Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1199/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızından 2500 (iki min beş yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 il bundan əvvəl Qəmər Gülməmmədova ondan cehizlik və qarışıq 4336 manat məbləğində mallar götürmüş və həmin malların 2.500 manatını bugünə qədər ödəməmişdir. Ona görə də, o, Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə müraciət etmişdir. Lakin polis bölməsi heç bir təhqiqat aparmadan ona cavab vermişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, əlavə olaraq Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızının ona olan 2500 manat məbləğində borcundan 228 ABŞ dollarını (Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 385,32 manat) qaytardığını, qalan borcunu hələ də qaytarmadığını bildirmiş və iddianın cavabdeh tərəfindən ödənilmiş pul məbləği nəzərə alınmaqla qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, İddiaçı müxtəlif vaxtlarda mallar götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş, hazırda da İddiaçı olan 2500 manat məbləğində borcundan 228 ABŞ dollarını (Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 385,32 manat) qaytardığını qalan borcunu isə imkanı olmadığından hələ də qaytarmadığını, lakin hissə-hissə qaytaracağını bildirərək iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı müraciətində göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilmiş, dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Polis İdarəsindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı müraciətində göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilmiş, dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı müraciətində göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilmiş, dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən tərəfindən məhkəməyə təqdim olunmuş materialın surətindən görünür ki, Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı tərəfindən yazılmış izahatda göstərilmişdir ki, qonşusu Kəmalənin vasitəsilə İlahə adlı xanımdan mal götürmüş, həmin malın pulunu hissə-hissə verdiyini ümümlikdə 600 manat ödədiyini bildirmişdir. Hal-hazırda işləmədiyinə görə yerdə qalan borcunu verə bilmədiyini, çox çətin vəziyyətdə yaşadığını bildirmişdir. Hal-hazırda ödəyə bilmədiyini bu barədə rayon məhkəməsinə müraciət etməsini və məhkəmə yolu ilə hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Korkmaz Talat tərəfindən İddiaçı ünvanına 113 ABŞ dolları məbləğində pul göndərmiş, Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 190,97 manat məbləğində pul İddiaçı verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Korkmaz Talat tərəfindən İddiaçı ünvanına 115 ABŞ dolları məbləğində pul göndərmiş, Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 194,35 manat məbləğində pul İddiaçı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı müxtəlif vaxtlarda İddiaçı müxtəlif vaxtlarda mallar götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş, hazırda işləmədiyinə görə yerdə qalan borcunu verə bilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı ödəməli olduğu 2500 manat puldan 228 ABŞ dollarını (Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 385,32 manat) iddiaçıya qaytarsa da, qalan məbləği hazıradək ödəməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızı isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızının 2500 manat məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi, həmin puldan 228 ABŞ dolları (Azərbaycan Respublikası rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə 385,32 manat) qaytarması, lakin hazıradək (2500-385,32) qalan 2114,68 manat pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin izahatları, cavabdehin Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində verdiyi izahatı, iş materialları ilə öz təsdiqini tapır. Odur ki, iddiaçı 2114,68 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızından 2114,68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Kırbaç (Gülməmmədova) Qəmər Fazil qızından 2114,68 (iki min bir yüz on dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1199/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1199/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver