Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1170/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qızı “hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1975-ci ildə Ermənistan Respublikası Qafan şəhərində anadan olmağı və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X5 (milliyəti azərbaycanlı), ana qrafasında Abıtalıbova (Bəndəliyeva) Zəhra Teymur qızı göstərilməsi və Bakı şəhəri Maraqlı şəxs tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1975-ci ildə Ermənistan Respublikası Qafan şəhərində anadan olmuşdur. Valideynləri onun doğumumu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdılar. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 24.10.1997-ci ildə Bakı şəhərində Səadət X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxt nikahları rəsmiləşdirilərkən nikah bağlandıqdan sonra ona Məhəmmədivənd soyadı verilmişdir. Bunun da əsasında şəxsiyyət vəsiqəmi dəyişib Məhəmmədivənd soyadına keçmişdir. Nikahdan əvvəl doğum haqqında şəhadətnaməyə əsasən şəxsiyyət vəsiqəsində soyadı “Bəndəliyeva” olmuşdur. Həyat yoldaşı 07.06.2003-cü ildə vəfat etmişdir. Bu yaxınlarda vərəsəlik məsələsi ilə əlaqədar notariusa müraciət etmək istəyərkən özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini tapa bilməmişdir. Hazırda vərəsəliklə bağlı tələb olunan sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil, itirmişdir. Doğum akt qeydinin isə bərpası mümkün deyil. Bıına görə də hesab edir ki, onun xx xxx 1975-ci ildə Ermənistan Respublikası Qafan şəhərində doğulmağı və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, müvafiq qeydiyyatda olduğu yerin, yəni Maraqlı şəxsnə müraciət etmişdir, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun itirdiyi doğum haqqında şəhadətnaməni başqa qaydada almağı mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun doğumumun qeyd edilmə faktı müəyyən edilməildir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin şöbənin 14.04.2021-ci il tarixli 05/Q 501/13 saylı məktubu ilə işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vİ-JQ 460685 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 24 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri «Səadət Sarayı» 1890 sayısı ilə qeydə alınmışdır. İş materiallarında olan İİ-CL 067678 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22.10.1975-ci ildə Ermənistanın Qafan şəhərində doğulmuş, atası X5, anası isə X6r. İş materiallarında olan AZ-İ 307029 nömrəli ölüm haqqında şəhadətnamənin surtəindən görünür ki, X2 07 iyun 2003-cü ildə dərin xərcəng intoksikasiyasından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003 ilin iyun ayının 11 günündə 327 № ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ZJ 039472 saylı “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 oğlu ilə X9 01.07.1959-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Ermənistan Respublikasının Şaharcin sovetliyində 4 sayısı ilə qeydə alınmışdır. İş materiallaırnda olan 18.03.2021-ci il tarixli elektron arayışından görünür ki, Ərizəçi, xx.xx.1975-ci ildə Ermənistan, Qafan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs rəisi vəzifəsinin icra edən Suella Şərifzadə. Ərizəçi qızına ünvanladığı 06.02.2021-ci il tarixli, 05/Q-170/15 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 01.03.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin anası X10 və xalası Şahid2 ərizəçinin 22.10.1975-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğulduğunu təsdiq etmişlər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 15-16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Adı çəkilən “Əsas müddəlar”ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarında məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ermənistan Respublikasının Qafan şəhərində xx.xx.1975-ci il tarixində doğulmuşdur və bu xüsusat ona Azərbaycan Respublikası DİN-nin tərəfindən 18.03.2021-ci il tarixində verilmiş elektron arayışı, digər sənədlər və şahid ifadələri ilə təsdiq olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək, həmin şəhadətnamədə ata qrafasında X5 (milliyyəti azərbaycanlı), ana qrafasında X11 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 xx xxx 1975-ci ildə Ermənistan SSR-nin Qafan şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X5 (milliyyəti azərbaycanlı), ana qrafasında X11 (milliyyəti azərbaycanlı) göstərilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1170/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1170/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver