Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1105/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər 28 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyi qəbul etmə müddətinin uzadılması və cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisindən vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Oktyabr (hazırki Yasamal) rayon VVAQ şöbəsinin 11 iyul 1995-ci il tarixli XVİ-ЖГ seriyalı 318332 saylı doğum haqqında şəhadətnaməsinə əsasən X4 onun qızıdır. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventanlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 122381 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 534-cü məhəllədə yerləşən 1 saylı evin 17 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə qızım X1 adına qeydiyyatdan keçirilmişdir. AZ-İİ seriyalı 164664 saylı ölüm şəhadətnaməsinə əsasən qızı X6 25 fevral 2020-ci il tarixdə ürək çatmamazlığından vəfat etmişdir. Bildirir ki, bronxil astma xəstəsidir, iki dəfə xəstəxanada müalicə olunmuş və 2016-cı ildən ərazi üzrə 16 saylı poliklinikadadır və hal-hazırda mütəmadi müəlicə olunur. Qızının ölümündən sonra yaşı və səhhəti ilə bağlı, eləcə də 2020-ci ilin mart ayında başlamış pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydaları səbəbindən evdən çıxa bilməmiş və vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət edə bilməmişdir. 2021-ci ilin əvvəlində notariat ofisinə müraciət etsə də, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 09 mart 2021-ci il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə kontorun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh notariat ofisinin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 11 iyul 1995-ci il tarixli XVİ-ЖГ seriyalı 318332 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X4 İddiaçı qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventanlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 122381 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 534-cü məhəllədə yerləşən 1 saylı evin 17 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının qızı X1 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 164664 saylı və 05 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 ürək çatmamazlığı səbəbindən 25 fevral 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 09 mart 2021-ci il tarixli qərarından görünür ki İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE No0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki İddiaçı xx.xx.1942-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 26.04.2021-ci il tarixli Azərbaycn Respublikası Səhiyyə Nazirliyinin tövsiyyə vərəqəsindən görünür ki İddiaçı bronxial astma xəstəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızının qızı X4 25 fevral 2020-ci il tarixdə ürək çatmamazlığından vəfat etmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 534-cü məhəllədə yerləşən 1 saylı evin 17 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mənzili var və o, vərəsə olaraq ərazi üzrə Bakı şəhəri, 28 saylı Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum qızının 25 fevral 2020-ci il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan aslı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı təqdim etdiyi sübutlar ilə də öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə İddiaçı qızı tərəfindən onun mərhum qızı X2 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş 3 aylıq müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin 2 (iki) ay uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X3 25.02.2020-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzürlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 25.02.2020-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzürlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi 28 saylı Dövlət Notariat ofisinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1105/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1105/2021
17.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver