Məhkəmə qərarları › İş №2(009)-1145/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1145/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1145/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X14 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 21 may 2025-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilən) «doğum faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X1, anası X9 olmaqla xx xxxxxx 1958-ci ildə Ermənistan Respublikasının Krasnoselo (Çəmbərək) rayonu, Toxluca kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1958-ci ildə Ermənistan Respublikasının Krasnoselo (Çəmbərək) rayonu, Toxluca kəndində anadan olmuşdur. Ermənistandan qaçqın düşmüşdürlər. O, doğum haqqında şəhadətnaməni itirmişdir. Ərizəçidə qalan psaport əsasında şəxsiyyət vəsiqəsi almışdır. X1 1984-cü ildə, anası X9 1987-ci ildə vəfat etmişdir. Atası ilə anasının nikahından 6 övladları olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirmişdir ki, ərizəçi onun məktəbdə şagirdi, eyni zamanda qonşusu olmuşdur. Ərizəçi 1958-ci il tarixdə Toxluca kəndində anadan olmuşdur. Atası Abbas, anası Sehran idi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirmişdir ki, ərizəçi onun bibisiqızıdır. 1958-ci ildə Toxluca kəndində anadan olmuşdur. X1, anası isə X9 idi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958ci ildə anadan olmuşdur. 323332 nömrəli attestatın surətindən görünür ki, Ərizəçi Krasnoselo rayonunda yerləşən 23 saylı məktəbi kiçik feldşer ixtisası üzrə bitirmişdir. AB № nömrəli 384138 attestatın surətindən görünür ki, Ərizəçi 1975-ci ildə Ermənistan SSRİ, Krasnoselo rayonu, Toxluca kənd orta məktəbini bitirmişdir. V-CЛ № 553613 nömrəli pasportun surətindən görünür ki, X4 1914-cü il tarixdə Ermənistan SSRİ, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuşdur. ЗЖ № 252292 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1951-ci il tarixdə Ermənistan SSRİ, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, iş materialları və ərizəçinin izahatı ilə Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSRİ, Krasnoselo rayonu, Toxluca kəndində anadan olduğu, atasının X5, anasının isə X4 olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, ərizəçi doğum haqqında akt qeydinin göstərilməsini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Toxluca kəndində anadan olması faktı müəyyən edilsin. Ərizəçi ata qrafasında X5 (milliyyəti azərbaycanlı), ana qrafasında isə X4 (milliyyəti azərbaycanlı) göstərilərək, müvafiq məlumatları əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar