Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1133/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şirkətində çalışdığı ayların 4 ay olmaqla 1200 manat məbləğində əmək haqqı pulunu, 600 manat məbləğində məzuniyyət pulunu və 190 manat sosial yardım üçün ona ayrılmış 4 ayın pulu - 760 manat, ümumilikdə 2500 manat pulun şirkət rəhbəri Bəhri Yıldırımdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildən “X2” MMC-də xadimə işləmişdir. “X2”-nin rəhbəri Bəhri Yıldırım adlı türk vətəndaşıdır. Həmçinin yoldaşı Fatma Yıldırının da şirkətinin idarəsində iştirak edir. Həmin şirkət əsasən “xxxx” QSC ilə əmakdaşlıq edir. O, ayağında yaranan probləmə görə bir gün işdən icazə almalı oldu. Hətta şirkətin növbə rəisi yazaraq bildirmişdir ki, “Terminal 1”də işləyən işçilər işə gəlməsin, çünki, bəlli pandemiya səbəbindən iş yeri müvəqqəti fəaliyyət göstərməyəcək. O, işə getmədiyi müddətdə şirkətdə çalışan İntizar Rəhimova, o, yolda qızı ilə gedərkən arxadan onların şəklini çəkərək növbə rəisi Fətullah Hüseynə göstərmişdir və onun ayağında guya heç bir problem yoxdur deyə yalan danışmaqda ittiham etmişdir. Bundan sonra Fəttulah Hüseyn ona zəng vuraraq bildirdi ki, o daha işə gəlməsin, işdən çıxarıldı. Bütün bunlardan sonra 2020-ci ilin sentyabr ayında o, ofisə şirkət rəhbəri olan Bəhri Yıldırmın yanına gedərək işdə qalmağını, vəziyyətinin çətin olduğunu və onu işdən çıxarmamasını xahiş etdi. Bəhri Yıldırım boş vərəqə qol çəkdirib ona dedi ki, “bu imza ödənişsiz məzuniyyət üçündür, get səni çağıracağıq.” Lakin sentyabr ayında onu çağırdılar və işdən azad olunduğunu bildirdilər. O, səbəbini soruşan zaman artıq ərizə yazdığını, hər şey üçün gec olduğunu dedi. O, etiraz edən zaman onu təhqir edib otaqdan çıxardı. Həmçinin ona əgər “xxxx” QSCyə şikayət edəcək olsa, onu polisə verəcəyi ilə hədələdi. Ona iyun-sentyabr aylarında ümumiyyətlə maaş vermədilər, aprel may aylarında isə 180 manat maaş verdilər. Həmçinin 34-günlük məzuniyyət pulunu da vermədilər. Bundan əlavə pandemiya dövründə dövlətin vətəndaşlara ayırdığı 190 manat sosial yardımı da ona vermədilər. O, şirkət rəhbəri olan Bəhri Yıldırımla danışmağa çalışsa da, o onu nalayiq söyüşlərlə təhqir edib otaqdan qovmuşdur. O bugünkü günə kimi hələ də nə əmək haqqını, nə məzuniyyət pulunu, nə də sosial yardını ala bilməmişdir. Onun həyat yoldaşı xəstədir, əməliyyat olunub. Bir qızı da onunla yaşayır, magistraturada ödənişli təhsil alır. Tək işləyən o idi. Maddi cəhətdən çox çətinlik çəkir, neçə aylardır ki, işsiz qalmışdır, düşünür ki, şirkət rəhbərliyinin əsassız yerə işçini işdən çıxarmaq haqqı yoxdur. Onu aldadaraq, onun inamından sui-istifadə edib, imza çəkdirib, bu şəkildə onu işdən azad etmək birbaşa bir işçi, bir vətəndaş kimi onun hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında İddiaçı Oktay qızı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edimədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, İddiaçı Sevdimalı qızı, məhkəmədə iddia ərizəsində qaldırdığı eyni məzmunlu əsaslarla, əvvəlcə, Azərbaycan Respublikasının DİN-nin Suraxanı Rayon Polis İdarəsinə müraciət etmiş və guya “xxxx” MMC-nin rəhbərliyi tərəfindən əsassız olaraq işdən azad olunması və ona əmək haqqının ödənilməməsi və həmçinin guya “xxxx” MMC-nin əməkdaşı tərəfindən, ona qarşı qanuna zidd hərəkətlərə də məruz qalmasını bildirmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində ərizə araşdırılaraq, göstərilənlərin doğru olmaması müəyyən edilmişdir. İşin hissəvi mülki xarakterli olması da nəzərə alınaraq, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı Sevdimalı qızı hesab etmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində işə qeyriobyektiv baxılmışdır və o, iş üsrə gəlinmiş nəticədən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Şikayətə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baxılmış və qeyd edilmiş xususatların mülki xarakterli olması müəyyən edilərək, mübahisənin həlli ilə bağlı aidiyyatı üzrə, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin iddiaçının ’’xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidenti və Birinci Vitse-Prezidentinə ünvanladığı eyni məzmunlu çoxsaylı müraciətlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır və araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Covid-19 koronavirus pandemiyası ilə əlaqədar, iddiaçı da daxil olmaqla, məhdud sayda işçi işə cəlb edilmişdir və yaranmış vəziyyətlə əlaqədar sahibkarlara maliyyə dəstəyi çərçivəsində dövlət tərəfindən ödənilən vəsait hesabına, iddiaçıya da iyun, iyul ayları üçün əmək haqqları hesablanıb ödənilmişdir. Eyni zamanda iddiaçı ilə cəmiyyət arasında əmək müqaviləsinə 10 sentyabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi və iddiaçının son haqq-hesabının ona sonuncu iş günü ödənildiyi də müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində ’’xxxx” MMC-də əmək və sair hüquqlarının pozulması barədə qeyd etsə də, lakin nəticə etibarı ilə ’’xxxx” MMC-dən güya 4 ay olmaqla 1200 manat təşkil edən əmək haqqı, 600 manat təşkil edən məzuniyyət və 190 manat sosial yardım üçün ona ayrılmış 4 ay olmaqla 760 manat, ümumilikdə 2500 manat pulların alınıb ona verilməsi xahişini etsə də, lakin öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddiasını sadəcə söz fərziyyələri ilə, guya maaşını, məzuniyyət pulunu, sosial yardım və son haqq-hesab pulunu tam olaraq almaması ilə əsaslandırmışdır. Bu qətiyyən belə deyil. İddiaçı tam olaraq ona hesablanmış pulları, 2020 ilin yanvar ayı üçün 400 manat, fevral ayı üçün 400, mart ayı üçün 300 manat, aprel ayı üçün 180 manat 94 qəpik, may ayı üşün 180 manat 94 qəpik, iyun, iyul, avqust aylari üçün birlikdə 540 manat və son haqq-hesab pulunu isə sentyabr ayinda 420 manat olaraq almışdır. Bütün bunlar, iddiaçı ilə cəmiyyət arasında olan muhasibatlıq və bank hesablaşma sənədləri ilə də təsdiq olunur və bu sənədlər məhkəməyə təqdim edilmişdir. Bütün bu göstərilənlərə əsasən hesab edir ki, “xxxx” MMC-nə qarşı qaldırılmış iddia əsassız olduğundan rədd edilməlir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “xxxx” MMC-nin baş direktoru Bahri Yıldırım ilə İddiaçı arasında bağlanmış 16 mart 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı hər ay 215 manat əmək haqqısı olan xadimə vəzifəsinə işə götürülmüşdür. Həmin müqavilədən görünür ki, İddiaçı 05.09.2019-cu il tarixdən 178 nömrəli əmrə əsasən 264 manat əmək haqqı, 24.02.2020-ci il tarixdən 27 nömrəli əmrə əsasən 375 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC-nin baş direktoru Bahri Yıldırıma ünvanlanmış ərizədən görünür ki, o, 10.09.2020-ci il tarixdən öz xahişi ilə tutduğu xadimə vəzifəsindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 10.09.2020-ci il tarixli 90 nömrəli əmrindən görünür ki, İddiaçı 10.09.2020-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış 16.03.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə mühasibatlığa 16.03.2018-10.09.2020-ci il üçün istifadə edilməmiş məzuniyyət kompensasiya olaraq 32 təqvim günü üçün ödənişi və onunla son haqq-hesabın aparılmasının təmin edilməsi barədə göstəriş verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin “Paşa Bank”a köçürülmüş əmək haqqı ödənişləri cədvəlindən görünür ki, İddiaçı 05.02.2020-ci il tarixdə yanvar ayı üçün 400.00 manat, 06.03.2020-ci il tarixdə fevral ayı üçün 400.00 manat, 06.04.2020-ci il tarixdə mart ayı üçün 300.12 manat, 01.05.2020-ci il tarixdə aprel ayı üçün 180.94 manat, 04.06.2020ci il tarixdə may ayı üçün 180.94 manat, 10.09.2020-ci il tarixdə iyun, iyul ayları üçün 360 manat, 10.09.2020-ci il tarixdə avqust ayı üçün 180 manat, 10.09.2020-ci il tarixdə 420 manat verilmişdir. İş materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.11.2010-cu il tarixli, 044-16199 №-3220 saylı məktubdan görünür ki, işlədiyi “xxxx” MMC-nin rəhbərliyi tərəfindən əsassız şəkildə işdən azad olunmağı, əmək haqqının ödənilməməsi, həmin şirkətin əməkdaşı tərəfindən qanunazidd hərəkətlərə məruz qalmağı ilə bağlı müraciətinə Suraxan RPİ-nin 30-cu Polis şöbəsində qeyri-obyektiv baxılması barədə Bakı Şəhər Baş Pois idarəsinə ünvanladığı müraciətə Bakı Şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsində baxılmış, araşdırma zamanı müraciətdə qeyd edilən xüsusatların mülki xarakterli olması müəyyən edilmişdir. Odur ki, mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.01.2021-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, ərizəçinin “xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Republikası Prezidentinin Abministrasiyasına və Azərbaycan Republikasının Birici Vitse-Prezidentinə ünvanladığı müraciətə baxılmışdır. Araşdırma zamanı “xxxx" MMC-nin rəhbərliyi tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Covid-19 koronavirus pandemiyası ilə əlaqədar ərizəçi də daxil olmaqla məhdud sayda işçi işə cəlb edilmişdir. Mövcud vəziyyətlə əlaqədar sahibkarlara maliyyə dəstəyi çərçivəsində dövlət tərəfindən ödənilən vəsait hesabına əriçəçiyə iyun, iyul, avqust ayları üçün əmək haqqları hesablanıb ödənilmişdir. Eyni zamanda ərizəçi ilə Cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə 10 sentyabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi və son haqq-hesabının sonuncu iş günü ödənildiyi məlum olmuşdur. Qeyd olanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Çünki mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hakim iddia ərizəsində iddiaçının əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı cavabdeh “xxxx” MMC-də 16 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən xadimə vəzifəsində işləmiş və “xxxx” MMC-nin 10.09.2020-ci il tarixli 90 nömrəli əmrinə əsasən həmin tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış 16.03.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də kifayət qədər müəyyən olundu ki, “xxxx” MMC tərəfindən Covid-19 koronavirus pandemiyası ilə əlaqədar, iddiaçı da daxil olmaqla, məhdud sayda işçi işə cəlb edilmiş, yaranmış vəziyyətlə əlaqədar sahibkarlara maliyyə dəstəyi çərçivəsində dövlət tərəfindən ödənilən vəsait hesabına, iddiaçıya da iyun, iyul ayları üçün əmək haqqları hesablanıb ödənilmişdir. İddiaçıya 2020 ilin yanvar ayı üçün 400 manat, fevral ayı üçün 400, mart ayı üçün 300 manat, aprel ayı üçün 180 manat 94 qəpik, may ayı üşün 180 manat 94 qəpik, iyun, iyul, avqust aylari üçün birlikdə 540 manat və sentyabr ayinda son haqq-hesab pulu 420 manat ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1133/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1133/2021
27.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver