Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1135/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 21 noyabr 1957-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olması və doğumun qeyd edilmə faktı müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X13 (milliyəti azərbaycanlı), ana qrafasında X7 (milliyəti azərbaycanlı) göstərilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21 noyabr 1957-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışlar. O, 1977-ci ildə Azərbaycan Dövlət Pedoqoji Kollecini bitirmişdir. Həmin vaxt soyadı Babayeva olmuş, 1979-cu ildə X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt nikahları rəsmiləşdirilərkən ona Əmiraslanova soyadı verilmişdir. Bu yaxınlarda təqaüdə çıxmaq məqsədi ilə müvafiq qurumla əlaqə saxlamış oradan tələb olunan sənədlərin siyahısında onun doğum haqqında şəhadətnaməsinin də lazım olduğunu bildirmişlər. O, da bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da, tapa bilməmişdir. Hazırda təqaüdə çıxma məsələsinin həlli ilə bağlı tələb olunan sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil, itirmişdir. Doğum akt qeydinin isə bərpası mümkün deyildir. Buna görə də hesab edir ki, onun 21 noyabr 1957-ci ildə Ermənistan Respublikası Qafan rayonunda doğulması və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun itirdiyi doğum haqqında şəhadətnaməni başqa qaydada almağı mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı qızıdır. O, təsdiq edir ki, Ərizəçi xx.xx.2957-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olmuş, atası X13, anası isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızı qızıdır. O, təsdiq edir ki, Ərizəçi xx.xx.2957-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olmuş, atası X13, anası isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. O, təsdiq edir ki, bacısı Ərizəçi xx.xx.2957-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olmuş, ataları X13, anaları isə X3r. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi Səbail RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə, Ermənistan, Qafan rayonunda doğulmuşdur. İş materiallarında olan X4 məxsus BB-İİ seriyalı, 120170 nömrəli Diplomun surətindən görünür ki, o, 1973-cü ildə Bakı Pedoqoji Məktəbinə daxil olmuş, 1977-ci ildə oranı bitirmiş və ona əmək və rəsmxət müəllimi ixtisası verilmişdir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, 316712 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X10 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 259728 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Baba oğlu xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 590061 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. İş materiallarında olan X5 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1959-cu il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur, ata qrafasında X13 (milliyəti azərbaycanlı), ana qrafasında X7 (milliyəti azərbaycanlı) göstərilmişdir. İş materiallarında olan AT-İİİ seriyalı, ******* nömrəli xx.xx.2012-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi əmək fəaliyyətinə başlaması ilə əlaqədar əmək kitabçası verilmişdir. İşə əlavə edilmiş Ərizəçi müraciətinə Maraqlı şəxsndən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 417/15 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada ala bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə, Ermənistan SSR, Qafan rayonunda doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası X13, anası isə X3r, milliyəti azərbaycanlıdır. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahidlərin ifadələri və ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqan - Səbail RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində və ərizəçiyə məxsus əmək kitabçasında əks olunmuş müvafiq məlumatlarla da öz təsdiqini tapır. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onların ərizəçinin yaxın qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X12, X8 və X2 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ərizəçiyə məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR, Qafan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, ərizəçi Əmiraslanova (Babayeva) Gülnaz Baba qızının doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında - xx.xx.1957-ci il, doğum yeri qrafasında - Qafan rayonu, ölkə qrafasında - Ermənistan SSR, ata qrafasında X13 - milliyəti azərbaycanlı, ana qrafasında isə X7 milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Əmiraslanova (Babayeva) Gülnaz Baba qızının xx.xx.1957-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi Əmiraslanova (Babayeva) Gülnaz Baba qızının doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında - xx.xx.1957-ci il, doğum yeri qrafasında - Qafan rayonu, ölkə qrafasında - Ermənistan SSR, atası qrafasında - X13, milliyəti - azərbaycanlı, anası qrafasında - X7, milliyəti – azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə ərizəçi Əmiraslanova (Babayeva) Gülnaz Baba qızının doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1135/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1135/2022
16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver