Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1108/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə işə bərpa edilməsi, 01.07.2020-ci il tarixdən işə bərpa edildiyi günə məcburi boşdayanmaya görə aylıq 530 manatdan hesablanmaqla əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndindən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. O, ailəli olmaqla və iki uşağı vardır, iki ali təhsili vardır, Azərbaycan Dövlət Universitetini (indiki BDU) və X7 İnstitutunu bitirmiş, 10 il müəllim işləmişdir. 1988-ci ildən meşə sahəsi üzrə fəhlə kimi işə başlayaraq həmin sahədə direktor vəzifəsinə kimi yüksələrək demək olar bütün vəzifələrdə işləmiş, ona görə də bu sahə üzrə mütəxəssisdir. Bu müddət ərzində birbaşa iştirakı və nəzarəti ilə 2000 ha-dan artıq meşə salmış, 6 milyondan artıq meşə əkin materialları yetişdirmiş, həm özü əkmiş, həm də Abşeron yarımadasında və Respublikanın digər ərazilərində əkilməsi üçün pulsuz olaraq paylamışdır. Hətta bütün Respublika üzrə cəmi 150-200 min əkin materialı olan vaxtlarda o, 3 milyona yaxın əkin materialı yetişdirmişdir. O, kifayət qədər tanınan və müəssisədə yeganə meşəçi mütəxəssis olduğundan, ömrü boyu işlədiyi bütün yerlərdə təmiz və şərəflə işləmişdir. O, cavabdeh idarə ilə əmək müqaviləsini 2014-cü ildə müddətsiz bağlamışdır. İndi onun yaşının 65 olmasından istifadə edib cavabdeh idarənin hazırkı müdiriyyəti onu tutduğu aqronom vəzifəsindən uzaqlaşdırmaq istəyir. Karantin rejimi dövründə o, evdə olan vaxt Cavabdeh MMC-nin direktoru T.Şamçıyev ona 14.04.2020-ci il tarixli 37/00134(37/1) tarixli poçtla göndərdiyi məktubda 29 may 2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyini bildirmiş, lakin məktub ona çatmayaraq, geri qayıdıb və o, 22.05.2020-ci tarixdə idarəyə gedib, məktubla tanış olmuş, surətinə imza atıb götürmüş və ona 22.06.2020-ci il tarixdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. O, həmin məktuba cavab olaraq 02.06.2020-ci il tarixli məktubla izahlı surətdə cavab verərək işlədiyi müəssisə büdcədən maliyyələşən dövlət müəssisəsi olmadığından, həmçinin o, şəkərli diabet xəstəsi olduğundan bu səbəblərlə əlaqədar qanuna görə əmək müqaviləsinə xitam verilə bilməyəcəyini bildirmişdir. O, xəstəlik vərəqini idarəyə təhvil verəndə onun 65 yaşının tamam olması ilə əlaqədar 01.07.2020-ci il tarixdən əmr verildiyini və ona poçtla göndərildiyini bilmişdir. O, ümumi şöbədən həmin əmrin surətini götürmüşdür. SEDA və onun idarəsi Cavabdeh MMC yarandığı gündən həmişə yaşı 65-dən yuxarı şəxslər olmuş və hələ heç kimə bu yaş həddi tətbiq edilməmişdir. Hal-hazırda da yaşı 65-dən yuxarı 30dan artıq adam var və rəhbərlikdəkilər də o yaş həddindədir. Qanunvericiliklərdə nəzərdə tutulduğu kimi MMC-lər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan o cümlədən büdcədən maliyələşən dövlət müəssisəsi statusuna malik deyil, o cümlədən də "Cavabdeh" MMC büdcədən maliyələşən dövlət müəssisəsi deyildir. Büdcədən maliyyələşən müəssisələrin işçilərinin əmək haqqı Azərbaycan Respublikasının Prezidentinin sərəncamları əsasında Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Vahid tarif cədvəli" əsasında ödənilir, "Cavabdeh" MMC-də isə gəlirlərini nəzərdə tutaraq özü tərəfindən tərtib olunur, yuxarı tabeli orqanlar tərəfindən razılaşdırılaraq təsdiq edilir. Bütün nazirliklərdə də büdcədən maliyyələşən və təsərrüfat hesablı müəssisələr ayrılaraq göstərilir. 01.07.2020-ci ildən o, işsiz qalmışdır. Ona görə də "Cavabdeh" MMC-nin 01.07.2020-ci il tarixli 057/ş-1 saylı əmrinin hüquqi əsası olmadığından hüquqa zidd hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək göstərmişdir ki, “Cavabdeh" MMC FHN Su X3 tərəfindən 22 oktyabr 2013-cü il tarixdə 006 nömrəli əmrlə təsis edilmiş, təsis payının 100%-i dövlət müəssisəsi olan Su X3nə məxsusdur. Cavabdeh MMC dövlət əhəmiyyətli su anbarlarının texniki təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olur və fəaliyyəti 100% dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Cavabdeh MMC gəlirsiz işləyir, fəaliyyətini yalnız bu istiqamətdə həyata keçirir, heç bir kənar xidmətlərin göstərilməsi ilə məşğul olmur. Müvafiq olaraq, fəaliyyətdə olduğu müddət ərzində Cəmiyyətin mənfəət vergisi vergi orqanlarında “0” faizlə qəbul edilmişdir. Bundan əlavə, Cavabdeh MMC Nazirlər Kabinetinin 24 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi barədə” Qərarı ilə sözügedən qurumların siyahısına daxil edilmişdir. Bundan başqa, cavabdeh şəkər xəstəsi olması əsası ilə işdən azad edilmədiyi üçün bununla bağlı dəlil də əsassızdır, həmçinin işə qəbul edilən zaman cavabdeh sağlam olmasına dair işəgötürənə arayış Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarıda olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X1 22.10.2013-cü il tarixli, 006 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2011-ci il tarixli 525 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X3 haqqında Əsasnamə”nin 11 və 19.8-ci bəndlərini rəhbər tutaraq Cavabdeh MMC yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10.02.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 10.02.2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-də aqronom vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 14.04.2020-ci il tarixli, 37/00134 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəliəsinin 10-1.1ci hissəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilər üçün 65 yaş həddi müəyyən edilmişdir. 2020-ci ilin may ayının 16-da onun 65 yaşının tamam olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış 10 fevral 2016-cı il tarixli əmək müqaviləsinə 29 may 2020-ci il tarixindən işəgötürən tərəfindən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmrinin surətindən görünür ki, Su X3 Cavabdeh MMC-nin Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronomu İddiaçı 2020-ci ilin may ayının 16-da 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 01 iyul 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 01.10.2014-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X1 03.05.2021-ci il tarixli, 37/39-0003 nömrəli arayışından görünür ki, “xxxx” MMC-nin fəaliyyəti, həqiqətən FHN Su X1 təqdim etdiyi sifarişlər əsasında, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2018-ci il tarixli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilmiş bəyannamələrin qəbul edilməsi barədə bildirişlərdən görünür ki, Cavabdeh MMCnin bəyannamələri 2018-2020-ci illərdə mənfəət vergisi vergi orqanlarında “0” faizlə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin direktoru tərəfindən təsdiq olunmuş 17.05.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı həqiqətən Cavabdeh MMC-də əmək fəaliyyətinə başladığı 01 oktyabr 2014-cü il tarixindən 04 iyun 2020-ci il tarixinə qədər Cavabdeh MMC-nin Hüquq, ümumi və insan resursları şöbəsinə özünün şəkərli diabet xəstəsi olmasına dair heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razılaşmır və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edir. Belə ki, İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğunu, o cümlədən büdcədən maliyyələşən dövlət müəssisəsi statusuna malik olmadığını, bu səbəbdən onun 65 yaşı tamam olması ilə əlaqədar işdən çıxarılmasının” əsassız olduğunu, həmçinin “onun şəkərli diabet xəstəsi olduğunu və bu səbəblə qanuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməyəcəyini də qeyd etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 10.02.2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-də aqronom vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmri ilə Su X3 Cavabdeh MMC-nin Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronomu İddiaçı 2020-ci ilin may ayının 16-da 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən 01 iyul 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olmaqla, “xxxx” MMC-nin fəaliyyəti, həqiqətən FHN Su X1 təqdim etdiyi sifarişlər əsasında, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşir və müvafiq bəyannamələri 2018-2020-ci illərdə mənfəət vergisi vergi orqanlarında “0” faizlə qəbul edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bundan başqa, iddiaçı iddia ərizəsində “onun şəkərli diabet xəstəsi olduğunu və bu səbəblə qanuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməyəcəyini” qeyd etmişdir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı bu dəlilinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC iddiaçı ilə bağladığı əmək müqaviləsinə iddiaçının şəkərli diabet xəstəsi olması ilə əlaqədar deyil, onun dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verildiyindən iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi rədd edildiyindən və iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, iddia tələbi həmin hissəsi də rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1108/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1108/2021
18.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver