Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1186/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 may 1962-ci il təvəllüdlü X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı Ərizəçi analoji ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Səbail rayon məhkəməsinə müraciət etsə də, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin geri qaytarılması barədə qərardadının hüquqi əsası kimi ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməməsi, Qeydiyyat şöbəsinin maraqlı şəxs qismində göstərilməməsi və ərizəçinin ərizədə göstərdiyi ünvan 1 ünvanının Səbail rayonunda deyil, Yasamal rayonunda yerləşməsidir. Hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilən ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından hazırki ərizənin məhkəmə icraatı qeyrimümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 150.1.2, 151.1 və 317.2-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1186/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1186/2024
13.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver