yaranmış aliment borcunu ödəməkdən azad etmə və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail Rayon icra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahından 08.08.2009-cu il tarixdə anadan olmuş X1 Cavabdeh alınaraq ona verilməsi, onun Bakı şəhəri səbail rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(009)-1660/2018 saylı qətnaməsi üzrə bu vaxta qədər yaranmış aliment borcundan və 08.08.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi və 08.08.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh ona qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə 28 yanvar 2021-ci il tarixdə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir və hal-hazırda iş həmin məhkəmənin icraatında olmaqla iş üzrə rəy alınması üçün mülki iş Lənkəran rayon Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Onun övladı X2 doğulduğu vaxtdan Lənkəran rayonunda yaşayır və orada məktəbə gedir. Ona görə də, hesab edir ki, hazırki mülki işə Lənkəran rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda baxılmalıdır. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail Rayon icra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş Lənkəran rayon Məhkəməsinin icraatında olan uşaq tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Təqdim olunmuş iddiaçı Cavabdeh Lənkəran rayon Məhkəməsinə ünvanlanmış cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair 28 yanvar 2021-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə birgə nikahından 08.08.2009-cu il tarixdə anadan olmuş X1 cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin iştirak etdiyi mülki işlər bir-birilə əlaqədar olduğundan, bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və bu səbəbdən həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail Rayon icra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı uşaq tələbi, məhkəmənin müəyyən etdiyi alimenti və yaranmış aliment borcunu ödəməkdən azad etmə və aliment tələbinə dair mülki iş Lənkəran rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar