Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1149/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s.» barədə iddia ərizəsi üzrə mülki işə 16 iyun 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s.» barədə iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzilin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan edilməsi, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzil və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzil iddiaçıya məxssdur. Buna baxmayaraq, iddiaçı mənzillərə buraxılmır və həmin mənzillərdən istifadə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehə yaradılan süni manelərin aradan qaldırılması üçün müraicət olunsa da, bununla bağlı heç bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzilin və Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi (köhnə Xanlar küçəsi) 119, M12 (12-ci mərtəbə), mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan edilməsi, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ev 117, 119, 121, 123 mənzil 3 (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi 119, M12, mənzil 3) xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 2,4, 6, 6A, mənzil 2 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 4, M16, mənzil 2) xx.xx.2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ev 117, 119, 121, 123 mənzil 3 (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi 119, M12, mənzil 3) və Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 2,4, 6, 6A, mənzil 2 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 4, M16, mənzil 2) iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlaklar xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunduğundan iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzilin və Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi (köhnə Xanlar küçəsi) 119, M12 (12-ci mərtəbə), mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzilin və Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi (köhnə Xanlar küçəsi) 119, M12 (12-ci mərtəbə), mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzillərə dair İddiaçı istifadəsinə, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına, liftdən istifadəyə, habelə su, elektrik, qazın verilməsinə dair Cavabdeh MTK tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub (alınıb) iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1149/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1149/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver