Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1221/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhər 28 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər 28 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, atası X1 aid olan miras əmlakların qanuni vərəsə olaraq tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü sayılması və Bakı şəhər 28 saylı Notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb konkret deyil. Belə ki, iddiaçı atasına aid olan miras əmlakların qanuni vərəsə olaraq qəbul edilməsi ilə bağlı tələb irəli sürsə də, miras əmlak(lar) barədə hər hansı məlumat (hüquqmüəyyənedici sənədlər) iddia ərizəsində qeyd etməmiş və əlavə etməmişdir. Yəni iddiaçı atasından miras qalmış hansı əmlaka dair vərəsə tanınmasını konkret göstərməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı notariat ofisinə də miras əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsaslarından biri miras əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi olmuşdur. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmununa riayət edilməməklə verildiyindən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər 28 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1221/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1221/2021
13.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver