Məhkəmə qərarları › İş №2(009)-1176/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1176/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1176/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi ləğv edilmiş “xxxx” ASC-nin müxbir hesabında olan pul vəsaitin onun mülkiyyətimdə olması və müvafiq olaraq bu vsaitin qorunan əmanət olması faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi ləğv edilmiş “xxxx” ASC-nin müxbir hesabında olan 7692 EUR pul vəsaitin onun mülkiyyətimdə olması və müvafiq olaraq bu vsaitin qorunan əmanət olması faktının müəyyən edilməsi barədə ərizə il məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Ərizəçi məhkəmədən ləğv edilmiş bankın müxbir hesabında olan pul vəsitinin onun mülkiyyətində omlası və həmin vəsaitin qorunan əmanət olması faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ərizəçi bankın müxbir hesabında olan pul vəsaitinin ona məxsus olan əmək haqqının sığortalanmış əmanət kimi tanınması və həmin pul vəsaitinin növbədənkənar qaydada ona ödənilməsi ilə bağlı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərn Sığortalanması Fonduna müraciət etmişdir. Lakin onun müraciətinə rəsmi cavab veirlməsini təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Hakim qeyd edir ki, ləğv prosesində olan bankın hesabında olan və ya qəbul etdiyi pul vəsaitinin sığortalanmış əmanət hesab edilib-edilməməsi müvafiq qanunla, yəni “Əmanətlərn sığortalanması haqqında” AR Qanunla tənzimlənir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” AR Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. Həmin qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Yuxarıda göstərilən Qanunun tələblərinə görə əmanətin qorunan hesab edilib-edilməməsi Qanunun tələblərinə cavab verən əmanət hesab edilir və həmin əmanətə görə kompensasiyanın ödənilməsi müvafiq qanunla tənzimlənir. Hakim qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyətli fakt, yəni əmanətin sığortalanmış əmanət kimi tanınması yuxarıda göstərilən qanunun tələblərinə əsasən müəyyən edilir. Fiziki şəxsin bank hesabında olan əmanətinin qorunan əmanət hesab edilməsindən ləğvedici hüquqi şəxs imtina edirsə, bu halda əmanətçi həmin hərəkətləri mübahisələndirməlidir. Yəni əmanətin qorunan əmanət kimi tanınması hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilə bilməz və bu səbəbdən ərizəçi faktın müəyyən edilməsi ilə bağlı deyil, həmin əmanəti qorunan əmanət kimi tanımaqdan imtina edən hüquqi şəxsin hərəkətlərini mübahisələndirməlidir. Bu səbəbdən hakim hesab edir ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmədiyindən, ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Hakim izah edir ki, ərizəçi ləğv prosesindəki bankda olan əmanətini qorunan əmanət kimi hesab edilməsindən və kompensasiyanın ödənilməsindən imtina edən hüquqi şəxsin hərəkətlərini və ya bununla əlaqədar hərəkətsizliyin mübahisələndirməlidir. Hakim eyni zamanda izah edir ki, “Əmanətlərin Sığortalanması Fondu” publik hüquqi şəxsdir və bu səbəbdən həmin hüquqi şəxsin hərəkətləri ilə bağlı ərizə inzibati məhkəməyə verilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü mmaddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi ləğv edilmiş “xxxx” ASC-nin müxbir hesabında olan pul vəsaitin onun mülkiyyətimdə olması və müvafiq olaraq bu vsaitin qorunan əmanət olması faktının müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə ləğv prosesindəki bankda olan əmanətini qorunan əmanət kimi hesab edilməsindən və kompensasiyanın ödənilməsindən imtina edən hüquqi şəxsin hərəkətlərini mübahisələndirmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar