Məhkəmə qərarları › İş №2(009)-1081/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1081/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1081/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasına Müdafiə Nazirliyinə qarşı zəbt olunmuş olunmuş torpaq sahəsinin boşaldılmsı tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Azərbaycan Respublikasına Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasına Müdafiə Nazirliyinin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən N saylı hərbi hissə tərəfindən zəbt olunmuş Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi T.Məmmədov küçəsində yerləşən mülkiyyətçi X1 mülkiyyətində olan 0.6 ha torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1021/2021 saylı qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə əməl olunmaması əsası ilə geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırmayaraq təkrarən eyni iddia ərizəsini məhkəməyə ünvanlanmışdır. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər təkrarən geri qaytarılmalıdır.. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizəçi tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, iddia tələbini mülkiyyətçi X2 adından verməli olduğu halda, öz adından vermişdir, bununla da, iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikasına Müdafiə Nazirliyinə qarşı zəbt olunmuş olunmuş torpaq sahəsinin boşaldılmsı tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar