Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1110/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndələri X6 və (vəkil) X16, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X25 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi "qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının, qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə olunması faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri, Maraqlı şəxs1, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi "qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının, qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə olunması faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X11 nənəsi X40 qızı ilə onun arasında qohumluq münasibətinin (ərinin nənəsi) olmasına, Sona-X35 1941-1943-cü illərdə, əri (Əliyev) Hüseyn-Bala Nəcəf-Qulu oğlunun 1945-1950-ci illərdə ölməsi faktlarının, onların övladları X2 əri X7 1956-1957-ci illərdə ölməsi faktının, həmçinin xx xxxxxx 1924-cü il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi ilə X40 qızı tərəfindən əldə edilmiş və 1940-cı ilin sentyabr ayına kimi onun və ailə üzvlərinin qanuni sahiblik və istifadəsində olmuş iki mərtəbəli evin (3 otaq və bir mətbəx) və tikililərin (hovuz, su quyusu, at tövləsi), həmçinin üzüm-incir bağlarının yerləşdiyi bağ-torpaq sahəsinin xx xxxxxxxx 1940-cı il tarixdə vətəndaşın şəxsi əmlakının müsadirəsi qaydasında müsadirə olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, o,xx.xx.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş, 80 yaşın içindədir. xx xxxxxxx 1959-cu ildə X18 ilə ailə qurmuş və nikahları Bakı şəhərinin keçmiş Oktyabr (indiki Yasamal) rayonunda qeydiyyata alınmışdır. Birgə nikahlarından iki qız övladları dünyaya gəlmişdir. Hal-hazırda qızları Bakı şəhərində yaşayırlar. O, özü isə faktiki olaraq ünvan 1 mənzil 8 ünvanında yaşayır. Qeydiyyatda olduğu, mərhum əri ilə birgə yaşadığı mənzilin (Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1, mənzil 26) yerləşdiyi bina Bakı şəhərində sosial ehtiyaclarla bağlı aparılan söküntü-tikinti işləri gedişində keçən il sökülmüş, hal-hazırda həmin ünvanda yaşamırlar. Həmin binada olan mənzilin hələ bina sökülməmişdən əvvəl bir nəfərə olan ailə borclarına görə ona borc əvəzi olaraq məhkəmə qaydasında verilmişdir. Hal-hazırda özünün yaşayış sahəsi yoxdur və nəvəsi ilə birlikdə yaşayır. Mərhum əri X12 ana xətti ilə babası Əliyev Hüseyenbala (Hüseyn-Bala) Nəcəfqulu (Nəcəf-Quİu) oğlu keçən əsrin ana xətti ilə nənəsinin ad-soyadı Sonaxanım Hacıəli qızı (X40 qızı - X3 həyat yoldaşı) olmuşdur. Sonaxanım Hacıəli qızı 1924-cü ildə Bakı sakini Hacıəhməd Bayram oğlundan (Hacı-Əhməd Bayram oğlu) sonuncuya məxsus olub Bakı şəhəri, Bilgəh kəndində (indiki Bilgəh qəsəbəsində) yerləşən, ərazisində ikimərtəbəli evin (1-ci mərtəbədə iki otaq və mətbəx, 2-ci mərtəbədə bir otaq), su quyusunun, hovuzun, at tövləsinin, üzüm-əncir bağlarının olduğu 1,18 ha (yüz on səkkiz sot) hasarlı torpaq sahəsini satın almışdır. Müqavilə xx xxxxxx 1924-cü il tarixli 2 nömrəli alqı-satqı aktı ilə rəsmiləşdirilmiş, Bilgəh keçmiş kənd sovetinin möhürü ilə təsdiqlənmişdir. Alqı-satqıdan sonra ev, tikililər, bir hektardan çox torpaq sahəsi Sonaxanım Hacıəli qızının mülkiyyətinə, sahiblik və ixtiyarına keçmişdir. Həmin müqavilə (akt) 1936-cı ilin mart ayında Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının Bakı Dövlət Notarius Qantorasında (Kontorasında) ərəb qrafikasından kiril qrafikasına və rus dilinə tərcümə edilmiş, reyestr kitabında tərcümənin 987 nömrəli reyestr nömrəsi ilə qeydiyyatı aparılmış, tərcümə notariat orqanının möhürü ilə təsdiq edilmişdir. Mərhum ərinin, həmçinin mərhum qaynananısının məlumatlarına görə, mərhum X8, həyat yoldaşı Sonaxanım Hacıəli qızı və onların ailə üzvləri ilin müəyyən hissəsini həmin bağ sahəsində yerləşən həyət evində yaşamışlar. Sonradan - 1940-cı illərdə həmin mülk (ev, tikililər və torpaq sahəsi) hansısa səbəblərdən, yaxud keçmiş Sovet hökumətinin məlum qanunsuz aktlarından biri olaraq müsadirə edilmişdir. Müsadirə ilə bağlı köçürülmənin icrasına dair sənədə malik olsalar da, müsadirənin hüquqi səbəbləri və əsasları ilə bağlı əlllərində sənəd yoxdur. Əllərində olan, xx.xx.1940-cı ildə Bilgəh kənd Sovetinin sədrinin imzası ilə və müvafiq ştampla (möhürlə) təsdiq edilmiş icra aktı sənədinə (icazə sənədinə) əsasən, Bilgəh keçmiş kənd Sovetliyi tərəfindən Sonaxanım Hacıəli qızına icazə verilmişdir ki, Sonaxanım Hacıəli qızı özünə məxsus ev əşyalarını bağdan çıxarıb aparsınlar. 1940-cı ilin sentyabr ayının 30-da icra edilmiş müsadirənin səbəb və əsasları barədə doğlun məlumat əldə etmək üçün müxtəlif aidiyyəti orqanlara müraciət etsələr də, bu barədə məlumat əldə etmək mümkün olmamışdır. Hal-hazırda, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması ilə bağlı qanunvericiliklə müsadirəyə məruz qalmış şəxslərə, yaxud onların ailə üzvü olan ölkə vətəndaşlarına verilmiş hüquqdan yararlanmaq istəyirlər. Bunun üçün qanuni sahiblikdə olan evin və tikililərin müsadirə olunması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndələri X13 və (vəkil) X26 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X33 ərizəyə münasibət bildirərək izahatında göstərmişdir ki, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması ümumiyyətlə düzgün deyil, belə ki, belə bir torpaq sahəsinin və evin mövcud olduğu halda onun hazırda harada yerləşməsi və ya ərizəçinin bildirdiyi kimi müsadirə olunub-olunmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Ərizədə göstərilən xüsusatlar müvafiq səlahiyyətli orqanlara müraciət edilməklə araşdırma tələb edən xüsusatlardır. Ərizəyə xüsusi icraat qaydasında baxıldığı halda isə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Maraqlı şəxs1 və Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş sorğuya xx xxxxxx 2018-ci il tarixli cavab məktubundan görünür ki, Sonaxanım Hacıəli qızının daşınmaz əmlakına (ev, tikili, torpaq) və onların müsadirə edilməsi barədə qəsəbə nümayəndəliyində arxiv sənədləri olmadığına görə məlumat verə bilmirlər. - Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Bakı qradonaçalnikliyi üzrə Bilgəh kənd sakinlərinin xx xxxxx 1917-ci ilə dair siyahısından məlum olur ki, Mömin Rəşid oğlunun Bilgəh kəndində 1200 kv. sajına bərabər olan torpaqda bağ sahəsi olmuşdur. İstifadəsində olan torpaq sahəsi ona miras qalmışdır. - Azərbaycan SSR, Bilgəh kənd soveti tərəfindən təsdiqlənmiş xx xxxxxx 1924-cü il tarixli aktda göstərilmişdir ki, «Biz, iki Bakı sakini: X36 və Sona-X10 sovetinə gəlib aşağıda imza edən üç nəfərin iştirakı ilə mən - X1 dörd tərəfdən hasarlı həyət, bir üzümlük, əncir bağı sahəsi ilə aşağıda arşınla göstərilən sərhədlər daxilində bir tövlə, su quyusu, hovuz və “şirə-xura” ilə iki otaq və bir mətbəxi, onların üstündə də bir otağı Sona-X17 yüz rubla satdım və mən - Hacı Əhməd pulu Sona-X34 aldım. Bu gündən etibarən bu bağ tikili ilə birlikdə Sona-X38 məxsusdur. Gələcəkdə bu bağ və tikili ilə bağlı tələb irəli sürsəm, həmin tələbim təmin olunmamalıdır. Bunu öz imzamla təsdiq edirəm. Bağın və tikilinin sərhədləri: şimaldan Mömin Rəşid oğlu və Hacı Məhərrəmin varisləri, cənubdan Hacı Əhməd özü, şərqdən X23 varisləri və qərb tərəfdən yol; şimal tərəfdən qərb - şərq tərəf üzrə uzunluğu yüz qırx rus arşını, cənub tərəfdən qərb - şərq tərəf üzrə uzunluğu - səksən doqquz arşın, şərq tərəfdən şimal - cənub tərəf üzrə eni - altmış səkkiz arşın və qərb tərəfdən şimal cənub tərəf üzrə eni - yüz otuz arşın, yenə də qərb tərəfdən şimal - cənub tərəf üzrə eni doxsan altı arşın, şərq tərəfdən şimal - cənub tərəf üzrə eni - yetmiş altı arşın. Mən - X40 qızı yuxarıda göstərilən üzümlük - əncir bağını tikili ilə birlikdə adı çəkilən Hacı Əhməddən satın aldım və yuxarıda göstərilən məbləği adı çəkilən Hacı Əhmədə ödədim. İmza səlahiyyəti ilə mənim əvəzimə Hüseyn-Bala Nəcəf-Qulu oğlu imza etdi.» - AzərbaycanRespublikasının Ali Məhkəməsinin Aparatının vəkil N.H.Nəbiyevə ünvanladığı xx.xx.2018-ci il tarixli 3m-640/17 saylı cavab məktubundan görünür ki, tələb edilən 1930-1940-cı illərlə bağlı hər hansı məhkəmə aktları və digər sənədlər Ali Məhkəmənin arxivində mövcud deyildir. - Bakı şəhəri Sabunçu RİHB-nın ərizəçiyə ünvanladığı xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, müraciətinizdə qeyd olunun torpaq sahəsinin hansı ərazidə yerləşməsinin qeyri-müəyyən olması, ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənədin olmaması və hansı torpaq sahəsinin dövlət ehtiyacı üçün ondan alınması haqqında məlumatların olmadığına görə xahişinin təmin edilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ərizəçiyə ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, yaxın qohumları – X9 və Sonaxanım Hacıəli qızı barələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi xidmətində məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxs və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o vaxt müəyyən edə bilər ki, qanunvericilikdə həmin faktların müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamış olsun. (MPM-307.2.11) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, “məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın 1.7-ci bəndində göstərilmişdir ki, “hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.” Qərarın 2-ci bənddə göstərilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.” Qanunvericiliyin tələblərindən, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqedən aydın olur ki, qanuna əsasən hüquqi əhəmiyyəti olan faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. İşin materiallarından görünür ki, Ərizəçi tanınmasını tələb etdiyi hüquqi faktlar onun mərhum əri X14 münasibətdədir. O, ərizəsində “xx xxxxxx 1924-cü il tarixli, 2 nömrəli alqısatqı müqaviləsi ilə X40 qızı tərəfindən əldə edilmiş və 1940-cı ilin sentyabr ayına kimi onun və ailə üzvlərinin qanuni sahiblik və istifadəsində olmuş iki mərtəbəli evin (3 otaq və bir mətbəx) və tikililərin (hovuz, su quyusu, at tövləsi), həmçinin üzüm-incir bağlarının yerləşdiyi bağ-torpaq sahəsinin xx xxxxxxxx 1940-cı il tarixdə vətəndaşın şəxsi əmlakının müsadirəsi qaydasında müsadirə olunması” faktının müəyyən edilməsini xahiş etmiş və ərizəsində həmin faktın təsdiq edilməsinin ona Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması ilə bağlı qanunvericiliklə müsadirəyə məruz qalmış şəxslərə, yaxud onların ailə üzvü olan ölkə vətəndaşlarına verilmiş hüquqdan yararlanmaq istəyi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə ərizədə göstərilənlərlə bağlı qeyd edir ki, ərizəçi hansı evin və ya tikililərin, torpaq sahəsinin vətəndaşın şəxsi əmlakı kimi1940-cı ilin sentyabr ayının 30-da müsadirə olunmasını, ərizəsində göstərdiyi torpaq sahəsinin Bilgəh qəsəbəsi ərazisində yerləşməsini qeyd etsə də, faktiki yerinin harada olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması məsələsi “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması” haqqında Azərbaycan Respublikasının xx xxxxxx 1991-ci il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, sosial ədalət və humanizm prinsiplərinin rəhbər tutaraq Azərbaycan Respublikasının Ali Soveti qərara almışdır:
1. Aşağıdakı yaşayış evləri və başa çatdırılmamış tikililər əvəzsiz olaraq sahiblərinə, yaxud onlarla birgə yaşayan ailə üzvlərinə qaytarılsın: a) Azərbaycan SSR Cinayət məcəlləsinin 162, 162-1 və 214-1-ci maddələrinə əsasən məhkəmələr tərəfindən müsadirə edilmiş evlər və tikililər; b) Azərbaycan SSR Mülki məcəlləsinin 105-ci maddəsinə əsasən alınmış və yerli xalq deputatları Sovetinin fonduna Daxil edilmiş evlər və tikililər; v) maddi zərərin ödənilməsi, yaxud vətəndaşların şəxsi əmlakının müsadirəsi qaydasında icra sənədləri üzrə alınmış evlər və tikililər.
2. Aşağıdakı evlər bu Qanuna əsasən qaytarılmamalıdır: a) satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər; b) müvafiq yerli xalq deputatları Sovetinin qərarına əsasən yaşayış məntəqəsinin yenidən planlaşdırılması ilə əlaqədar olaraq sökülməli olan evlər. “Azərbaycan Respublikası məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx xxxxxx 1991-ci il tarixli, 248-Xİİ saylı Azərbaycan Respublikasının Ali Sovetinin Qərarının 2-ci bəndinə əsasən, bu Qanunun icrası icra hakimiyyəti rəhbərləri ilə ədliyyə orqanlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət tərkibdə komissiyaya həvalə edilmişdir. Komissiyanın iclaslarında prokurorun iştirak etməsi, bu Qanunun tətbiqi məsələləri üzrə rəy verməsi nəzərdə tutulmuşdur. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul olunur, protokola daxil edilir və icra hakimiyyətinin rəhbəri tərəfindən təsdiq olunur. Məhkəmə göstərilənlərə əsasən, ərizəçinin tanınmasını tələb etdiyi müsadirə faktının özü-özlüyündə hüquqi nəticələr doğurmaqla onun hər hansı əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmadığı qənaətinə gələrək hesab edir ki, ərizəçinin tələb etdiyi qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmədə (xüsusi icraat qaydasında) baxıla bilməz. Məhkəmə, müsadirə faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmədə (xüsusi icraat qaydasında) baxılmalı olmadığı qənaətinə gəldiyindən, ərizəçinin tanınmasını tələb etdiyi digər, yəni mərhum əri X11 nənəsi X40 qızı ilə onun arasında qohumluq münasibətinin (ərinin nənəsi) olması, Sona-X35 1941-1943-cü illərdə, əri (Əliyev) Hüseyn- Bala Nəcəf-Qulu oğlunun 1945-1950-ci illərdə ölməsi, onların övladları X4 əri X7 1956- 1957-ci illərdə ölməsi faktlarının müəyyən edilməsinə dair hissələrdə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi "qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının, qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə olunması faktının müəyyən edilməsi" barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi "qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının, qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə olunması faktının müəyyən edilməsi" barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova