Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-117/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının xitam verilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının xitam verilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair yaşayış sahəsindən istifadə huquqlarının xitam verilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmaları, onun Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrə son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında xx xxxxxx 2002-ci il tarixdə nikah bağlanmışdır. Bu fakt Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən nikah aktlarının qeydiyyatı kitabında 682 nömrə ilə qeyd edilmişdir. Tərəflərin nikahda olmaları İİ-AZ seriyalı, 021405 nömrəli nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Bu nikahdan tərəflərin iki övladı - xx.xx.2003-cü il tarixdə Cavabdeh2 və xx.xx.2006-cı il tarixdə Cavabdeh3 doğulmuşdur. Onlar arasında olan ailə münasibətləri pozulduğundan, o, Cavabdeh1 qarşı “nikahın pozulması” barədə iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzil xx.xx.2019-cu il tarixdən etibarən xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzillə iddiaçı xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 11/03-166-5362 saylı məktuba və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına təmin olunmuşdur və mənzil Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1516 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair tərəflər arasındakı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tətbiqi yolverilməzdir, qeyd edilən Plenum qərarına əsasən hazırki mübahisə üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi maddi hüquq norması kimi tətbiq edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilində yaşayış sahəsindən istifadə hüquqları vardır. Cavabdehlərdən Cavabdeh1 mülkiyyətində ünvan 1 ünvanında olan binanın 3-cü mərtəbəsində olan sahəsi 85 kv.m. olan 3 otaqlı mənzil və Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən fərdi yaşayış evi tikmək üçün sahəsi 1200 kv.m. olan torpaq sahəsi vardır. Belə olan halda hesab edir ki, Cavabdeh1 və digər cavabdehlərin mübahisə predmetini təşkil edən mənzildə yaşayış sahəsinə ehtiyacı tam olaraq aradan qalxmışdır. Cavabdeh Tatyana Məmmədovnanın mülkiyyətində digər mənzilin və yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin olması, onun mənzil ehtiyacının tam təmin olumnası üçün kifayət qədər imkanı və vəsaiti olması qənaətinə gəlməyə əsas verir ki, bu əsasla da hesab edir ki, cavabdehlərin mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair yaşayış sahəsindən istifadə hüququ hər hansı müddət saxlanılmadan xitam verilmiş - itirilmiş hesab edilməlidir. Mübahisə predmetini təşkil edən mənzil 2019-cu ilin yanvarında onun xüsusi mülkiyyətinə verilsə də, mənzildə təmir işləri aparıldığından o, cavabdehlərlə birlikdə həmin mənzildə cari ildən yaşamağa başlamışdır. O, mübahisəli mənzildə Cavabdeh1 və övladları ilə birlikdə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 heç bir əsas olmadan öz-özünə xəsarət yetirdiyi halda, polis orqanlarına müraciət edərək, guya ki, İddiaçı tərəfindən döyülərək xəsarət yetirildiyini bildirmişdir. Bundan sonra İddiaçı cavabdehin bu hərəkətlərinin sonradan yenə təkrarlanacağından və əsassız olaraq şər-böhtana məruz qalacağından ehtiyatlanaraq, məcburən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilini tərk etmişdir. Hal-hazırda da o, cavabdehlərin ucbatından mübahisə predmetini təşkil edən mənzildə yaşaya bilmir, mülkiyyətçi olaraq mənzilinə daxil ola bilmir, mənzildən sərbəst istifadə edə bilmir. Cavabdeh Tatyana Məmmədovnanın mülkiyyətində digər mənzil və torpaq sahəsi olmasına baxmayaraq, məhz Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilində yaşaması, bilərəkdən qərəzli şəkildə ailədə mübahisəmünaqişə yaratmaq və bu münaqişə nəticəsində onun əsassız olaraq məsuliyyətə cəlb etdirmək olmuşdur. Bir sözlə, cavabdehlər Tatyana Məmmədovna və qeyriləri ilə eyni mənzildə yaşamaq artıq mümkün deyildir. Bu səbəbdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsindən istifadə hüquqları xitam verilmiş (itirilmiş) hesab edilməli və onlar həmin mənzildən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmalı, eyni zamanda, o, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrə son qoyulmalı və mülkiyyətçi həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf və qəbul etdiyini və tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, Cavabdeh1 ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilindən Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsindən istifadə huquqlarına xitam verilməli və həmin mənzildən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmalı, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrə son qoyulmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materiallarında ilə müəyyən edilir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan Cavabdeh2 və Cavabdeh3 anaları Cavabdeh1 himayəsində saxlanılmış və onunla birlikdə yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilindən Cavabdeh1, (yetkinlik yaşına çatmayan uşaqları) Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsindən istifadə huquqlarına xitam verilsin və həmin mənzildən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılsınlar. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrə son qoyulsun və İddiaçı həmin mənzilə köçürülsün. Hazırki qətnamə Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 saylı evin 122 nömrəli mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-117/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-117/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver