Məhkəmə qərarları › İş №2(009)-1210/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1210/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1210/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, X5 14 oktyabr 1941-ci il tarixdə Ağdaş rayonu Uznuk kəndində anadan olması, anasının X17, atasının X9 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, ataları X14 ilə anaları X17nın birgə nikahlarından onlar - X10, Ərizəçi1 və Ərizəçi2 dünyaya gəlmişlər. X1 xx.xx.1941ci il tarixində Ağdaş rayonunda dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixində isə xəstəlik səbəbindən vəfat etmişdir. Rayonda ailə məzarlığında dəfn edilmişdir. Hal-hazırda müvafiq vərəsəlik işinin aparılması üçün onun doğum haqqında şəhadətnaməsinin alınması mütləq olduğuna görə onlar Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Müraciətlərinə cavab olaraq xx.xx.2023-cü il tarixində 3-16-5/593/15 saylı məktubla onlara məhkəməyə müraciət etmələri tövsiyyə edildi. Həmçinin doğum akt qeydi ilə bağlı məlumatları əldə etmək üçün tərəflərindən Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinə müraciət olundu. Müraciət əsasında xx.xx.2023-cü il tarixində, 3-48-DA/2-00723/2023 saylı məktubla onlara bildirildi ki, doğum haqqında qeydlər kitabında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bu səbəblə də həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qoşmaya əlavə edilmiş X8 məxsus əmək kitabçasının surətindən göründüyü kimi, o, 1941-ci il tarixində dünyaya gəlmişdir. Qoşmaya əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, ataları X9 xx.xx.1993-cü il tarixində vəfat etmişdir. Qoşmaya əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, anaları X17 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Qoşmaya əlavə edilmiş X8 məxsus şəxsiyyət vəsiqəsinin surətindən də göründüyü kimi, o, xx.xx.1941-ci il tarixində, Ağdaş rayonunun, Uznuk kəndində anadan olmuşdur və azərbaycanlıdır. Qoşmaya əlavə edilmiş X8 məxsus şəxsiyyət vəsiqəsinin surətindən də göründüyü kimi, o, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Qoşmaya əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən də göründüyü kimi, X10 xx.xx.1941-ci il tarixində Ağdaş rayonunda dünyaya gəlmişdir və azərbaycanlıdır. Qoşmaya əlavə edilmiş ******* saylı hərbi biletin surətindən də göründüyü kimi, X10 1941-ci il tarixində dünyaya gəlmişdir, azərbaycanlıdır, CCP dövründə “Ağdaşskıy” Ağdaş rayonu, Uznuk kəndindəndir. Mərhum qardaşıları ilə aralarında olan qohumluq bağını yalnız onun doğum haqqında şəhadətnaməsi sübuta yetirir. Lakin doğum haqqında şəhadətnamə olmadığına görə artıq digər vasitələrlə, əlaqəsi olan sənədlərlə (yuxarıda qeyd edilmiş qoşmaya əlavə edilən) təsdiq edirlər. Qeyd edilənlərdən də göründüyü kimi, X1 xx.xx.1941-ci il tarixində, Ağdaş rayonunun, Uznuk kəndində anadan olmuşdur. X7 atası isə X6r. Qoşmaya əlavə edilən doğum haqqında şəhadətnamələrin surətindən də göründüyü kimi, anaları X17 ataları isə X6r. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixli 3-165/8-635/13 saylı məktubla işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçilərin və nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 093646 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 06 aprel 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin aprel ayının 29 günündə 552 No ilə qeyd edilmişdir İş materiallarında olan AZ-İİ 337544 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 03 ayının 09 günündə 135 No ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 300608 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1993-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 05 ayının 26 günündə 86 No ilə qeyd edilmişdir İş materiallarında olan AZ 192541 nömrəli xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 avqust 1948-ci ildə Ağdam rayonun Qərvənd kəndində anadan olmuşdur. X2, anası X16r. İş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1948-ci ildə Ağdam rayonu, Qərvənd kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 04 sentyabr 1958-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası 1941-ci il təvəllüdlü X8 məxsusdur. İş materiallarında olan AZ-T 037675 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1944-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. X4, X7dır. İş materiallarında olan AZE 03709298 nömrəli, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1941-ci ildə Ağdaş rayonu, Uznuk kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1944-cü ildə Ağdaş şəhərində doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletdən görünür ki, hərbi bilet 1941-ci ildə Ağdaş rayonu, Uznuk kəndində doğulmuş X8 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 232524 nömrəli əlillik vəsiqəsinin surətindən görunür ki, vəsiqə 2-ci qrup əlil olan X8 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, 574096 nömrəli sürücülük vəsiqəsinin surətindən görunür ki, sürücülük vəsiqəsi xx.xx.1941-ci il təvəllüdlü X8 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Milli elmlər X3 İnstitutunun vəsiqəsinin surətindən görunür ki, həmin vəsiqə böyük elmi işçi X8 məxsus olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2023cü il tarixli, 3-16-5/593/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərdiyi kimii, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın böşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən sübuitların tədqiqi ilə kifayət qədər müəyyən edilmişdir ki, ərizəçilərin doğma qardaşı, xx.xx.2023-cü ildə ölmüş X10 14 oktyabr 1941-ci il tarixdə Ağdaş rayonu Uznuk kəndində anadan olmuşdur, atası X9, X7 olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçilərin qardaşı X5 14 oktyabr 1941-ci il tarixdə Ağdaş rayonu Uznuk kəndində anadan olması, anasının X17, atasının X9 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 14 oktyabr 1941-ci il tarixində Ağdaş rayonu Uznuk kəndində anadan olması, anasının X17, atasının X9 olması faktı müəyyən edilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar