Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1150/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Milli Elmlər X4 Bağının nümayəndəsi və vəkili Vəkil, nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Milli Elmlər X4 Bağına xəzinədar vəzifəsinə işə bərpa olunması və işdən çıxarılma müavinətinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, AMEA X9 2021-ci ilin 02 avqust tarixində xəzinədar olaraq işə başlamışdır. xx.xx.2021-ci ildə səhhətində problemlər olduğu üçün 8 günlük ödənişsiz məzuniyyətə çıxmışdır. Elə həmin gündə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xəbəri olmadan işdən çıxarılmış, işdən çıxarıldığını 19 noyabr 2021-ci ildə məzuniyyətdən qayıdanda öyrənmişdir. Bununla bağlı o, cavabdeh AMEA X10 rəhbərliyinə müraciət etmiş, lakin rəhbərlikdən ona onun işlədiyi yer, yəni xəzinədarlıqda rəhbərliyin yaxın adamı işləməli olmasını və buna görə onu işdən çıxardıqlarını bildirmişlər. Həmçinin ona onu başqa bir işlə təmin edəcəklərini bildirmişlər. Lakin həmin vaxtdan bu günə qədər hələ də onu işə bərpa etməmişlər. Həmçinin bundan əlavə işdən azad olunmaq üçün ona cavabdeh tərəfindən xəbərdarlıq müddəti də verilməmiş və ondan xəbərsiz əmək müqaviləsinə xitam verilmişdir. Halbuki onun əmək müqaviləsində qeyd olunan müddəaya əsasən, onu 1 həftə əvvəldən xəbərdar etməli idilər. Məhkəməyə müraciət etməkdə məqsədi yenidən işə bərpa olunmaq və işdən çıxarılma müavinətinin ödənilməsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, xəstələnməmişdən əvvəl iş yerində ona növbəti gün artıq işə gəlməməsi bildirilmiş, lakin səbəbini deyilməmişdir. xx.xx.2021-ci il tarixdən xəstəliyi ilə əlaqədar işə gedə bilməmiş, xx.xx.2021-ci il tarixdə işə qayıtmış və xəstəlik vərəqəsini təqdim edən zaman işdən azad olunması barədə əmrin verildiyini bilmişdir. Ondan sonra işə götürənə müraciət etmiş və onu müvafiq işlə təmin edəcəklərini bildirmişlər. Lakin hazıradək ona iş verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Elmlər X4 Bağının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilə işə götürən arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı müddətli əmək müqaviləsi ilə xəzinədar vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti başa çatdığından əmək fəaliyyətinə xitam verilmişdir. Bundan sonra işəgötürən tərəfindən işçinin işdən azad olunma haqqında əmri, əmək kitabçası və son haqq hesab ödənişi həyata keçirilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində xx.xx.2021-ci ildə səhətində problemlər olduğu üçün 8 (səkkiz) günlük ödənişsiz məzuniyyətə çıxdığını qeyd edir. Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri bu maddə ilə müəyyən edilir. Lakin iddiaçının səhətində yaranan problemlərə görə ödənişsiz 8 (səkkiz) günlük məzuniyyətə çıxmaq hüququnun olması ilə bağlı bu maddədə belə bir göstəriş nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının həmin dəlilləri elə iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsinə işçinin işdən azad olunma haqqında əmri, əmək kitabçası və bülleteni əlavə etmişdir. Ortaya belə bir sual çıxır əgər, iddiaçı xx.xx.2021-ci tarixdə ödənişsiz məzuniyyətdə çıxmışdırsa nəyə görə sonradan xx.xx.2021-ci tarixdə bülletendə olmasına dair sənəd təqdim etmişdir. Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, iddiaçı öz iddia ərizəsində işdən azad edilməsini 19 noyabr 2021-ci il tarixdə bildiyi halda, işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə 6 (altı) aydan sonra 04 may 2022-ci ildə müraciət etmişdir. Belə olan halda, iddaçının məhkəmədə cavabhehə qarşı irəli sürdüyü iddia tələbi Əmək Məcəlləsinə əsasən fərdi əmək mübahisələrinin həllinə dair iddia tələbinə aid olduğundan, artıq bu iddia ilə məhkəmə müstəvisində araşdırma aparılması üçün 1 (bir) aydan artıq müddətin ötürülməsi iddianın rədd edilməsi üçün əsasdır. Bütün bu ziddiyyətlər bir halı sübut edir ki, iddiaçının öz iddiasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kim iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı işdən azad olunması barədə xx.xx.2021-ci il tarixdə məlumatı olmasına baxmayaraq, 6 (altı) aydan sonra iddia müddətləri ötürülməklə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı cavabdeh AMEA X8rşı işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi tələbi üzrə qanunla müəyyən edilmiş 1 təqvim ayı ilə bağlı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh AMEA X8rşı əmək münasibətlərindən irəli gələn iddia tələbini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə mübahisələndirdiyindən, iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Elmlər X4 Bağının nümayəndələri X6 və X5 İddiaçı cavabdeh AMEA X8rşı əmək münasibətlərindən irəli gələn iddia tələbini qanunsuz hesab edərək, işəgötürən tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verilmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər X4 Bağı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Milli Elmlər X4 Bağında xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər X4 Bağının direktorunun xx.xx.2021-ci il tarixli, 188/k nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər X4 Bağı tərəfindən verilmiş son haqq-hesabdan görünür ki, İddiaçı 2021-ci ilin noyabr ayı üçün 91,80 manat əmək haqqı, 70 manat mükafat, 108,08 manat kompensasiya və 27,54 manat əmək haqqına əlavə olmaqla cəmi 297,42 manat son haqq-hesab hesablanmış və tutulmalarla 211,50 manat ödənilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Milli Elmlər X4 Bağı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Milli Elmlər X4 Bağında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, daha sonra Azərbaycan Milli Elmlər X4 Bağının direktorunun xx.xx.2021-ci il tarixli, 188/k nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab da hesablanaraq ödənilmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən xx.xx.2021-ci il tarixdə məlumatlı olmuşdur. Qeyd edilən hal iddiaçının öz izahatı ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəlləsinin 45-ci maddəsinin İ hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin İ hissəsinə əsasən isə Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. «Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 771-İİİQ №-li xx.xx.2009-cu il tarixli, xx.xx.2009cu il tarixdən qüvvəyə minmiş Qanununa əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətdə bağlanıla bilər: c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin götürüldüyü hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. İstinad edilən normaların tələblərindən göründüyü kimi, daimi xarakterə malik iş və ya xidmətlərlə bağlı tərəflərin qarşılıqlı razılığı olduqda əmək müqaviləsinin müddətli bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğundur. Tərəflərin buna qarşılıqlı razılığının olması isə hər iki tərəfin müddətli bağlanmış əmək müqaviləsini imzalaması ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, həmçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin məzmunundan da göründüyü kimi, əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından da görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Milli Elmlər X4 Bağında xəzinədar vəzifəsinə işə qəbul edilmiş, müqavilə müddəti bitdikdən sonra isə Azərbaycan Milli Elmlər X4 Bağının direktorunun xx.xx.2021-ci il tarixli, 188/k nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında da göstərmişdir ki, iş yerində ona xəstələnməmişdən əvvəl növbəti gün artıq işə gəlməməsini bildirmişlər. O isə xx.xx.2021ci il tarixdən xəstəliyi ilə əlaqədar işə gedə bilməmiş, xx.xx.2021-ci il tarixdə işə qayıtmış və xəstəlik vərəqəsini təqdim edən zaman işdən azad olunması barədə əmrdən məlumatı olmuşdur. Məhkəmə iddiaçının onun öz izahatı ilə də 11 noyabr 2021-ci il tarixdən əvvəl ona növbəti gün artıq işə gəlməməsini bildirmələrinin təsdiq olunduğunu nəzərə alır və onun məlumatı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair dəlillərini inandırıcı hesab etmir. Hazırki halda iş yerində iddiaçıya daha əvvəl xx.xx.2021-ci il tarixdən artıq işə gəlməməsi bildirilmiş, məhz bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xəstələnməsinə dair xəstələlik vərəqəsi almışdır. Məhkəmə onu da vurğulayır ki, qanunvericilikdə müddətli əmək müqaviləsinə xitam verilərkən işçinin bununla bağlı xəbərdar edilməsinin hər hansı bir qaydası və ya üsulu nəzərdə tutulmamışdır. Sadəcə olaraq, ƏM-nin 73-cü maddəsində təsbit edilmişdir ki, əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə, iddiaçının iddia ərizəsində göstərdiyi “əmək müqaviləsində qeyd olunan müddəaya əsasən, onu 1 həftə əvvəldən xəbərdar etməli idilər” dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsinə” dair 9-cu bəndində əmək müqaviləsinə xitam verilməzdən 1 həftə əvvəl işçinin xəbərdar edilməli olması kimi şərt müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı işə bərpa tələbi irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. (maddə 296, hissə 4) Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (maddə 296, hissə 6) Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. (maddə 296, hissə 7) Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 188/k nömrəli əmrlə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə İddiaçı işdən azad olunmasından məlumatı olmasına baxmayaraq o, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə xx.xx.2021-ci il tarixdə işə bərpa olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər X1rşı iddia tələbi “işə bərpa” hissəsində iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Bundan başqa iddiaçı iddia tələbi ilə “işdən çıxarılma müavinətinin ödənilməsi”ni tələb etsə də, tələbi bu hissədə əsaslandıra bilməmişdir. Belə ki, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəsində işçi ilə əmək müqaviləsinə xitam verilən zaman hansı hallarda və qaydada onlara müavinət ödənilməli olduğu təsbit edilmişdir. Müddətli əmək müqaviləsinə xitam verilən zaman işçiyə müavinət ödənilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində də əmək müqaviləsinə xitam verilən zaman işçiyə hər hansı bir kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Son haqq-hesabın isə iddiaçıya ödənilməsi iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa və işdən çıxarılma müavinətinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1150/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1150/2022
14.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver