Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1211/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, tərcüməçi X10, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 46 saylı notariat ofisi cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi”nə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 46 saylı notariat ofisi cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, X5 bacısı olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, onun bacısı X1 İqor Aleksandroviç 10 mart 2021-ci il tarixində ölmüşdür. Bacısı X13 başqa övladı olmamışdır. Bacısı oğlu X17 isə evlənməmişdir. Bacısı 10 fevral 2019-cu il tarixində, onun əri X14 isə 08 mart 2015-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbləri baxımından bacısı oğlu X12 üç növbə üzrə heç bir vərəsəsi yoxdur. Ərizəçi onun dördüncü növbədən olan vərəsəsidir. Buna görə də, ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İ-6/2139 nömrəli bağ evinin qəbul edilməsi üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Lakin Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X9 bacısı X13 doğum haqqında arayışında onun valideyinləri haqqında məlumatın olmaması səbəbindən onların qohumluq əlaqəsinin müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd edilən səbəbdən o, bacısı X13 ilə qohum olmağını sübut edə bilmir. Onun doğum haqqında şəhadətnaməsinin isə hər hansı digər orqandan əldə edilməsi mümkün deyil. Bu səbəbdən də o, bacısı X22 ilə qohum olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 46 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. X22 isə onun doğma xalasıdır. Anasının yeddi bacı və qardaşı olmuşdur. Onlardan üçü, yəni anası Ərizəçi, xalası X22 və xalası X8 işləmək üçün X27 Sosialist Respublikasının, Ryazan vilayətinin, Pitelinski rayonunun Vısokiye Polyanı kəndindən Bakıya gəlmiş və burada yaşamışlar. Xalası X22 və X8 ölmüşlər. X13 əri X14 də ölmüşdür. Onların cəmi bir oğlu olmuşdur ki, onun adı İqordur və İqor 2021-ci ilin martında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi və X11 nənəsi X3 doğma bacılarıdır. Nənəsi X8 və nənəsinin bacısı X22 ölmüşlər. Nənəsinin bacılarından yalnız Ərizəçi hal-hazırda sağdır. X13 əri X14 də ölmüşdür. Onların İqor adlı bir oğlu olmuşdur və İqor 2021-ci ilin martında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, X2ynı qızıdır. Ərizəçi və X18 tanıyır. Onlar X3 doğma bacılarıdır. Daima bir-biriləri ilə ünsiyyətdə olmuş və bir-birilərinə gedib-gəlmişlər. X22 və onun bacısı X8 ölmüşlər. İşdə olan Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən Ərizəçi ünvanlanmış 05 aprel 2021-ci il tarixli, X/361 nömrəli məktubdan görünür ki, X13 doğum haqqında arayışında onun valideyinləri haqqında məlumat olmadığından qohumluq əlaqəsini müəyyən etmək mümkün olmadığı üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ona X22 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Səbail RPİ tərəfindən 23.01.2013-cü il tarixində verilmiş AZE 0******* № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixində Rusiya Federasiyasının Ryazan vilayətində anadan olmuşdur. İşdə olan 27.06.1956-cı il tarixli, HN 274623 № li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixində X27 Sosialist Respublikasının, Ryazan vilayətinin, Pitelinski rayonunun Vısokiye Polyanı kəndində anadan olmuşdur. İşdə olan Rusiya Federasiyası, Ryazan vilayətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin arxivi tərəfindən verilmiş 519/A-37 № li, 30.03.1999-cu il tarixli arayışdan görünür ki, X21 1936-cı il tarixində X27 Sosialist Respublikasının, Ryazan vilayətinin, Pitelinski rayonunun Vısokiye Polyanı kəndində anadan olması barədə qeyd Ryazan vilayətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin arxivində yoxdur. Araşdırma 1933-1939-cu illər üzrə aparılmışdır. 1933, 1936-cı illər üzrə doğum haqqında aktların qeydiyyat kitabları tam saxlanılmamış, 1934, 1935-ci illər üçün akt qeydiyyatları tam yoxdur, 1937-1935-ci illər üçün akt qeydiyyatları yoxdur, kitablar saxlanca verilməmişdir. İşdə olan Bakı şəhəri, Oktyabr rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 10.06.1989-cu il tarixli İV-JQ 490885 № li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X24 ilə X14 18.06.1957-ci il tarixində nikaha daxil olmuşdur və nikah bağlandıqdan sonra arvada “Filaleyeva” soyadı verilmişdir. İşdə olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.02.2019-cu il tarixli, AZ-İİ 000040 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X22 10.02.2019-cu il tarixində ölmüşdür. İşdə olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.03.2015-ci il tarixli, AZ-İ 744327 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 08.03.2015-ci il tarixində ölmüşdür. İşdə olan Bakı şəhəri Oktyabr rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 10.03.1989cu il tarixli, XİV-JQ 396585 № li doğum haqqında şəhadətnamədən görünür ki, X17 19.03.1958-ci il tarixində anadan olmuşdur. Atası X14, anası isə X16. İşdə olan 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli AZ-İİ 169780 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X17 10.03.2021-ci il tarixində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İ-6/2139 nömrəli bağ evi X12 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin soyadı gündəlik həyatda çox az təsadüf edilən özünəməxsus bir soyaddır. Ərizəçi tərəfindən təqdim edilmiş X13 doğumu haqqında arayışdan və onun nikahın bağlanması haqqında şəhadətnaməsindən də görünür ki, nikaha daxil olana qədər X4q soyadı Arbuzova olmuşdur. Ərizəçi və X13 ata adlarının eyni olması və özünəməxsus soyada sahib olmaları ərizəçi və X13 bacı olmalarını müəyyən etməyə imkan verir və ərizədə müəyyən edilməsi xahiş edilən qohumluq əlaqələrinin araşdırılmasını qismən asanlaşdırır. İşdə olan sübutlarla həmçinin müəyyən edilir ki, həm Ərizəçi həm də X22 eyni bir yerdə, yəni X27 Sosialist Respublikasının, Ryazan vilayətinin, Pitelinski rayonunun Vısokiye Polyanı kəndində anadan olmuşdur. Məhkəmə qeyd edilən halı da ərizəçi və X13 bacı olmalarını müəyyən etmək üçün əhəmiyyətli sübut kimi qiymətləndirərək bu faktın təsadüf iolmasını istisna edir. İş materiallarını araşdıran məhkəmə belə qənaətə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə X13 bacı olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü X13 Ərizəçi bacı olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1211/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1211/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver