Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1168/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı X8, onun nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsivəkili X1 iştirakları ilə, iddiaçı X8 Cavabdeh MMC-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 - Cavabdeh MMC-yə qarşı “işə bərpa, ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 63/K saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən Cavabdeh (bundan sonra Cəmiyyət adlanacaq) ünvan 1 ünvanında yerləşən “Muzik Galleri”mağazasında satıcı kimi fəaliyyətə başlamışdır. xx.xx.2008-ci il tarixdən isə rəsmi olaraq Cəmiyyətdə gömrük üzrə mütəxəssis kimi fəaliyyətimi davam etdirmişdir, son zamanlar isə loqistika üzrə mütəxəssis kimi çalışmışdır. Cəmiyyətin mülkiyyətçisi və direktoru 2019-cu ilin 12 dekabr ayına kimi Seyran Bədəlbəyli olmuşdur. İşlədiyi müddətdə hər hansı .bir nöqsanı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Cəmiyyətin mülkiyyətçisi dəyişmişdir. Hazırda Cəmiyyətin qanuni təmsilçisi X4. Qanuni təmsilçi dəyişiləndən sonra 2020-ci il yanvar ayında ona bildirdilər ki, yeni rəhbərlik onunla işləmək istəmir. Əsas kimi onu bildirirdilər ki, müəssisənin (X10 həm də “OPTİMAL” mağazalar şəbəkəsinin qanuni təmsilçisidir) özünün gömrük üzrə mütəxəssisi vardır. Və o “Cavabdeh’da olan işləri həmin şəxs yerinə yetirəcəkdir. Onun yaranmış vəziyyətini eşitdikdə əvvəlki direktor Seyran Bədəlbəyli indiki direktor X6 yanına gedərək bir yaxşı işçi kimi xarakterizə edərək işdən çıxarmamağı xahiş etmişdir. Lakin ona eyham edirdilər kı, xahişlə 2 ay işləyə bilər. Beləliklə o, mart ayına kimi öz iş yerində çalışmağa başladı. 2020-ci ilin martın əvvələrində gömrükdən mal çıxaran zaman o növbəsiz daxil olduğu üçün geri qayıtmış və öz növbəsində malı götürməli olmuşdur. Növbəsiz mal götürməyinin səbəbi hər gecikən gün üçün 200-300 ABŞ dolları cəriməni verməmək, yəni Cəmiyyəti əlavə xərcə salmamaq idi. Həmin məsələ barədə Cəmiyyətdə şöbə rəisi Həsənov Vüsala bildirdi. Hə hadisədən bir müddət sonra, xx xxxx 2020-ci ildə onu baş ofisə X3 rəisi Süleyman müəllim yanına çağıraraq bildirdi ki, ərizəni yazıb işdən çıxmalıdır. Çünki, guya o Gömrükdə mal götürmək üçün növbəsiz keçdiyinə göro direktor Əhəd Əsgərovun nüfuzuna xələl gətirmişdir. Belə ki, gömrükdən zəng edərək ona bildirmişlər ki, guya onu növbəsiz buraxan gömrük işçilərini ona görə cəzalandırmışlar. Şöbə rəisi Həsənov Vüsal da həmin söhbətdə iştirak etmiş və o da bildirmişdir ki, hər bir şəxs gömrükdən malı tez çıxarmağa səy edir. Çünki mal qaldıqca müəssisə daha çox cərimə ödəməli olur. Bundan sonra Süleyman müəllim və Həsənov Vüsal direktor Əhəd Əsgərov kabinetinə gedib qayıdanda bildirdilər ki, ərizəni yazmalıdır. Lakin o ərizə yazmaqdan imtina etdərək işlədiyi ofisə qayıtdı. xx xxxx 2020-ci il tarixdə bilavasitə rəisi olan icraçı direktor Türkiyə vətəndaşı Əhməd bəyə bu haqda danışdı. Həmin vaxt pandemiyanm başlanan dövrü idi, hər bir şəxs özünü və ailəsini qorumaq məcburiyyətində idi. Əhməd bəy onun artıq stres keçirdiyini görüb işi yoluna qoyacağını bildirdi. Dedi ki, “sadəcə keç Cavabdehun İnsan Resursları üzrə mütəxəssisi Leyla xanımın yanına, iki günlük məzuniyyətə ərizə yazıb, evdə dincəl, mən sənə icazə verirəm”. Onların söhbətində kommersiya şöbəsinin rəisi Arnold Pitelman və pərakəndə satış üzrə müdir Rövşən Mehdiyev iştirak edirdi. Onar hər zaman icazəni Əhməd bəydən alıblar. O, Leyla xanımın yanına gedərək, ona verdiyi ərizə blankını doldurtdurub evə getdi. xx xxxx 2020ci il tarixdə həkim çağırıdı, o bildirdi ki, stressdən də baş ağrıları olur. xx xxxx 2020-ci ildə Leyla xanım bildirdi ki, məzuniyyət ərizəsi yazılmır və o işə çıxmalıdır. o bildirdi ki, səhhəti çox pisdir. Həm də ona Əhməd bəy şəxsən icazə veribdir. Sabah çalışıb işə çıxar. xx xxxx 2020-ci il tarixdə işə çıxdı. Həm də ona qarşı bu təzyiqlər barəsində Əmək Müfəttişliyinin 142 nömrəli çağrı mərkəzinə zəng etmişdir. Zəngi xx.xx.2020-ci il tarixdə saat 12.39.50 də qeydə alınıbdır. Ərizəni yazılı qaydada göndərdi. Süleyman müəllimə bildirdi ki, himayəsində 3 azyaşlı uşağı, işləməyən arvadı və pensiyaçı valideynlərivar. X7 qəbuluna düşüb problemlərimi ona çatdırmaq istəsə də, qəbul etməkdən qəti imtina etdi. Süleyman müəllimin tapşırığı ilə o izahat yazdı. Dövlət müəssisələrində çalışan işçilərin ış həcminin azalması ilə əlaqədar işdən çıxarılması qadağan edilmiş, xüsusi sektorda işlənən işçilərin işdən azad edilməməsi bilavasitə X9 tövsiyyələr vermişdir. Bütün bunlar Respublikada işləyən və ya işsiz vətəndaşların sosial müdafiəsinə yönəlmiş tədbirlərdir. Lakin cavabdeh ölkə Prezidentinin bu tövsiyyələrinə belə məhəl qoymadan onu işdən çıxarmaqla öhdəsində olan 6 nəfər ailə üzvlərini də bu sosial müdafiədən məhrum etmişdir. Aşağıdakılara görə cavabdehin barəsində verilmiş əmək müqaviləsinin ləğv olunması haqqında xx xxxxxxxx 2020-ci il tarixli əmrini əsassız və qanunsuz hesab edir. Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslan Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edir: A)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Cavabdeh xx xxxxx 2020-ci il tarixli 63/K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini "ç" bəndinə əsaslanmışdır. Əmrdə göstərilir : İşçinin xəstəliyi, yaxın qohumlarının xəstələnməsi, və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan iki iş günü işə gəlməməsi.Ərizəmin əvvəlində də bildirmişdir ki, ona 2 günlük məzuniyyət barədə ərizə yazmağa Cavabdeh MMC-nin icraçı direktoru və bilavasitə tabe olduğu Əhməd bəy göstəriş vermişdir. O heç vaxt üzürsüz səbəbdən işdən qalmamışdır.Onun işdə olmamağı cavabdehin iş yerində işinin, əmək və icra inlizamımn normal ahəngi pozulmamışdır;İşə çıxmamağı cavabdehə hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməmişdir.Əmrdə də cavabdehə hər hansı bir zərərin vurulması və ya işin normal ahəngini pozulması göstərilməmişdir.Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində yalnız bu şərtlərin mövcud olduğu halda əmək müqaviləsinin göstərilən maddə ilə ləğv edilməsinə yol verimm, nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh təşkilatda rəhbərlik dəyişildikdən sonra bütün işçilər öz yerində qalmış, onların cüzi bir qismi öz xahişi ilə işdən azad olunmuşlar. İddiaçı iş fəaliyyətində yol verdiyi bir sıra intizamsızlığa görə ona dəfələrlə şifahi iradlar bildirilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdən işdən azad olunan günə kimi işə gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli, 63/K saylı əmrin surətindən görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçının 17-xx xxxx 2020-ci il tarixlərdə işəgötürəndən heç bir yazılı icazə almadan işlədiyi MMC-nin baş ofisinə işə gəlməyərək üzrsüz iş günlərini buraxdığı qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli təqdimatda X8 17 və xx xxxx 2020-ci il tarixlərdə heç bir məlumat vermədən üzrsüz iş gününü buraxdığı qeyd edilmişdir. 125 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, X11 Cavabdeh MMC-də logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin 9.2-ci maddəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulanhallarda xəbərdar edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-də logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Sonra Cavabdeh MMC-nin xx xxxxx 2020-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.02-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının iş iş yerinə gəlməməsi ilə bağlı işçiyə xəbərdarlıq məktubu göndərilmiş, lakin işçi intizamsızlığıa yol verməkdə davam etmişdir. Bu səbəbdən işəgötürən işçini xəbərdar etdikdən bir müddət keçdikdən sonra onu işdə yol verdiyi intizamsızlığa görə işdən azad etmişdir. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi iddia ərizəsində göstərdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 Cavabdeh MMC-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1168/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1168/2020
26.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver