Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1148/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavıabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, X4 küçəsi, 52C, korpus 10, giriş-1, mənzil 9 ünvanda yerləşən mənzilindən onlara məxsus əşyaların çıxarılaraq boşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-11919/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları cəmi 88412 manat məbləğində pul borcunun və 30 manat ödədiyi dövlət rüsumunun əvəzi olaraq borclu Cavabdeh1 məxsus 95.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m olan 9 saylı mənzilinin ona verilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019- cu il tarixli, xx/xx-31994/8 saylı təklif irəli sürülmüş və həmin təklif tərəfindən qəbul edilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-11919/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, X4 küçəsi, 52C, korpus 10, giriş-1, mənzil 9 ünvanda yerləşən mənzilin borcun ödənilməsi hesabına tələbkar olaraq ona verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd olunan qərar hissəvi olaraq icra edilmiş və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, X4 küçəsi, 52C, korpus 10, giriş-1, mənzil 9 ünvanda yerləşən mənzil onun adına rəsmiləşdirilmiş və həmin mənzilə dair ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdehlər tərəfindən mənzil hal-hazıradək boşaldılmır və ona təhvil verilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, eləcə də göstərmişdir ki, cavabdehlər iddiaçının qızı və kürəkənidir və onlar uzun müddətdir ki, köçərək X1 yaşayırlar. Cavabdehlər iddiaçıya məxsus mənzili boşaltmalı olduqlarını qəbul edirlər, lakin hal-hazırda həmin əmlakları iddiaçıya məxsus mənzildən çıxararaq başqa bir yerə yığmaq onların imkanları xaricindədir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 52C, korpus 10, giriş 1, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus əmlaklar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, X4 küçəsi, 52C, korpus 10, giriş-1, mənzil 9 ünvanda yerləşir və bu səbəbdən iddiaçı mülkiyyətində olan yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Avropa İnsan Hüquqları Məhkəməsi çıxardığı qərarlarında “hər bir şəxsin özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu tanımaqla, 1-ci maddənin özünün məzmununa görə mülkiyyət hüququnun təminatçısı olmasını” qeyd etmişdir (Marckx v.Belgium-31, 13 iyun 1979-cu il tarixli qərarı; İnze v.Austria - 126, 28 oktyabr 1987-ci il tarixli qəran). Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci cümləsinin məqsədləri üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsində belə nəticə öz əksini tapmışdır ki, məhkəmə cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsinin zəruri şərtləri arasındakı ədalətli tarazlılığa riayət olunub olunmamasını müəyyən etməlidir (Sporrong and Lönnroth v.Sweden - 52, 23.09.82; Erkner and Hofauer v. Austria - 117, 23.04.87; Poiss v.Austria - 124-E, 29.09.87; Mellacher and Others v.Austria - 169, 19.12.89; Fredin v. Sweden - 192, 18.02.91; Katte Klitsche de la Grange v. İtaly - 293-B, 23/04/87). Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik, istifadə sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərə məxsus əmlakın iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yerləşməsi iddiaçını öz mülkiyyətində olan mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum edir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 52C, korpus 10, giriş 1 mənzil 9 ünvanda yerləşən mənzildən cavabdehlər tərəfindən çıxarılaraq, mənzil boşaldılsın və mənzil iddiaçı X3 təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1148/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1148/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver