Məhkəmə qərarları › İş №2(009)-1111/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1111/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1111/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X37 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 30 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X29, X33 və X17 eyni şəxs olması, X22, X5, X13 (Heydər qızı) eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin atası X29 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda vərəsəliklə bağlı 46 saylı Notariat ofisinə müraciət edilmişdir. Lakin prosesin gedişatı zamanı müəyyən edilmişdir ki, vəfat etmiş X29 bəzi sənədlərdə X8, bəzi sənədlərdə isə X33 və X10 göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, vəfat etmiş X15 anası bəzi sənədlərdə X22, X5, X23 (Heydər qızı) və Cəfərova Nisə-Xanım Geydarovnanın (Heydər qızı) kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, xx.xx.1933-cü ildə Bakı şəhərində anadan olmuş, AZE № 01046393 seriya nömrəli şəxsiyyət vəsiqəsinin keçmiş sahibi olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş X29 ilə ona məxsus № 432656 saylı doğum haqqında şəhadətnaməsində adı ilə qeyd olunan xx.xx.1933-cü il təvəllüdlü (Джафаров Алик Мамед оглы) ilə eyni şəxsdir. № 137284 diplomun surətindən görünür ki, X30 1959-cu ildə M.Əzizbəyov adına X38 ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 26 iyul 2024-cü il tarixli arayışda qeyd edilir ki, X29 və X6 nikahı haqqında 30 noyabr 1958-ci il tarixdə 2158 №-li akt qeydi tərtib olunmuşdur. AZE № 01046393 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Vİİİ-ЖГ № 432656 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1r. A3 № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. X3r. SSRİ X11 21 aprel 1942-ci il tarixli arayışında qeyd edilir ki, X25 arvadı 1915-ci il təvəllüdlü Nina Heydərovna, oğlu Alikdir. İİ-ИЕ № 346298 Ölüm haqqında şəhadətnamədə qeyd edilir ki, xx.xx.1915-ci il təvəllüdlü X26 24 iyul 1969-cu il tarixdə vəfat etmişdir. xx.xx.1978-ci il tarixli arayışda qeyd edilir ki, X34 26 sentyabr 1933-cü il təvəllüdlüdür. X9, anası X14. AZE-İİ № 345499 Ölüm haqqında şəhadətnamədə qeyd edilir ki, X29 21 iyun 2024cü il tarixdə vəfat etmişdir. Fərdi uçot kartoçkasında qeyd edilir ki, X34 xx.xx.1933-cü il təvəllüdlüdür. X7, anası X16r. İ- ИЕ 047269 nikah haqqında şəhadətnamədə qeyd edilir ki, 26 yaşlı X32 ilə 17 yaşlı X27 xx.xx.1932-ci il tarixdə nikaha daxil olmuşlar. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçi tərəfin izahatı və iş materialları ilə müəyyən olundu ki, ərizəçinin atası X29 xx.xx.1933-cü ildə doğulmuş, xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuş və 21 iyun 2024-cü il tarixdə vəfat etmişdir. X15 ad, soyad və ata adı şəxsiyyət vəsiqəsində X29, doğum haqqında şəhadətnaməsində X33, xx.xx.1978ci il tarixli arayışda və Fərdi uçot kartoçkasında X10 qeyd edilmişdir. İddiaçının atasına məxsus və işdə olan sənədləri yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1978-ci il tarixli arayışda, Fərdi uçot kartoçkasında, AZE-İİ № 345499 Ölüm haqqında şəhadətnamədə AZE № 01046393 şəxsiyyət vəsiqəsində, A3 № ******* doğum haqqında şəhadətnamə qeyd olunan X29, X34 və X33 eyni şəxslərdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçi tərəfin izahatı və iş materialları ilə eyni zamanda o da müəyyən olundu ki, X21 ərizəçinin atasının anasıdır. O, 1915-ci il tarixdə anadan olmuş, 1932-ci il tarixdə nikaha daxil olmuş və 1969-cu il tarixdə vəfat etmişdir. Vİİİ-ЖГ № 432656 doğum haqqında şəhadətnamədə X5, SSRİ X11 21 aprel 1942-ci il tarixli arayışında Nina Heydərovna, İİ-ИЕ № Ölüm haqqında şəhadətnamədə X26, xx.xx.1978-ci il tarixli arayışda X28 və Fərdi uçot kartoçkasında X4 qeyd edilmişdir. İddiaçının nənəsinə məxsus və işdə olan sənədləri yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, Vİİİ-ЖГ № 432656 doğum haqqında şəhadətnamədə, SSRİ X11 21 aprel 1942-ci il tarixli arayışında, İİ-ИЕ № Ölüm haqqında şəhadətnamədə, xx.xx.1978-ci il tarixli arayışda və Fərdi uçot kartoçkasında qeyd olunan X26, X5, X21 eyni şəxslərdir. Ərizəçinin atasının və nənəsinin ad, soyad və ata adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıqlar böyük ehtimalla ərizəçinin doğum haqqında şəhadətnamədə göstərilən həqiqi adı və doğum tarixi nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixli arayışda, Fərdi uçot kartoçkasında, AZE-İİ № 345499 Ölüm haqqında şəhadətnamədə AZE № 01046393 şəxsiyyət vəsiqəsində, A3 № ******* doğum haqqında şəhadətnamə qeyd olunan X29, X34 və X18 eyni şəxs olması faktı müəyyən edilsin. Vİİİ-ЖГ № 432656 doğum haqqında şəhadətnamədə, SSRİ X11 21 aprel 1942-ci il tarixli arayışında, İİ-ИЕ № 346298 Ölüm haqqında şəhadətnamədə, xx.xx.1978-ci il tarixli arayışda və Fərdi uçot kartoçkasında qeyd olunan X26, X5, X12 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar