Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1084/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, cavabdeh SOCAR-ın Cavabdehsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması və mülkiyyətdə olan torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə törətməməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh SOCAR-ın Cavabdehsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən qeydiyyat nömrəsi № 1265388saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə cavabdeh SOCAR-ın «NeftKəmərləri» İdarəsi tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarının tamamlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 42 a saylı sahədə yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən ******* saylı Çıxarış əsasında onun xüsusi mülkiyyətindədir.Qeyd olunan torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh təşkilat həmin torpaq sahəsində tikinti aparmağına qanunsuz olaraq mane olur. Bu torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasına baxmayaraq SOCAR-ın X4 məxsus olan torpaq sahəsində tikinti işləri aparmağına qanunsuz olaraq mane olur. O, bir neçə dəfə həmin idarəyə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə rastlaşmışdır. Həmin torpaq sahəsində müxtəlif tikinti işləri (hesablama, abadlıq, evin damının dəyişdirilməsi və s) aparmaq niyyətindədir. Hər dəfə tikintiyə başlamaq istəyəndə həmin təşkilatın əməkdaşları ona mane olurlar. Tikinti işinin aparılmasına müdaxilə edilir və ona tikilinin söküləcəyi bildirilir. O, dəfələrlə onlara etdiklərinin qanunsuz olduğunu, torpağın ona məxsus olduğunu bildirsə də hər dəfə mənfi cavab almışdır. Bununla bağlı bütün cəhdləri boşa çıxıb, məcbur olaraq onların qanunsuz əməlindən məhkəməyə şikayət edir.Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı Hacıyeva Göltəkin Arif qızı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, 42a saylı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə çertyojdan görünür ki, hüquq sahibi İddiaçıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 42a saylı ərazidə yerləşən 0.06 ha torpaq sahəsində qanuni əsaslarla müxtəlif tikinti işlərini həyata keçirərkən cavabdeh SOCAR-ın Cavabdehsinin əməkdaşları tərəfindən buna maneçilik törədilmiş və həmin işlər dayandırılmışdır. Məhkəmə daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən qeyd edilən torpaq sahəsinin iddiaçı Hacıyeva Göltəkin Arif qızının mülkiyyətində olmasını və xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla tikinti işləri aparılmasına cavabdeh tərəfindən törədilən maneələr tam qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın (MM-nin 152.5 mad.). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MM-nin 157.4 mad.). Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı bir qanuni əsas olmadan müdaxilə edilməsi və maneə törədilməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına qanunsuz müdaxilələrə son qoyulması və hər hansı maneə törətməməsi vəzifəsinin qoyulmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh SOCAR-ın Cavabdehsinin üzərinə İddiaçı mülkiyyətində (Çıxarış -1265388, qeydiyyat tarixi: xx.xx.2018)olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 42a ünvandayerləşən 0,06hatorpaq sahəsinə (fərdi yaşayış evinə) və həmin torpaq sahəsində aparılan hər hansıtikintiişlərinə müdaxilə edilməsinə son qoyulması və maneə törətməməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulsun və cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işlərin o, cümlədən yaşayış evinin tikilməsinə, qurculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarının tamamlanması işlərinin aparılmasına qanunsuz maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1084/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1084/2020
31.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver