Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1094/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə 20 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, mənzilin keçmiş sakinləri olan cavabdehlər hazırki vaxtadək qeydiyyatdan çıxmamışdırlar. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş idiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu əraziyə aid olan 58 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin həmin mənzildə yaşamadığına dair qeyd yazılmış arayış olduğundan məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə satıcı X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilinin alqı-satqısına dair müqavilə bağlamışdırlar. Alqı-satqıdan sonra həmin mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda həmin mənzil iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdehlər həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, ******* nömrəli arayış və 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin aktı ilə təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, X1 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilinə olan istifadə hüququ itirilmiş sayılmalıdır. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. MM-nin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1094/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1094/2022
20.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver