Məhkəmə qərarları › İş №2(009)-1146/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1146/2021

16.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1146/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı və onun vəkili Ə.N.Məhərrəmlinin, Cavabdehin nümayəndəsi K.F.Əliyevin iştirakları ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, təxminən 10 ildir ki, poçt sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, 2016-cı ilədək heç bir problem yaranmadan 92 saylı poçt şöbəsində işləyirdi. Daha sonra, 2016-cı ildə Emin kərimli 3 saylı poçt filialına rəis təyin olunduqdan sonra onu məcburi şəkildə, ağladaağlada, səhhətinin buna imkan verməməsinə baxmayaraq, 132 saylı poçt şöbəsinə gətirmişdir. Mövcud şərait (pandemiya) başlayandan vəziyyət daha da ağırlaşmış, iş şəraiti gərginləşməyə başlamışdır. Kollektivdə əksər işçilərin yaşı 60-dan yuxarı olduğu üçün işə çıxmaları məhdudlaşdırılmışdır. Pandemiya şəraitində 190 manat müavinətlərin istirahətsiz ödəniş etmişdir. Çox vaxt iş rejimindən artıq işləməsinə, hətta şənbə və bazar günləri də qanunsuz işə çıxarılmalarına baxmayaraq, bunların müqabilində əmək haqqı ödənilmirdi. Hətta iş o həddə çatmışdır ki, onlar nahar etməyə imkan tapmamışlar. O, dörd ildir ki, məzuniyyətsiz işləyir. Daha sonra, Cavabdeh MMC-nin baş direktoru Emin Əfəndiyev tərəfindən 10.12.2020-ci il tarixdə yaşadığı mənzilinə eyni tarixli məktub yollayaraq, onun 10.12.2020-ci il tarixədək tutduğu vəzifədən azad ediləcəyi bildirilmişdir. 10.12.2020-ci il tarixdə isə E.Əfəndiyevin 2192 nömrəli əmrinə əsasən onun tutduğu vəzifəyə eyni tarixdən xitam verilmişdir. Həmçinin, bildirmək istəyir ki, işdən azad olunması ilə bağlı müvafiq əmri tələb etsə də, qanuni müraciətləri cavabsız qalmışdır, əmrin surəti ona rəsmi şəkildə təqdim edilməmişdir, yalnız əmrin fotoşəklini çəkmək imkanı olmuşdur. Mövcud problemlə bağlı olaraq əlaqədar qurumlara müraciət etsə də, qanuni müraciətlər cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, vəzifədən azad edilərkən ona tutduğu və ixtisar edilən vəzifəyə uyğun başqa işi ilə təmin olunacağına təminat verilsə də, bu günədək hər hansı bir işlə təmin edilməmişdir. Onun həyat yoldaşı sürücü vəzifəsində işləməklə çox az maaşa qulluq edir. Onun da haqsız yerə işdən çıxarılması ailəsinin büdcəsinə güclü təsir etmişdir. Hazırda onun oğlu həqiqi xidmətdədir. Müharibə dövründə bacısının oğlu torpaqların azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında “Vətən uyğunda” medalla və “Xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edilmişdir. Cavabdehin ona qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb hissi keçirmişdir. Bunun nəticəsidir ki, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh MMC ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, tutduğu vəzifəyə bərpa etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyətinin bərpa edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin ona qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb hissi keçirmişdir. Bunun nəticəsidir ki, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir. ”Cavabdeh” MMCnin ona qarşı törətdiyi qanunzidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, tutduğu vəzifəyə bərpa etməli, cavabdehin qanuna zidd hərəkətləri üzündən ona dəymiş zərərə görə 3000 manat məbləğində mənəvi təzminat cavabdehdən tutularaq ona geri ödənilməlidir. Bundan başqa, ona yol verdiyi mexaniki məhvlərə görə Emin Kərimlinin göstərişi ilə qərəzli olaraq, haqsızcasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdilər. Bütün respublika üzrə Cavabdeh MMC-nin elektron proqramlaşdırılmasında yeniliklər tətbiq edilmişdir. Yeni proqramlaşdırmada bir sıra texniki problemlər vardır. Məsələn, icazə verməyən pul məbləğlərinin köçürülməsini proqram mexaniki olaraq özü təmin edir, bu da proqramda ümumi problemlərin olduğunu göstərir. Hansı ki, həmin məbləğləri proqram burazmalı olmadığı halda hansısa texniki çatızmazlıq ucbatından bunu edirö. Nəticə etibarı ilə bu da onun texniki səhvi ilə deyil, proqramda olan texniki çatışmazlıq ilə əlaqədardır. Hesab edir ki, Azərbayxan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi əsasızdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin ona qarşı törətdiyi hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın cavabdehdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ona irad tutulan nöqsanlar faktiki olaraq proqram səhvi ilə bağlıdır. Belə ki, əvvəllər təkrar köçürmələr olduğu halda proqram köçürmələri qəbul etmirdi. Ona görə də həmin nöqsanlara görə onun işdən azad olunması əsassızdır. O qərəzli surətdə işdən azad olunmuşdur. Eyni zamanda yanvar ayında işdən azad olunma əmrini vəkilinə vermiş, vəkili bildirmişdir ki, mübahisənin məhkəmədənkənar həll etməsi üçün pretenziya qaydasına riayət edəcək və bundan sonra məhkəməyə müraciət olunacaqdır. Bu müddət ona görə də ötürülmüşdür. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X10 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı əvvəllər də eyni xarakterli pozuntulara görə əmək intizamına cəlb edilmişdir. həm 2019, həm də 2020-ci ildə ona bu pozuntular görə töhmət verilmişdir. Lakin bundan nəticə çıxarmayaraq təkrar analoji pozuntular etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işdən azad olunma əmri qanunidir. Məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizə vermiş, iddiaçı eyni zamanda bir aylıq müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Məhkəmədə onun gətirdiyi dəlillər isə üzrlü hal kimi qəbul edilə bilməz. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir . Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC-nin 06.12.2019-cu il tarixli 2134 nömrəli əmrin X4 aid olan hissəsindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı X4 “Töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr verilmişdir. Əsas: struktur bölmələrlə iş və nəzarət departamentinin 08.11.2019-cu il tarixli SİBİND 17-17 2-100 nömrəli məlumatı və aidiyyəti izahat. İş üzrə Cavabdeh MMC-nin 22.09.2020-ci il tarixli 1567 nömrəli əmrin X4 aid olan hissəsindən görünür ki, Azərbaycan Respulikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının rezizent və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 3.3-cü maddəsini pozduğuna görə Cavabdeh MMC-nin 3 saylı 132 Poçt Filialının əməliyyatçısı X4 “Töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr verilmişdir. Əsas: risklərin idarə edilməsi departamentinin direktoru O.Şirəliyevin 25.08.2020-ci il tarixli RİED 18-18-01-05 nömrəli məktubu və aidiyyəti izahatlar. İş üzrə Cavabdeh MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru tərəfindən Cavabdeh MMC-nin Baş Direktora ünvanlanmış 26.11.2020-ci il tarixli RİED 18-18-01-51 nömrəli məktubun kserosurətindən görünür ki, Cavabdeh MMC-yə tabeli poçt şöbələrində xarici valyuta vəsaitlərini bank hesabı açmadan Azərbaycan Respublikasından kənara köçürmə əməliyyatlarının qaydalara uyğun aparılması risklərin idarə edilməsi departamentinin əməkdaşları tərəfindən sistem üzərindən yoxlanılır. Aparılan monitorinqlər zamanı 3 saylı poçt filialının 132 saylı poçt şöbəsində 24.11.2020-ci il tarixdə “Zolotaya Korona” sistemində X7 adından 2 halda hər biri 1000 ABŞ dolları olmaqla cəmi 2000 ABŞ dolları məbləğində (694310962, 4********), cari ay ərzində isə 13 halda hər biri 1000 ABŞ dolları olmaqla 13.000 ABŞ dolları məbləğində vəsaitin Gürcüstan Respublikasındakı ayrı-ayrı şəxslərə göndərildiyi aşkar edilmişdir. Əməliyyatın icraçısı 132 saylı poçt şöbəsinin əməliyyatçısı İddiaçı alınmış izahatda o, təkrarlanmış nöqsanlı əməliyyatların şöbədə gərgin iş şəraitinin olması səbəbindən yarandığını bildirmişdir. Bundan sonra 132 saylı poçt şöbəsində cari ilin noyabr ayı ərzində beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə icra edilmiş bütün əməliyyatlar sistem üzərindən yoxlanılmış və bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, cari ilin noyabr ayı ərzində X5 adından 11 halda cəmi 10.500 ABŞ dolları, X6 adından 13 halda cəmi 11.345 ABŞ dolları, X2 adından 12 halda cəmi 12.000 ABŞ dolları məbləğində vəsaitlər Azərbaycan Respublikasından kənara göndərilmişdir. Qeyd olunan əməliyyatların icraçısı İddiaçı səhlənkarlığı nəticəsində “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalar”ı kobud şəkildə pozulmuşdur. Qeyd olunanlarla bağlı 132 saylı poçt şöbəsinin müdiri X1 alınmış izahatda o bir daha belə hallarla yol verməyəcəklərini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-nin 3 saylı X8 İttifaqı Komitəsinin sədrinə, surəti 3 saylı Poçt Filialının rəisinə ünvanlanmış 27.11.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı xidməti fəaliyyətində “Zolotaya Korona” beynəlxalq pul köçürməsi zamanı “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”ının tələblərini kobud şəkildə pozaraq ciddi nöqsanlara yol verdiyi aşkar edilmişdir. Belə ki, İddiaçı yol verdiyi eyni nöqsana görə onun barəsində görülmüş müvafiq intizam tənbehi tədbirindən nəticə çıxarmayaraq, xidməti fəaliyyətində analoji nöqsanlara yol verməkdə davam etmişdir. Xidməti fəaliyyətində dəfələrlə yol verdiyi nöqsanlar İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq İddiaçı AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair filialın Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməsini xahiş etmişlər. İş üzrə Cavabdeh MMC-nin 3 saylı Poçt Filialı tərəfindən Cavabdeh MMC-nin Baş direktorun müavininə ünvanlanan 04.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, 132 saylı PŞ-nin əməliyyatçısı İddiaçı yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsi ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin iclasını məlum pandemiyaya görə yetərsayla keçirmək mümkün olmadığı üçün rəy bildirməsi mümkün olmamışdır. İş üzrə 07.12.2020-ci il tarixli aktın surətindən görünür ki, Həmkarların saat 13.00 başlayacaq iclasına İddiaçı dəfət edilmiş,gələcəyini bildirsə də, iclasa gəlmədiyi üçün iclas baş tutmamaşdır. İş üzrə Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının və HİK-nın birgə iclasının 39 No-li, 09.12.2020-ci il tarixli protokolun kserosurətindən görünür ki, 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin əməliyyatçısı İddiaçı işdə yol verdiyi ciddi qanun pozuntularını nəzərə alaraq onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına müsbət münasibət bildirmişlər. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, 19.12.2011-ci il tarixdə Cavabdeh MMC-nin 3 saylı PF-nin 48 saylı PŞ-nə müqavilə yolu ilə əməliyyatçı vəzifəsinə qəbul edilmiş, 06.06.2012-ci il tarixdə həmin şöbədə Vİ dərəcəli poçtalyon ştatına (poçtalyon analıq məzuniyyətində H.Mustafayevanın yerinə) keçirilmiş, 01.04.2013-cü il tarixdə 92 sayl Poçt şöbəsinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsində keçirilmiş, 26.12.2016-cı il tarixdə həmin filialın 132 saylı Poçt şöbəsinə əməliyyatçı keçirilmiş, 10.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (öhdəlikləri yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinin xitam verilməsi haqqında 10.12.2020-ci il tarixli 2192 saylı əmrin kserosurətindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: risklərin idarə edilməsi departamentinin 26.11.2020-ci il tarixli RİED-18-18-01-61 nömrəli məlumat, Həmkarlar Komitəsinin protokolu, akt və müvafiq təsdiqləyici sənədlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-nin 3 saylı Poçt Filialında müxtəlif vəzifələrdə işləmiş, 26.12.2016-cı il tarixdə Cavabdeh MMC-nin həmin filailın 132 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xidməti fəaliyyətində yol verilmiş nöqsanlara görə Cavabdeh MMC-nin 06.12.2019-cu il tarixli və 22.09.2020-ci il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “töhmət” verilmişdir. Cavabdeh MMC-nin 10.12.2020-ci il tarixli 2192 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı Cavabdeh” MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi risklərin idarə edilməsi departamentinin 26.11.2020-ci il tarixli RİED-18-18-01-61 nömrəli məlumatı, Həmkarlar Komitəsinin protokolu, akt və müvafiq təsdiqləyici sənədlər göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 10.12.2020-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı onun işə bərpa olunmasını və dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsas onun əmək vəzifələrini pozulması və işində ardıcıl olaraq nöqsanlara yol verməsi olmuşdur. Belə ki, iddiaçı poçt şöbəsində əməliyyatçı vəzifəsində işləmiş və pul köçürmələrini həyata keçirmişdir. Həmin pul köçürmələri həyata keçirilərkən iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru tərəfindən Cavabdeh MMC-nin Baş Direktora ünvanlanmış 26.11.2020-ci il tarixli RİED 18-18-01-51 nömrəli məktubdan görünür ki, aparılan monitorinqlər zamanı 3 saylı poçt filialının 132 saylı poçt şöbəsində 24.11.2020-ci il tarixdə “Zolotaya Korona” sistemində X7 adından 2 halda hər biri 1000 ABŞ dolları olmaqla cəmi 2000 ABŞ dolları məbləğində (694310962, 4********), cari ay ərzində isə 13 halda hər biri 1000 ABŞ dolları olmaqla 13.000 ABŞ dolları məbləğində vəsaitin Gürcüstan Respublikasındakı ayrı-ayrı şəxslərə göndərildiyi aşkar edilmişdir. Əməliyyatın icraçısı 132 saylı poçt şöbəsinin əməliyyatçısı İddiaçı alınmış izahatda o, təkrarlanmış nöqsanlı əməliyyatların şöbədə gərgin iş şəraitinin olması səbəbindən yarandığını bildirmişdir. Bundan sonra 132 saylı poçt şöbəsində cari ilin noyabr ayı ərzində beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə icra edilmiş bütün əməliyyatlar sistem üzərindən yoxlanılmış və bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, cari ilin noyabr ayı ərzində X5 adından 11 halda cəmi 10.500 ABŞ dolları, X6 adından 13 halda cəmi 11.345 ABŞ dolları, X2 adından 12 halda cəmi 12.000 ABŞ dolları məbləğində vəsaitlər Azərbaycan Respublikasından kənara göndərilmişdir. İddiaçı tərəfindən pul köçürülmələri ilə aparılan göstərilən əməliyyatların hamısında “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalar”ı kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28.11.2016-cı il tarixdə 45/1 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən Bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən rezident və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1000 (bir min) АBŞ dolları, təqvim ayı ərzində isə 10000 (on min) АBŞ dolları ekvivalentinədək məbləğdə köçürə bilər. Göründüyü kimi qanunvericiliyinin tələbinə əsasən rezident olan şəxslər bir əməliyyat günü ərzində 1000 ABŞ dolları, təqvim ayı ərzində isə 10000 ABŞ dolları məbləğində xaricə pul göndərişi həyata keçirə bilərlər. İddiaçı tərəfindən isə göründüyü kimi bir əməliyyat günü ərzində bir şəxsin adından 2000 ABŞ dolları, bir təqvim ayı ərzində 10000 ABŞ dollarından yuxarı müxtəlif əməliyyatlar həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – 2019 və 2020-ci illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun 10.12.2020-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Beləliklə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 10.12.2020-ci il tarixli 2192 saylı əmrin ləğvi, işə bərpa edilməsi, dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar