Məhkəmə qərarları › İş №2(009)-1080/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1080/2022

22.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1080/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli , İddiaçı – cavabdehlər "xxxx" MMC-yə və X1 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı - cavabdehlər "xxxx" MMC-yə və X1 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməyərək verildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, cavabdeh X1 Xidmətinin hüquqi ünvanı kimi göstərilən ünvan 1asamal rayonunu inzibati ərazisinə aiddir. Digər cavabdeh "xxxx" MMC-nin isə hüquqi ünvanının Səbail rayonunun inzibati ərazisinə aid olduğunu təsdiqləyən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nın 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı – cavabdehlər "xxxx" MMC-yə və X1 Xidmətinə qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar