Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1084/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 işə cəlb edilməklə Cavabdeh1 qarşı avtomobil və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2 işə cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mühərrikin təmiri və beh kimi aldığı 2350 manatın, 31 manat dövlət rüsumunun, etibarnamə və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 315 manatın alınıb ona verilməsi və ** LK *** dövlət nömrə nişanlı Nissan Maksima minik maşının onun adına sənədləşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə öz aralarında razılaşaraq baş etibarnamə əsasında onun istifadəsində olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh2 mülkiyyətində olan buraxılış ili 2001-ci il, ** LK *** dövlət nömrə nişanlı Nissan Maksima minik maşınını 6500 manata ona verdi. Nahid söz verdi maşının pulunu tam ödədikdən sonra maşını onun adına sənədləşdirəcək. Həmin gün 21 may 2019-cu il tarixdə, o, Səbail rayonu Badamdar qəsəbəsində 4000 manat Cavabdeh1 verdi və Nahidə söz verdi ki, 1 ay müddətinə qalan 2500 manatı da ona ödəyəcək. Cavabdeh1 4000 manatı ondan alandan sonra ** LK *** dövlət nömrə nişanlı Nissan Maksima minik maşınını 1 ay on gün müddətinə idarə etməkdən ötəri 21 may 2019-cu il tarixdə Bakı şəhəri 2 saylı notariat ofisində ona ƏN-İV 829562 nömrəli etibarnamə verdi və ona dedi ki, qalan 2500 manat borcunu da bir ay müddətinə verər və o da, maşını onun adına sənədləşdirər. O söz verdiyi müddətdə 2500 manatı Cavabdeh1 verdi. Bununla da Nahidə danışdıqları 6500 manatı tam ödəyib verdi və maşına görə ona borcu qalmadı. O, Nahiddən aldığı maşının maşının pulunu ona tam ödəməyinə baxmayaraq, Nahid maşını onun adına sənədləşdirmədən, təkrar ikinci dəfə ** LK *** dövlət nömrə nişanlı minik maşınına 4 ay 27 gün müddətinə (22.07.2019-cu il tarixdən 02.12.2019-cu il tarixə kumi) ona Bakı şəhəri 2 saylı notariat ofisində ƏN-Vİ 716613 nömrəli baş etibarnamə verdi. 05 sentyabr 2019-cu il tarixdə aldığı maşının mühərriki sıradan çıxdı, vəziyyəti Nahidə dedi, çünki o, maşını ona verəndə maşının saz olmasına söz vermişdir, demişdir ki, bu maşında heç bir qüsur yoxdur. Nahid maşının mühərrikini düzəltdirmək üçün onu Səbail rayonu, Badamdar qəsəbəsində Badamdar şossesinin tinində Azərbaycan Respublikası Milli X1 bağının yanında yerləşən servizə, tanışı olan bir ustanın yanına apardı. Usta maşına baxıb dedi ki, bu maşının 1500 manat xərci var, 1000 manat mühərrikin hissələrinin pulu, 500 ustanın zəhmət haqqı olacaqdır. Nahid ona dedi ki, bu Nissan maşınından onda biri də vardır, onda gəl bu maşını düzəltdirib sataq, razılaşıb onda olan ikinci Nissan Maksima minik maşınını ona versin. O, ikinci maşına baxdı, onunla razılaşdı, o, Nahidə maşının təmirinə görə 1500 manat verdi, Nahid ona söz verdi ki, ustaya yaxın yaşayır, yanında durar tez düzəltdirər. O, Nahidlə ona yenidən satacaq maşınına görə onunla razılaşaraq 1000 manat da Nahidə beh verdi, Nahid ona yenidən satacağı maşına görə Badamdar qəsəbəsində Mikayıl Müşfiq küçəsindəki Bakı şəhəri 28 saylı notariat ofisindən maşını idarə etməkdən ötəri etibarnamə alıb ona verdi, dedi ki, maşın düzələnə kimi istifadə etsin, maşını satıb onun pulunu verər, hazırda sürdüyü maşını onun adına sənədləşdirər. Usta iki həftəyə maşının mühərrikinin hissələrini təzədən yığmağa söz verməsinə baxmayaraq, iki aydan sonra maşını düzəldib ona verdi, dedi ki, mühərriki tam yenidən yığmışdır ki, bir az sürsün yenidən birdə yoxlayar. Maşını iki həftə idi sürürdü, mühərrik yenidən səs elədi, o, təkrar ustaya maşını verdi, o bir həftə də maşını saxladı sonradan ona verdi. O, evə gətirdiyi günün səhəri maşın yenə nasaz işlədi, vacib işi olduğu üçün bir həftə maşını ustaya aparmağa imkanı olmadı. Bir həftədən sonra ustanın iş yerinə getdi ona bildirdilər ki, usta burdan işdən çıxıb başqa yerə getmişdir. O axtardı ustanı tapa bilmədi, vəziyyəti Nahidə dedi. Nahid ona bildirdi ki, narahat olmasın onun ikinci maşına görə verdiyi 1000 manat behin 500 manatını da ustaya vermişdir mühərrikə əlavə çatmayan hissələr almasından ötəri, bu barədə narahat olmamağını bildirdi, o özü ustanı tapar, maşının mühərrikini tam saz halda düzəltdirib alar. Nahidin ona söz verməsinə baxmayar, o vaxtdan hal-hazırkı vaxta kimi Nahid maşını düzəldən ustanın yerini ona demir. Nahid 1000 manat beh alıb ona verdiyi ikinci maşının etibarnaməsini ləğv etdirib maşını ondan geri almasına baxmayaraq, ona ikinci maşına görə verdiy 1000 manat behdən cəmi 150 manat ona pul qaytarmışdir. Nahid ona satdığı birinci maşına görə 25 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan ** LK *** dövlət nömrə nişanlı, Nissan Maksima maşının sahibi Cavabdeh2 4 saylı ASAN xidmət mərkəzindən 1 il müddətinə (25 noyabr 2019-cu il tarixdən 25 noyabr 2020-ci il tarixədək) onun adına baş etibarnamə alıb ona verdi. O heç maşının sahibini görməmişdir, etibarnaməni də Nahid alıb ona verəndə dedi ki, onlar bu maşını satanda maşının sahibi onlara lazım olmayacaq. Hal-hazırkı vaxtda Nahidin ona etibarnamə ilə verdiyi (satdığı) maşının etibarnaməsinin müddəti bitmişdir, mühərrikinin işləmədiyinə və yararsız halda olduğu üçün o nə qədər çalışsa da maşını sata bilməmişdir, eləcə də sığorta və texniki baxışın müddəti qurtarmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbində qeyd olunanlara uyğun izahat verərək eləcə də bildirdi ki, o, birinci maşının pulunu iki dəfə hər dəfə 2000 manat olmaqla, qalan 2000 manatın əvəzinə özünə məxsus köhnə VAZ 2103 avtomaşını verməklə ödəmişdir, maşının rənglənmə pulunu da özü vermişdir. O, ikinci avtomobilin təmiri üçün 1000 manat pulu Nihadın yanında ustaya verib. Hesab edir ki, həmin ustanı Nihad tapdığı və usta Azərbaycanda olmadığı üçün həmin pulu ona Nihad qaytarmalıdır. Bundan başqa ikinci avtomaşına görə o, Nihada 1000 manat beh vermişdir ki, həmin puldan Nihad usta vasitəsi ilə ona cəmi 150 manat qaytarmış, qalan 850 manat pulu isə qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2019cu ilin iyun ayında İddiaçı ** LK *** Nissan Maksima markalı avtomobili 6000 manat dəyərində satmışdır. İddiaçı ödənişi 2000 manat, sonra da 2000 manat etmişdir, tam ödəniş edə bilmədiyindən ona VAZ 2103 markalı avtomobil vermişdir. Noyabr ayında İddiaçı ona zəng edib bildirdi ki, ondan aldığı avtomobil nasazdır, onu düzəltdirib sataraq onun Nissan Maksima markalı ikinci avtomobilini almaq istəyir. O, İltifata ikinci maşınının servisdə olduğunu bildirdi. İltifat gəlib onun ikinci maşınına yerində baxdıqdan sonra, usta ilə birinci avtomobilin təmiri üçün danışdı və usta onun avtomobilinin mühərrikinin 2200 manat xərci olduğunu bildirdi. İltifat usta ilə danışaraq, onun yanında ustaya 1000 manat pul verib getdi.2019-cu ilin dekabr ayının 27-si İltifat ona yaxınlaşıb ona 1000 manat verid ki, təzə avtomobilinin ödənişindən çıxsın, onsuz da avtomobili alacaq. İltifat bildirdi ki, rayona gedir və maşını sürməyə ondan icazə istədi. O da, Badamdar şosesində yerləşən notariat bürosuna gedib İltifata etibarnamə verdi. Yanvar ayının 4-də İltifat ona zəng edərək bildirdi ki, o, ikinci avtomobili istəmir, onu alası olmadı, öz avtomobilini düzəldib idarə edəcək. O da, notariusa gedərək etibarnaməni ləğv etdirdi və İltifatın ona verdiyi 1000 manat behdən notariusda ona 500 manat geri qaytardı. Sonra isə bir yoldaş vasitəsi ilə İltifata bir dəfə 150 manat, sonra da 100 manat göndərmişdir və hal-hazırda behdən onun İltifata 250 manat borcu qalmışdır. 2020-ci ilin yanvar ayının sonunda usta maşını İltifata təhvil verdi və Azərbaycandan çıxıb getdi, belə ki, onu dostları işləmək üçün xaricə dəvət etdilər. Bir müddət sonra İltifat ona zəng vurub dedi ki, avtomobil yenə də nasazdır və ustanı tapmasını bildirdi. O da İltifata dedi ki, usta Azərbaycanda deyil. İltifat ondan Badamdardakı 40-cı Polis bölməsinə şikayət etdiyi üçün onu bölməyə dəvət etdilər. Polis bölməsində polis kapitanı məsələ ilə yaxından maraqlanaraq usta ilə telefon əlaqəsi yaratdı və ustanın ölkə xaricində olduğuna əmin olduqdan sonra ona bildirdi ki, onunla bağlı heç bir məsələ yoxdur. Sonra İltifat onunla dəfələrlə əlaqə saxladığı üçün o, ustanın evinin yerini İltifata bildirərək, evdə yalnız ustanın ailə üzvlərinin olduğunu dedi. Eləcə də, İltifata bildirdi ki, həmin usta ona da 4000 manat dəyərində ziyan vurub və o da heç bir şey edə bilmir. Məhkəmə iclasında üçüncü şəxs qismində Cavabdeh2 bildirdi ki, o, tərəfləri tanımır, ona məxsus avtomobil bir neçə dəfə etibarnamə əsasında müxtəlif şəxslərə satılmışdır. Lakin hələ də maşın onun adındadır. O, avtomobili İddiaçı adına keçirməyə etiraz etmir. Məhkəmə işə baxb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, 28.041975-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatdadır. İş materiallarında olan ƏN-Vİ 716613 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, 2001-ci il buraxılışlı, ** LK *** dövlət nömrə nişanlı Nissan Maxıma minik avtomobil Bakı şəhəri, Sabunçu qəsəbəsi, Natavan kəçəsi, 37 saylı evdə qeydiyyatda olan Cavabdeh2 mülkiyyətindədir. Etibarnamə 4 ay 27 gün müddətinə İddiaçı verilib və 02.12.2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan ƏN-Vİİ 082025 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, 2001-ci il buraxılışlı, ** LK *** dövlət nömrə nişanlı Nissan Maxıma minik avtomobili Bakı şəhəri, Sabunçu qəsəbəsi, Natavan kəçəsi, 37 saylı evdə qeydiyyatda olan Cavabdeh2 mülkiyyətindədir. Etibarnamə 1 il müddətinə İddiaçı verilib və 25.11.2020-ci il tarixədək qüvvədə olmuşdur. Təqdim olunmuş 22 yanvar 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 22 saylı Vəkil Bürosuna 110 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı tərəfindən yeni avtomobilin alınması üçün cavabdehə verilmiş 1000 manat puldan Cavabdeh1 iddiaçıya cəmi 150 manat pul qaytarmışdır. Məhkəmə iclasında cavabdeh həmin puldan iddiaçıya ümumilikdə 750 manat qaytardığını və iddiaçıya yalnız 250 manat borclu olduğunu bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən beh kimi verilmiş 1000 manat puldan 850 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən avtomobilin təmiri üçün verilmiş 1500 manatın tutulması hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı tərəfindən tələbin həmin hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi ** LK *** dövlət nömrə nişanlı Nissan Maksima minik maşının onun adına sənədləşməsi hissəsində də əsassız olduğundan təmin edilməməlidir. İddiaçının, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 315 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri 22 saylı Vəkil Bürosuna 110 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq vəkil xərcinə görə 110 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdeh X2 850 manat, vəkil xərcinə görə 110 manat tutulub İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 850 (səkkiz yüz əlli) manat, vəkil xərcinə görə 110 (yüz on) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1084/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1084/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver