Məhkəmə qərarları › İş №2(009)-1086/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1086/2021

19.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1086/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi göstərilməklə cavabdeh “xxxx” Müəssisəsinə qarşı “torpaq sahəsinin qaytarılması, hüdudlarının müəyyən etməklə çıxarışın verilməsi, çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi göstərilməklə cavabdeh “xxxx” Müəssisəsinə qarşı “xxxx” Müəssisəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, 34ünvanda yerləşən və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 nömrəli qətnaməsi ilə, X1 ayrılmış 12 sot torpaq sahəsi hissəsindən çıxarılması, həmin sahəni İddiaçı real sahibliyinə, istifadəsinə qaytarılması, habelə həmin torpaq sahəsinin hüdudların müəyyən edilməklə, mülkiyyətinə verilməsi və bununla bağlı müvafiq çıxarışın verilməsi, həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* saylı cavabdehin adına verilmiş çıxarışın qismən ləğv edilməsi, 2011-ci il tarixdən cavabdehin qanunsuz əməlləri nəticəsində həmin torpaq sahəsi üzrə əldən çıxmış 100000 manat məbləğində maddi və 50000 manat mənəvi ziyanın tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsinin bir hissəsi ümumi məhkəmədə baxılmalı olmadığından, habelə iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə geri qaytarılırmalıdır. Belə ki, iddiaçının birinci tələbi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 nömrəli qətnaməsi ilə ayrılmış torpaq sahəsinin hüdudları müəyyən edilməklə çıxarışın verilməsi, digər tələbləri isə “xxxx” Müəssisəsinin adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı birinci tələb ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqanın hərəkət və hərəkətsizliyindən isə inzibati məhkəməyə müraciət etməlidir. İkinci tələb ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsini “xxxx” Müəssisəsi alğı-satqı müqaviləsi əsasında əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisənin kökündə mülki hüquq münasibəti (alğı-satqı) durur. Mübahisələndirilən çıxarış alğı-satqı əsasında qeydiyyata alınmışdır. Odur ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi üzrə qeyd edir ki, onun bu tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb olsa da, həmin tələb birinci tələbi ilə birlikdə baxıla bilməz. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi göstərilməklə cavabdeh “xxxx” Müəssisəsinə qarşı “xxxx” Müəssisəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, 34ünvanda yerləşən və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin x xxxx 1988-ci il 195 nömrəli qətnaməsi ilə, X1 ayrılmış 12 sot torpaq sahəsi hissəsindən çıxarılması, həmin sahəni İddiaçı real sahibliyinə, istifadəsinə qaytarılması, habelə həmin torpaq sahəsinin hüdudların müəyyən edilməklə, mülkiyyətinə verilməsi və bununla bağlı müvafiq çıxarışın verilməsi, həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* saylı cavabdehin adına verilmiş çıxarışın qismən ləğv edilməsi, 2011-ci il tarixdən cavabdehin qanunsuz əməlləri nəticəsində həmin torpaq sahəsi üzrə əldən çıxmış 100000 manat məbləğində maddi və 50000 manat mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar