Məhkəmə qərarları › İş №2(009)-1171/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1171/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1171/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsiniCavabdeh5 almışdır. Cavabdeh və onun qohumları olan digər cavabdehlər iddiaçı mənzili aldığı gündən etibarən həmin mənzildə yaşamırlar. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu əraziyə aid olan Badamdar qəsəbəsi nümayəndəliyi tərəfindən cavabdehin həmin mənzildə yaşamadığına dair qeyd yazılmış arayış olduğundan məhkəmə cavabdehin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə satıcı Cavabdeh5 xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlamışdırlar. Alqı-satqıdan sonra Cavabdeh5 həmin fərdi yaşayış evini iddiaçıya təhvil verərək mənzildən köçmüşdür. Hazırda həmin yaşayış evi iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdeh hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır, cavabdeh həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Qeyd edilənlər iddia ərizəsi, iddiaçının izahatı, işdə olan xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı, ******* saylı arayış ilə təsdiqlənir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh5 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda cavabdehin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş sayılmalıdır. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddia üzrə digər cavabdehlər iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdehlər keçmiş mülkiyyətçinin ailə üzvü olmaqla, mənzilin satılmasına notarial razılıq verməklə artıq orada yaşamadıqlarından və daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Digər tərəfdən, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə (iddiaçıya) qarşı irəli sürülə bilməz. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. MM-nin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar