Məhkəmə qərarları › İş №2(009)-1186/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1186/2021

07.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1186/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı11, X2, HƏsənov Əlövsət İman oğlunun, İddiaçı3 İltiyat oğlunun, İddiaçı4, X3, X4, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı9, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 və İddiaçı21 cavabdehlər AR Cavabdeh5 X9- Xilasetmə Xidmətinin rəsimi Cavabdeh1, AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinə və AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin rəisi X1 qarşı əmək hüquqlarının pozulmasının aradan qaldırılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı12 və qeyriləri cavabdehlər AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinin rəsimi Cavabdeh1, AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinə və AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin rəisi X1 qarşı əmək hüquqlarının pozulmasının aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı12, İddiaçı16 və İddiaçı10 vəzifələrinin icrası ilə bağlı qanunsuz qadağa və müdaxilələrlə bağlı cavabdehlər Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilməklə onlara bu hərəkətlərn edilməsinin qadağan edilməsi; iddiaçılar, gəmi kapitanları İddiaçı13 və İddiaçı15 edilən əmək haqqı ödənişləri və qida pulu ödənişləri əmrlərinə uyğun olaraq aparılması; iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuş boşdayanma ilə bağlı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və əmr imzalandığı tarixdən məhkəmə qətnaməsi icra olunanadək ödənilmiş əmək haqqının kəsir hissəsi ididaçılara ödənilməsi; iddiaçı, böyük mexanik İddiaçı19 iş vaxtının artıq saatları ödənişsiz və məcburi işləməsi tələbi ilə cavabdeh Fuad İsmayılzadəyə qadağan edilməsi və iddiaçılar İddiaçı14 və İddiaçı11 barələrində işdən azad olunmaları haqqında verilmiş müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əmrlərin qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, həmçinin birləşdirilmiş tələblərdən bir neçəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçılar bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişlər. Belə ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələblərdən bir qismi əmək hüquqlarının bərpası ilə bağlı olsa da, digər tələblər inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (öhdəliyin icrası haqqında) öhdəliyin qoyulması və müəyyən hərəkətləri etməkdən çəkinmənin tələb edilməsi ilə bağlıdır. Digər tərəfdən iddiaçıların əmək hüquqlarının bərpası ilə bağlı irəli sürdükləri tələblərin özləri də bir-biri ilə əlaqədar deyil. Belə ki, İddiaçı19 iş vaxtının artıq saatların ödənişsiz və məcburi işləməsi tələbinin cavabdeh Fuad İsmayılzadəyə qadağan edilməsi barədə tələblə və iddiaçılar İddiaçı14 və Yadjigar Əsgərovun işdən azad edilmələri barədə verilmiş əmrlərinin qanunsuz hesab edilməklə ləğv edilməsi barədə tələblər arasında hər hansı əlaqə və ya bağlılıq yoxdur. Yəni bu tələblər bir-biri il əlaqədar deyil. Hakim digər tərəfdən qeyd edir ki, iş üzrə cavabdehlər inzibati orqan və inzibati orqanın vəzifəli şəxsləri olduğu üçün, həmin cavabdehlərə qarşı irəli sürülmüş tələblərə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən AR Cavabdeh5 X9-Xilasetmə Xidməti inzibati orqan hesab edilir. AR İPM-nin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə hakim hesab edir ki, iddiaçıların cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin edilməsinin qadağan edilməsi, həmçinin əmək haqqı ödənişləri ilə bağlı müəyyən öhdəliyin qoyulması barədə tələbləri ümumi məhkəmədə baxılmalı olmadığından, həmçinin iddiaçılar tərəfindən bir-biri ilə bağlı olmayan tələblər birləşdirildiyindən, hazırki iddianın məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Hakim izah edir ki, iddiaçılar əmək hüquqlarının bərpası ilə bağlı ayrıca tələblə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin qoyulması və müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçılar İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı11, X2, HƏsənov Əlövsət İman oğlunun, İddiaçı3 İltiyat oğlunun, İddiaçı4, X3, X4, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı9, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 və İddiaçı21 cavabdehlər AR Cavabdeh5 X9- Xilasetmə Xidmətinin rəsimi Cavabdeh1, AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinə və AR Cavabdeh5 X9-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin rəisi X1 qarşı əmək hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar əmək hüquqlarının bərpası ilə bağlı ayrıca tələblə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin qoyulması və müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar