Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-112/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətindən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması» tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdehlər İddiaçı və Miratayev X24 qarşı «icarə müqaviləsi əsasında qanuni istifadədə olan sahibkarlıq obyektinin müqavilədə göstərilən son müddətə qədər işlətmək üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb iddiaçıya təhvil verilməsi, mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və cavabdehlərin barələrində xüsusi qərardad çıxarılması» tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətindən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsindən yaranmış Cavabdeh 31200 (otuz bir min iki yüz) manat əsas borcun, 30 manat dövlət rüsümunun, cəmi 31230 (otuz bir min iki yüz otuz) manat pulun alınaraq ona ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətdən istifadə hüququna xitam verilməsini və icarə obyektindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə onun arasında xx.xx.2016-ci il tarixdə 2 saylı Notariat ofisində 3M-191 nömrə ilə qeyd edilmiş İcarə Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 672.2 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyəti üzrə ona məxsus tam hissəni Cavabdeh icarəyə vermişdir. İcarəyə verilən əmlak ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 672.2 kv.m ona məxsusdur. Müqavilənin 4-cü bəndinə əsasən, Cavabdeh ona aylıq 2600 (iki min altı yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixədək ümumi dəyəri 31200 (otuz bir min iki yüz) manat təşkil edən aylıq icarə haqqını ödəməmişdir. Eyni zamanda Müqavilənin 6-cı bəndində "İcarəçinin icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz" qeyd edilmişdir. Buna baxmayaraq cavabdeh Müqavilənin şərtlərini pozaraq iddiaçının razılığı olmadan əmlakın bir hissəsini icarəyə vermişdir.Qeyd olunan borc məbləğinin ödənilməsi barədə Cavabdeh poçt vasitəsilə xx.xx.2019-cu tarixdə pretenziya (xəbərdarlıq) göndərilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M- 191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması, xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinədək icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 36400 (otuz altı min dörd yüz) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 36430 (otuz altı min dörd yüz otuz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh icarə müqaviləsi ilə razılaşdırılmış aylıq 2600 manat icarə məbləğini xx xxxxx 2018-ci il tarixindən ödəmir. Bundan əlavə, subicarə hüququnun olmaması ilə bağlı müqavilədə xüsusi bənd olmasına baxmayaraq, daşınmaz əmlakın bir hissəsini subicarəyə vermiş və hətta buradan əldə etdiyi məbləği belə icarə haqqının ödənilməsinə sərf etməyi düşünməmişdir. Hal-hazırda 2019-cu ilin iyun ayı da daxil olmaqla cəmi 14 ay üçün 36400 (otuz altı min dörd yüz) manat məbləğində icarə haqqı borcu yığılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M- 191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması, xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinədək icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 36400 (otuz altı min dörd yüz) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 36430 (otuz altı min dörd yüz otuz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizəsi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsi deyil, həmin müqavilənin ləğv edilməsinin tələb edilməsi daha uyğundur. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona qarşı qaldırdığı “icarə müqaviləsinə xitam verilməsi və 36.400 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” iddiasının əsassız və qeyri-qanuni olduğu üçün rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçılə onun arasında Bakı şəhəri 2 saylı Notariat ofisində xx.xx.2016-cı il tarixdə bağlanmış, 3M-191 reyestr nömrəsi ilə qeydə alınmış İcarə Müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən, onun qanuni istifadəsində olmuş və onun böyük məbləğdə xərc çəkib “Bayıl İnn” mehmanxanası kimi işlətdiyi fərdi yaşayış evinin müqavilədə göstərilən son müddətə qədər işlətməyi üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb ona təhvil verilməsi və mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər - İddiaçı və Ə.İddiaçı tərəfindən öz qanunsuz hərəkətləri ilə ona vurduqları maddi ziyanın 60.000 (altımış min) manat pulun və onun qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 gün müddətində - xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işsiz qaldığına görə məhrum olduğu qazancın məbləğinin 21.000 (iyirmi bir min) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cəmi - 81.030 (səksən bir min otuz) manat pulun onlardan alınıb verilməsi barədə qətnamə və qarşılıqlı iddia üzrə cavabdeh Miratayev X23 qarşılıqlı iddia ərizəsində göstərilən qanunsuz hərəkətləri törətdiyinə görə onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yuxarıda qeyd edilən, xx.xx.2016-cı il tarixdə bağlanmış, 3M-191 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixədək qüvvədə olan İcarə Müqaviləsinə əsasən o, İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən, onun xüsusi mülkiyyətində olan, ümumi sahəsi 672,2 kv.m olan fərdi yaşayış evini ayda 2.600 (iki min altı yüz) manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş və onunla əvvəlcədən razılaşdığı kimi həmin evi “mehmanxana” kimi işlətməyi üçün əsaslı təmir işləri aparmış və bütün lazımı avadanlıqları almış, lazımi reklam işlərini görmüş, 2016-cı ilin noyabr ayının 20-dən həmin obyekti “Bayıl İnn” mehmanxanası kimi işlətməklə qanuni sahibkarlıq fəaliyyətinə başlamış və orada işləmək üçün əmək müqavilələri əsasında işçilər götürmüşdür. Həmin obyektin mehmanxana kimi fəaliyyət göstərməyə başladığı vaxtadək o, gördüyü təmir işlərinə və lazımi avadanlıqların alınması üçün və reklam işlərinə görə 68.000 (altımış səkkiz min) manat xərc çəkmişdir. Fəaliyyəti dövründə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh - Mir Miratayev ilə aralarında bağlanmış, yuxarıda qeyd edilən İcarə Müqaviləsinin şərtlərinə əməl etmiş və onunla aralarında heç bir narazılıq olmamış, İddiaçı ona məxsus olan onun icarəyə götürdüyü obyekt uzun illər fəaliyyət göstərmədiyi halda, onun sahibkar kimi böyük xərc çəkərək həmin obyekti mehmanxana kimi işlətdiyini və qazanc əldə etdiyini görüb, oğlu X27 Əli oğlu ilə birlikdə 2019-cu ilin yaz aylarından başlayaraq onu sıxışdırıb obyektdən uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlər törədərək onun qanuni sahibkarlıq fəaliyyətinə maneəçilik törətməyə başlamışlar və bununla da aralarında böyük narazılıqlar yaranmışdır. İlk dəfə 2019-cu ilin may ayında onlar onda olan məlumata görə Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinə qeyri-qanuni olaraq xahiş edib onun işlətdiyi həmin mehmanxanaya elektrik enerjisi verilməsinin dayandırılmasına nail olmuşlar. Onun bir sahibkar kimi “Bayıl İnn” mehmanxanasına elektrik enerjisi verilməsinin dayandırılmasının qeyri-qanuni olduğu və işlətdiyi obyektin elektrik enerjisi verilməsinin hansı səbəbdən dayandırılması barədə ona arayış verilməsi və obyektə elektrik enerjisi verilməsinin bərpası barədə Səbail rayon Enerji Təzhizatı və Satışı İdarəsinə xx.xx.2019-cu il tarixdə ərizə yazdıqdan sonra obyektə enerji verilməsi bərpa edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı ona məxsus olan, onun işlətdiyi “Bayıl İnn” mehmanxanasını aralarında bağlanmış İcarə Müqaviləsində göstərilən müddətə əhəmiyyət vermədən, həmin obyekti bu cür yollarla onun istifadəsindən ala bilmədiyini görüb, ona qarşı açıq-aşkar zor tətbiq etmək yolu ilə hücuma başlamış və xx.xx.2019-cu il tarixdə oğlu Miratayev X25 başda olmaqla 10-12 nəfərdən ibarət qoçu dəstəsini onun işlətdiyi mehmanxanaya göndərmiş və onlar qanunsuz olaraq mehmanxanaya girib əvvəlcə onu döymək və ya xəsarət yetirmək və zor tətbiq etməklə onu oradan çıxartmaq üçün onu axtarmışlar, o, isə işçiləri tərəfindən onların bu cür gəlişi barədə məlumat aldığına görə onların qarşısına çıxmamış, onlar isə onu tapmadıqda otaqların qapılarının kilidini sındırmış, divar kağızlarını cırmış, avadanlıqları dağıdıb və qatı xuliqanlıq hərəkətləri ilə mehmanxanada qalan vətəndaşları qorxudaraq onların mehmanxanadan çıxıb getmələrini tələb etmişlər və həmin vətəndaşların stress keçirməsinə səbəb olmuşlar. Onların bu qanunsuz hərəkəti barədə “Bayıl İnn” mehmanxanasında adminstrator işləyən X12 Azərbaycan Respublikası DİN-nin xidmətinə zəng edərək məlumat vermiş və onların qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq qanuni tədbir görülməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Miratayev X23 öz dəstəsi ilə mehmanxananı darmadığın etməsi və törətdikləri qanunsuz hərəkətləri barədə o, Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və eyni zamanda onların zorakılığını və qanunsuz hərəkətlərini görüb bir sahibkar kimi öz qanuni fəaliyyətini dayandırmış və bütün hesabat sənədləri, mehmanxananı işlətmək üçün aldığı avadanlıqlar hamısı orada qalmış və mehmanxananı tərk etdikdən sonra onlar mehmanxananın giriş qapısının və bütün otaqların kilidlərini dəyişdirərək onu bir daha içəri girməyə, hətta sənədlərini belə götürməyə imkan verməmişlər və bununla da cavabdeh- İddiaçı tərəfindən aralarında bağlanmış İcarə Müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklər xx.xx.2019-cu il tarixdən birtərəfli qaydada faktiki olaraq kobud şəkildə pozulmuşdur. Onun şikayət ərizəsi əsasında Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində təhqiqat aparılaraq onların əməllərində cinayət əlamətləri olduğuna görə təhqiqat orqanı tərəfindən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin HK-1də 601 nömrə ilə qeydiyyata alınmış həmin ərizəsi əsasında toplanmış material İstintaq orqanına göndərilmişdir və həmin material üzrə araşdırma aparan Səbail rayon X6 şöbəsinin müstəntiqi polis mayoru Pərviz Cəfərov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli Qərar qəbul edilmişdir. Cavabdehlər öz qanunsuz hərəkətləri - mehmanxanada onun tərəfindən görülən təmir işlərini dağıdıb və onun orada istifadə etmək üçün aldığı avadanlıqları sındırıb yararsız hala salmaqla ona təxminən 60.000 (altımış min) manat, onların hərəkətləri ucbatından onun qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 günddətində - xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işsiz qaldığına görə hər aya 8000 (səkkiz min) manat olmaqla cəmi - 21.000 (iyirmi bir min) manat qazancından məhrum olmuşdur. Qarşılıqlı iddia ərizəsində göstərilənlərə və ərizəsində qeyd edilən qanunvericilik normalarının tələblərinə görə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh -İddiaçı iddia ərizəsində ona qarşı irəli sürdüyü iddia tələbləri təmin edilməməlidir. Çünki ilk iddia ərizəsində ona qarşı irəli sürdüyü tələblər tamamilə əsassız və qeyri-qanunidir. İddia ərizəsində əsas kimi göstərilmişdir ki, guya o, İddiaçılə aralarında bağlanmış icarə müqaviləsinin 6-cı bəndində şərti pozaraq onun razılığı olmadan ona məxsus əmlakın bir hissəsini kiməsə icarəyə vermişdir, lakin bu tamamilə yalandır, o, icarəyə götürdüyü daşınmaz əmlakın heç bir hissəsini kiməsə verməmişdir. İcarə haqqının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün ödənilməməsinə gəldikdə isə bildirir ki, bu da tamamilə yalandır, o, cavabdehlə qarşılıqlı razılıq əsasında həmin obyekti “Bayıl İnn” mehmanxanası istifadə etməyə başladığı vaxtdan, yəni 2016-cı ilin noyabr ayının 20dən qarşılıqlı iddia üzrə cavabdehlərin onu zorla həmin obyektdən çıxartdıqları vaxtadək icarə haqqını mütəmadi olaraq ödəmiş və icarə haqqı üzrə heç bir borcu yoxdur. Bu bir daha onunla təsdiq olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı iddia ərizəsində onun icarə haqqını xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün ödəmədiyini göstərdiyi halda, onun oğlu, qarşılıqlı iddia üzrə digər cavabdeh - X15 rayon Polis İdarəsində təhqiqat zamanı izahat vermişdir ki, guya o, onun atası İddiaçılə bağladığı İcarə Müqaviləsinin şərtlərini pozaraq 2018-ci ilin iki aylıq kirayə haqqını, eləcə də 2019-cu ilin son beş ayının kirayə haqqını ödəmədiyi üçün ona oteldən çıxıb, oteli onlara təhvil verməsini tələb etmişdir. Onun bu izahatı həmin iş üzrə Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Pərviz Cəfərovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli Qərarında da olduğu kimi göstərilmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilənlərə və qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində ona qarşı irəli sürülən iddia tələbləri tamamilə əsassız və qeyri-qanunidir, iddia tələblərinin qanuni və əsaslı olduğunu sübut etmək üçün iddiaçı iddia ərizəsinə heç bir sübut növü əlavə etməmiş, buna görə də həmin iddia ərizəsində göstərilən iddia tələblərinin əsassız və qeyri-qanuni olduğu üçün təmin edilməməsi və onun qarşılıqlı iddia ərizəsində göstərdiyi iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmalı, eyni zamanda hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh -Əhməd Miratayev başına dəstə saxlayaraq onun işlətdiyi sahibkarlıq obyektinə “Bayıl İnn” mehmanxanasına xx.xx.2019-cu il tarixdə qeyri-qanuni daxil olaraq onun orada gördürdüyü təmir işlərini tamamilə dağıtdığına, aldığı avadanlıqları sındırıb tamamilə yarasız hala saldığına, mehmanxananın normal iş fəaliyyətini pozduğuna, orada qalan vətəndaşlara stress yaşatdığına bununla da qatı xuliqanlıq hərəkətləri törətdiyinə, onun qanuni sahibkarlıq fəaliyyətinə kobud şəkildə müdaxilə etdiyinə və maneçilik törətdiyinə görə onun əməllərində Azərbaycan Respublikası CM-nin 157.2, 186.2.1, 190.1, 221.2, 221.2.1, 322.2-ci maddələrinin əlamətləri vardır və onun onun barəsində Xüsusi Qərardad çıxardılmalıdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X10 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə bağlı iştirak edə bilmədiyini göstərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ilkin iddia üzrə cavabdehin dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməməsini, əsassız olaraq məhkəmə baxışının təxirə salınmasını xahiş etməklə məhkəmə baxışının süni surətdə uzanmasına səbəb olduğunu, eləcə də məhkəmə iclasının təxirə salınmasına etiraz etdiyini bildirərək ilkin iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə cavabdehin-qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını tələb etmişdir. Məhkəmə cavabdehin səhhətinin pozulması ilə bağlı teleqrama hər hansı bir sübut əlavə etmədiyini nəzərə alaraq işə cavabdehin-qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh Miratayev X24 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, onların izahat və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi - İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 4 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evini Cavabdeh icayərə vermişdir. - “İcarəyə verən” İddiaçı tərəfindən “icarəyə götürən” Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh icarə müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən - xx.xx.2019-cu il tarixədək ümumi dəyəri 31200 (otuz bir min iki yüz) manat təşkil edən aylıq icarə haqqını ödəmədiyi, artıq 12 ay keçməsinə baxmayaraq, hələ də aylıq icarə haqqı ödəmə öhdəliyini yerinə yetirmədiyi bildirilmiş, və ona məxsus qeyriyaşayış binasının dərhal boşaldılması xahiş olunmuş, əks halda məhkəməyə müraciət etməklə yanaşı digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi 14 saylı X7 qeydiyyata alınmışdır. (VÖEN **********) - Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla Cavabdeh şikayət ərizəsi üzrə toplanmış materialla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Qərar qəbul edilərkən Cavabdeh ilə X2 arasında olan mübahisənin mülki xarakterli olduğunu və hal-hazırda da bu barədə mülki iddia əsasında məhkəmə araşdırması aparılması əsas götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, daşınmaz əmlakın alqı-satqısı və icarə ilə bağlı məsələlərdə vasitəçi kimi fəaliyyət göstərir. Cavabdeh tanışı vasitəsi ilə tanıyır, İddiaçı isə onun qonşusudur. Onun vasitəçiliyi ilə onların arasında 2016-cı ilin sentyabr ayının əvvəlində ilkin icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında Cavabdeh tərəfindən müəyyən avadanlıqların və ləvazimatların alınması üçün icarə ödənişlərinin 2016-cı ilin dekabr ayından hesablanacağı barədə razılığa gəlmişlər. Onda olan məlumata əsasən Cavabdeh Əhməd Miratayevin pulu ilə lazımi avadanlıq və ləvazimatları almış, lakin Cavabdeh icarə haqqının ödənilməsini bir müddətdən sonra həyata keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, şəxsi əmək fəaliyyəti ilə məşğuldur və tərəfləri tanıyır. Cavabdeh barədə Əhməd Miratayevə o məsləhət vermiş və nəticədə tərəflər razılığa gəlmişlər, icarə müqaviləsi bağlayıb, işə başlamışlar. Sonra Cavabdeh tərəfindən ödənişlər vaxtı-vaxtında edilmədiyi səbəbindən aralarında münasibətlər gərginləşmişdir. Bir il bundan öncə Cavabdeh ilə görüşmüş və ödənişlərin bir hissəsini etməsi üçün ona bir ay möhlət verilmişdir. Həmin görüşdə Cavabdeh bildirmişdir ki, Əhməd Miratayevdən çox razıdır, lakin bir ay bitdikdən sonra belə ödənişlər olmamışdır. Cavabdeh hansı məbləğdə borcunun olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Əhməd Miratayevi otel müdiri kimi və Cavabdeh isə icarədar kimi tanıyır. Otelin aşağı hissəsində obyekt icarəyə verilmiş və çayxana, pivə barı kimi fəaliyyət göstərmişdir. O, həmin obyektdə xx xxxxxxxx 2018-ci il tarixdən Zülfüqarov Zamiq adlı şəxsin rəhbərliyi ilə işləmiş, bu il isə oteldə təmir işləri başlayana qədər həmin obyektdə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Əhməd Miratayev və Cavabdeh arasında icarə ilə əlaqədar problemlərin olmasını bilir. İlk dəfə sözügedən otelə müştəri kimi gəlmiş və söhbət zamanı Elmara otelin bir hissəsində obyekt açıb çayçı kimi işlətmək istəyində olduğunu, lakin birinci ayın icarə haqqını ödəməyə pulunun olmadığını bildirmişdir. Bir gün keçəndən sonra saat 12:00 radələrində otelə gəlib 1000 manat icarə haqqı olmaqla razılığı əldə etmişlər. Təmir işləri gedən 3 ayı çıxmaqla, ümumilikdə 1 il ərzində icarə haqqını ödəməklə həmin yeri çayçı kimi işlətmişdir. xx xxxxxxxx 2018-ci il tarixində obyekt ona təhvil verilmişdir. Bir həftəyə ilk icarə haqqını (1000 manat) ödəmişdir. Hər ay icarə haqqını vaxtında ödəmişdir. Çayçının müdiri o, olmuş, işçilər birbaşa olaraq onun göstərişlərini yerinə yetirmiş və Elmarı müdir kimi tanımamışlar. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin aradırılmış və faktiki müəyyən edilən hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdən İddiaçı məxsus olmaqla onunla ilk iddia üzrə Cavabdeh arasında Bakı şəhəri 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən icarə hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən icarəyə verilən sahənin istfadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı aylıq 2600 (iki min altı yüz) manat məbləğində icarə haqqı ödəyir, (4-cü bənd) “İcarəçi” idarəyə götürlüyü əmlakı ikinci əldən icarəyə verə bilməz, (6-cı bənd) ”İcarəçi” “icarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. (8-ci bənd) İlk iddiaçı tərəfin və şahidlərin izahat, ifadələri ilə tam təsdiq edilmişdir ki, Cavabdeh sözügedən müqavilənin şərtlərini pozaraq iddiaçının razılığı olmadan əmlakın bir hissəsini subicarəyə vermiş, eləcə də, icarə haqqını vaxtlı vaxtında ödəmədiyindən ilk iddiaçıya icarə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından ilk iddiaçı və ilk iddia üzrə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və ilk iddiaçının icarə müqaviləsi üzrə yaranan borcların ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüqu-qunun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. AzərbaycanRespublikasının Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyənləşdirlməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. İlk iddiaçı tərəfin cavabdehin müqavilə şərtlərini pozmasına və ləğv edilməli olmasına dair dəlillərinin əsası kimi istinad etdiyi şahid ifadələrini məhkəmə sübut növü kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. (MPM-nin 76.2-ci maddəsi) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahidlər cavabdehin ilk iddiaçıya icarə ilə bağlı borcun nə qədər olmasını dəqiq göstərə bilməsələr də, həmin faktın, yəni, icarə borcunun olmasını, eləcə də, cavabdehin icarə müqaviləsinin tələblərinə zidd icarəyə götürdüyü sahəni subicarəyə verməsi faktının mövcudluğunu təsdiq etmişlər. Beləliklə də, məhkəmə şahidlərin verdiyi ifadələri şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasıkimiqiymətləndirir. İlk iddia üzrə cavabdehin iddiaya etiraz etməsinə baxmayaraq sadalanan maddi və prosessual hüquq normalarının tələbləri və işin faktiki halları baxımından məhkəmə hesab edir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşırvə təqdim etdiyi sübut növləri təsdiq edilir. Lakin cavabdehin iddianın əsassız olmasına dair irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Belə ki, cavabdeh iddiaya etirazın əsası kimi istinad etdiyi mübahisəli obyektin mehmanxana kimi fəaliyyət göstərməyə başladığı vaxtadək gördüyü təmir işlərinə və lazımi avadanlıqların alınması üçün və reklam işlərinə görə 68.000 (altımış səkkiz min) manat xərc çəkməsi, aralarında bağlanmış icarə müqaviləsinin şərtlərinə əməl etməklə hazırda ilk iddiaçıya heç bir borcunun olmaması, 2019-cu ilin yaz aylarından başlayaraq onu sıxışdırıb obyektdən uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlər törədərək onun qanuni sahibkarlıq fəaliyyətinə maneəçilik törətməyə başlanması, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinə qeyri-qanuni olaraq xahiş edib onun işlətdiyi həmin mehmanxanaya elektrik enerjisi verilməsinin dayandırılmasına nail olmaları, ona qarşı açıq-aşkar zor tətbiq etmək yolu ilə mübahisəli sahədən çıxarılmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X19 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki,ilk iddia üzrə cavabdeh ilk iddianın tam əsassız olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş vəbunadair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasına yol verildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsi ləğv edilməli və cavabdehdən yaranmış icarə borcu ilk iddiaçının xeyrinə tutulmalıdır. Lakin araşdırma zamanı ilk iddiaçının 2019-cu ilin iyun ayı da daxil olmaqla cavabdehin cəmi 14 ay üçün 36400 (otuz altı min dörd yüz) manat məbləğində icarə haqqı borcunun olmasına dair dəlilinin əsaslı olması tam olaraq öz təsdiqini tapmadığından məhkəmə ilk iddia tələbinin yaranmış icarə borcunun tutulması hissəsinin qismən təmin edilməsi nəticəsinə gəlir. Beləki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsində onun icarə haqqını xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün (sonradan dəqiqləşdirərərək xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinədək) ödəmədiyini göstərdiyi halda, onun oğlu X15 rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında Cavabdeh İddiaçılə bağladığı İcarə Müqaviləsinin şərtlərini pozaraq 2018-ci ilin iki aylıq icarə haqqını, eləcə də 2019-cu ilin son beş ayının icarə haqqını ödəməməsini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının oğlu olan X8 rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında ilk iddia üzrə cavabdehin icarə müqaviləsi üzrə yaranmış borca dair verdiyi məlumat, yəni onun 7 ay üçün icarə haqqı borcu olması daha düzgün və inandırıcıdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, ilk iddia üzrə cavabdehdən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş 7 aylıq icarə haqqı olan 18200 manat ilk iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk iddianın Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, işin araşdırılmış halları ilə (həm də ilk iddia üzrə cavabdehin də etirafına əsasən) cavabdehin hazırda həmin sahədən istifadə etməyərək sahənin öz mülkiyyətçisinin istifadəsində olması müəyyən edilmişdir. Belə olan halda artıq olmayan mübahisə üzrə qaldırılmış və hüquqi əsası olmayan iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Cavabdeh icarəyə götürdüyü mülkiyyətdən istifadə hüququnun bərpa edilməli olmasına, İddiaçı öz qanunsuz hərəkətləri ilə ona vurduğu maddi ziyanın 60.000 (altımış min) manat pulun, qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 gün müddətində - xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işsiz qaldığına görə məhrum olduğu qazancın məbləğinin 21.000 (iyirmi bir min) manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olmasına dair iddia tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Belə ki, onun icarə haqqını mütəmadi olaraq ödəməsi, icarə haqqı üzrə heç bir borcunun olmaması və müqavilə şərtlərinə əməl etməklə icarəyə götürdüyü daşınmaz əmlakın heç bir hissəsini kiməsə icarəyə verməməsi, zorla obyektdən çıxarılması, apardığı təmir işlərinin tamamilə dağıdılmaqla aldığı avadanlıqların sındırılıb tamamilə yararsız hala salınması kimi dəlillərinin əsaslı olmasına dair sübutlar təqdim etməmiş, əksinə buna dair dəlilləri iş materiallarında olan və tədqiq edilən sübutlarla (o cümlədən şahid ifadələri, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli Qərarı ilə) təkzib edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü dəlillərin öz təsdiqini tapmadığını nəzərə alaraq onların əsassız olması nəticəsinə gəlir və belə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi, hazırki işdə ilkin iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, qarşılıqlı iddia rədd edildiyi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsi ləğv edilməli, Cavabdeh icarə müqaviləsi üzrə ödənilməmiş olan 18200 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rusumunun 20 (iyirmi) manat hissəsi, cəmi 18220 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissələrdə təmin edilməməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, Cavabdeh qarşılıqlı iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Proses-sual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsi ləğv edilsin. Cavabdeh icarə müqaviləsi üzrə ödənilməmiş olan 18200 (on səkkiz min iki yüz) manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, cəmi 18220 (on səkkiz min iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissələr də təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-112/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-112/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver