Məhkəmə qərarları › İş №2(009)-1193/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1193/2025

02.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1193/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh 1 nömrəli Xüsusi X1rşı əmək fəaliyyətinin tanınması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 nömrəli Xüsusi X1rşı əmək fəaliyyətinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı iddia icraatı qaydasında cavabdeh qismində 1 nömrəli Xüsusi Elmi Bərpa İstehsalat Emalatxanası göstərməklə ona qarşı tələb irəli sürdüyündən həmin tələbə prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin hüquqi ünvanı üzrə yerləşən məhkəmədə (Yasamal rayon Məhkəməsi) baxılmalıdır. Digər tərəfdən iddiaçı ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olduğu dövrü əks etdirən mövcud əmək kitabçasının surətini də iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsi bir nüsxədə məhkəmə təqdim edilmiş, iddiaçının iddia ərizəsində göstərdiyi tələb də konkret ifadə olunmamışdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı iddia ərizəsində faktiki olaraq 1993-1998-ci illər ərzində cavabdeh müəssisədə işləməsini, lakin müəssisə ləğv olunduğu, əmək kitabçasında işlədiyi müddət barədə məlumat qeyd edilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etməsini göstərmişdir. Hakim qeyd edir ki, iddiaçı ərizəsində tələbinin təmin olunmasının nə məqsəd üçün lazım olmasını göstərməsə də, bunun əmək stajı üçün lazım olması müəyyən edilir. Hakim qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Hakim eyni zamanda qeyd edir ki, işçi əmək fəaliyyətində olduğu müddət ərzində aldığı əmək haqqından DSMF orqanına müəyyən tutulmalar həyata keçirilir. Yəni işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Ona görə də hakim izah edir ki, iddiaçı ilk növbədə DSMF orqanına müraciət etməli, əmək pensiyasının təyini üçün əmək stajına işlədiyi müəssisədəki dövrün əlavə edilmə mümkünlüyü araşdırılmalı, həmin halın başqa yolla əldə edilməsi mümkün olmadığı təqdirdə isə xüsusi icraat qaydasında cavabdeh müəssisədə işlədiyi müddət ərzində əmək stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hakim hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151.1 mg 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 nömrəli Xüsusi X1rşı əmək fəaliyyətinin tanınması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar