Məhkəmə qərarları › İş №2(009)-1080/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1080/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1080/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və eyni zamanda iddiaçı Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar Nümayəndə2, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yeni qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə2, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi 76 a ünvanında yerləşən "xxxx" MMC tərəfindən sökülmüş ümumi sahəsi 117.3 kv.m olan qeyri-yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından Nümayəndə2 yeni qeyri-yaşayış sahəsinin verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi; Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi 76 a ünvanında yerləşən "xxxx" MMC tərəfindən sökülmüş ümumi sahəsi 116.8 kv.m olan qeyriyaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı2 yeni qeyri-yaşayış sahəsinin verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi; Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi 76 a ünvanında yerləşən "xxxx" MMC tərəfindən sökülmüş ümumi sahəsi 115.2 kv.m olan qeyri-yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı3 yeni qeyri-yaşayış sahəsinin verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 76 a ünvanında yerləşən qeyri-yaşayış sahələri iddiaçıların istifadəsində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72- 74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün Cavabdeh MMC-yə icazə verilmişdir. Buna uyğun olaraq, Cavabdeh MMC ilə iddiaçılar arasında “Qeyri-yaşayış dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” Müqavilələr bağlanmışdır. Belə ki, cavabdehlə Nümayəndə2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 117.3 kv.m, qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. İddiaçı Nümayəndə2 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 117.3 kv.m olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 1800 manat olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. İddiaçı şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, qeyriyaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni qeyri-yaşayış sahəsi ilə təmin etməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 116.8 kv.m, alçı sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. İddiaçı2 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 116.8 kv.m olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 1300 manat olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. İddiaçı şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, qeyriyaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni qeyri-yaşayış sahəsi ilə təmin etməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 115.2 kv.m, ofis kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. İddiaçı3 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 115.2 kv.m olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 1300 manat olmuşdur. Müqavilənin 4cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. İddiaçı şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, qeyri-yaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni qeyri-yaşayış sahəsi ilə təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş, eləcə də, bildirmişdir ki, onun və digər iddiaçıların qeyri-yaşayış sahələri əvvəlki tikilidə birinci mərtəbədə yerləşdiyi halda, cavabdeh onlara yeni qeyri-yaşayış sahələrini ikinci mərtəbədə təqdim elədiyinə görə onlar həmin qeyri-yaşayış sahələrini qəbul etməkdən imtina edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar müqavilə üzrə qeyri-yaşayış sahələrini iddiaçılara verməkdən imtina etmirlər. İddiaçılara müqavilə əsasında yeni qeyri-yaşayış sahələri ikinci mərtəbədə verilir, lakin iddiaçılar birinci mərtəbədən qeyri-yaşayış sahələri istəyirlər, lakin birinci mərtəbədə olan qeyri-yaşayış sahələri digər sakinlərə verilmişdir və birinci mərtəbədə artıq qeyri-yaşayış sahələri qalmamışdır. Məhkəmə işə baxıb, iddiaçı və digər iddiaçıların nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Cəmiyyət”) ilə Nümayəndə2 (“İstifadəçi”) arasında bağlanmış 18 iyul 2018-ci il tarixli Qeyri-yaşayış sahəsinə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında Müqavilədən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 117 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleklsinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 117.3 kv.m olan (atelye kimi fəaliyyət göstərən) qeyri-yaşayış sahəsini yaşayış sahəsinin tikintisi məqsədi ilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 %-ə qədər əlavə sahəni təmirli olmaq şərti ilə “İstifadəçi”yə təhvil verir. İddiaçı Nümayəndə2 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 117.3 kv.m olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi, təhvil götürülən qeyri-yaşayış sahəsindən az olmamalıdır. Yeni qeyri-yaşayış sahəsinin təhvil verilməli olduğu tarix: 36-48 ay. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Cəmiyyət”) ilə İddiaçı3 (“İstifadəçi”) arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Qeyri-yaşayış sahəsinə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında Müqavilədən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 117 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleklsinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 115.2 kv.m olan (ofis kimi fəaliyyət göstərən) qeyri-yaşayış sahəsini yaşayış sahəsinin tikintisi məqsədi ilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 %-ə qədər əlavə sahəni təmirli olmaq şərti ilə “İstifadəçi”yə təhvil verir. İddiaçı3 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 115.2 kv.m olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi, təhvil götürülən qeyri-yaşayış sahəsindən az olmamalıdır. Yeni qeyri-yaşayış sahəsinin təhvil verilməli olduğu tarix: 36-48 ay. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Cəmiyyət”) ilə İddiaçı2 (“İstifadəçi”) arasında bağlanmış 08 iyun 2018-ci il tarixli Qeyri-yaşayış sahəsinə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında Müqavilədən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 117 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 25 may 2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleklsinin tikintisini həyata keçirir. “İstifadəçi” istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 116.8 kv.m olan (alçı sexi kimi fəaliyyət göstərən) qeyri-yaşayış sahəsini yaşayış sahəsinin tikintisi məqsədi ilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyriyaşayış sahəsinin ümumi sahəsi və 20 %-ə qədər əlavə sahəni təmirli olmaq şərti ilə “İstifadəçi”yə təhvil verir. İddiaçı2 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 116.8 kv.m olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi, təhvil götürülən qeyri-yaşayış sahəsindən az olmamalıdır. Yeni qeyri-yaşayış sahəsinin təhvil verilməli olduğu tarix: 36-48 ay. Məhkəmə verilmiş iddia tələbi ila bağlı aşağıdakıları qeyd edir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçılar şəraitinin yaxşılaşdırılacağına güman edərək, cavabdehlə müqavilə bağlamış, qeyri-yaşayış sahəsini boşaltmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçıların qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçıları yeni qeyriyaşayış sahəsi ilə təmin etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh MMC yuxarıda qeyd olunan müqavilələr əsasında qeyri-yaşayış sahələrinin iddiaçılara təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmuş, lakin göstərilən müqavilələr əsasında qeyri-yaşayış sahələrini iddiaçılara təhvil verməli olmasına dair vəzifələrini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə» 12 aprel 2004-cü il tarixli qərarında göstərmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbləri tam əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76 “a” ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 117,3 kv.m olan qeyri-yaşayış sahəsinə 20% əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından Nümayəndə2 yeni qeyri-yaşayış sahəsinin verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 116,8 kv.m olan qeyri-yaşayış sahəsinə 20% əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı2 yeni qeyri-yaşayış sahəsinin verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76 a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 115,2 kv.m.olan qeyri-yaşayış sahəsinə 20% əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından İddiaçı3 yeni qeyri-yaşayış sahəsinin verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar