Məhkəmə qərarları › İş №2(009)-1207/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1207/2024

16.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1207/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Əlı̇ əsgərli Gülzar Kamal qızının iştirakı ilə, İddiaçı Əlı̇ əsgərli Gülzar Kamal qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsi bildirişinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əlı̇ əsgərli Gülzar Kamal qızı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsi bildirişinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC-də 07 iyul 2022-ci il tarixdən turizm məhsullarının satış agenti vəzifəsinə qəbul edilməyim barədə əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsi bildirişinin ləğv edilməsi (qüvvədən düşmüş hesab edilməsi) və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılması, qətnamənin icrasının Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 07 iyul 2022-ci ildə "xxxx" MMC-də Turizm məhsullarının satışı agenti vəzifəsinə işə qəbul edilmiş və aralarında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. O, bir müddət o şirkətdə çalışmış, lakin həmin Şirkətin rəhbəri intihar etdikdən sonra şirkət öz fəaliyyətini dayandırmış və bundan sonra o, işə getməmişdir. Bu vaxta qədər o, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin artıq qüvvədən düşməsini və bununla əlaqədar əmək müqaviləsinə xitam verilməsini düşünmüşdür. Lakin bu yaxınlarda o, işə düzəlmək istədikdə onun adında aktiv əmək müqaviləsinin olması ona bildirilmiş, yalnız bundan sonra o, "xxxx" MMC ilə onun arasında olan əmək müqaviləsinin qüvvədə olmasını bilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam vermək üçün "xxxx" MMC-yə müraciət etmək istəsə də həmin şirkət artıq fəaliyyət göstərmədiyinə görə bu mümkün olmamışdır. Bununla əlaqədar o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, Xidmətdən ona ünvanlanmış 08 aprel 2024-cü il tarixli məktubla "xxxx" MMC-lə əlaqə saxlanılması mümkün olmadığı, əmək müqaviləsinə dair bildirişin qüvvədən düşməsi ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olması, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırımış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli olması bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, bununla əlaqədar araşdırma aparmış, cavabdehi tapmaq istəmiş, lakin bu mümkün olmamışdır. Nəzərinə çatdırır ki, "xxxx" MMC fəaliyyətdə olan hüquqi şəxs olduğuna görə və əmək müqaviləsi bildirişinin ləğv edilməsi məhz "xxxx" MMC-nin vəzifəsi olduğuna görə o, "xxxx" MMC-yə qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də o, "xxxx" MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə görə, belə hesab edir ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamənin icrası da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tapşırılmalıdır. İşin hallarından da görünür ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi "xxxx" MMC tərəfindən həyata keçirilməli olsa da, qətnamənin icrası yalnız cavabdehin faktiki mövcud olub-olmamasından asılı vəziyyətə salınmamalıdır. Yəni əgər rəsmi qaydada "xxxx" MMC mövcud olduğu halda, faktiki olaraq mövcud olmazsa, bu zaman əmək müqaviləsi bildirişinin ləğv edilməsinin həmin Şirkətə tapşırılması ilə artıq qətnamənin icrası mümkünsüz olacaqdır. Əmək müqaviləsi bildirişi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə görə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müdaxiləsi ilə həmin bildirişin ləğv edilməsi texniki cəhətdən mümkün olduğuna görə belə hesab edir ki, işin bu halı nəzərə alınaraq, məhkəmə tərəfindən qətnamənin icra qaydası müəyyən olunmalı, onun "xxxx" MMC-də 07 iyul 2022-ci il tarixdən turizm məhsullarının satış agenti vəzifəsinə qəbul edilməyi barədə əmək müqaviləsinə xitam verilməli və bu barədə əmək müqaviləsi bildirişi ləğv edilməli, qətnamənin icrası "xxxx" MMCyə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə tapşırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ əsgərli Gülzar Kamal qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, işlədiyi şirkətin həm təsisçisi, həm də direktoru olan Nümayəndə xx.xx.2023-cü il tarixində vəfat etmişdir, şirkətin fəaliyyəti dayandırılmışdır, fəaliyyət göstərdiyi yerdə hazırda heç kim işləmir, onun əmək müqaviləsinin müddəti bitmiş, lakin şirkətdə heç kim işləmədiyi üçün müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etsə də, onun müraciəti cavabsız qalmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -my.gov.az elektron informasiya sistemindən əldə edilmiş vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Əlı̇ əsgərli Gülzar Kamal qızı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsinə əsasən "xxxx" MMCdə turizm məhsullarının satış agenti vəzifəsinə işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Əlı̇ əsgərli Gülzar Kamal qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-7- 20110/2/2024 nömrəli məktubdan görünür ki, onunla Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədən salınması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətinə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə Cavabdeh MMC-nin ünvanına (AZ1073, ünvan 25180/2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “tapılmadı” qeyd edilərək məktub geri qaytarılmışdır. Bu səbəbdən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı “Əmək və Məşğulluq” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə dair bildirişin qüvvədən düşməsi ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırlmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən qüvvədən düşmüş hesab edilməli və əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədən salınması ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn, ev 6, mənzil 1, qanuni təmsilçisi Nümayəndə olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Nümayəndə ölüm tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn, ev 6, mənzil 1, qanuni təmsilçisi Nümayəndə olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, Əlı̇ əsgərli Gülzar Kamal qızı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sisteminə daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin qanuni təmsilçisi Nümayəndə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn, ev 6, mənzil 1, qanuni təmsilçisi Nümayəndə olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması ilə yanaşı həmçinin hüquqi şəxsin qanuni təmsilçisi Nümayəndə xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmək istəsə də, hazırda hüquqi şəxs həmin ünvanda fəaliyyət göstərmədiyindən müsbət nəticə əldə edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh şirkətdə faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamasına və əmək haqqı almamasına baxmayaraq, cavabdeh ilə əmək müqaviləsi bildirişinin elektron sistemdə qüvvədə kimi qeydiyyatda olması onun bir sıra əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə ki, o, başqa iş yerlərinə əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edə bilmir. Odur ki, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC ilə Əlı̇ əsgərli Gülzar Kamal qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC ilə Əlı̇ əsgərli Gülzar Kamal qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar