Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1230/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili C.P.Cəfərovun, Cavabdehin nümayəndəsi F.F.Rzabəylinin iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC ilə “xxxxxxxx” İstehsal-Kommersiya Müəssisəsi arasında BPŞ/GTV-008/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi toplusunun tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli, Kİ832 nömrəli maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Ərizəyə əsasən Bank Borcalana 24 ay müddətində ödəmək şərti ilə, illik faiz dərəcəsi 21%, cərimə faiz dərəcəsi 30% olmaqla 245.811,70 manat məbləğində birdəfəlik kredit vermişdir. Kreditin təminatı olaraq Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli, Z1524 saylı Zaminlik Müqaviləsi, X8 ilə xx.xx.2016-cı il tarixli, Z1523 saylı Zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxx” X7 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit sazişindən görünür ki, borcluya illik 21% dərəcəsi ilə 24 ay müddətinə 245.811,70 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh ASC ilə X8 arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1523 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X8 “xxxxxxxx” X7 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli, P1524 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin İddiaçı “xxxxxxxx” X7 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin dövrdə İddiaçı müəssisənin payçısı olduğundan onunla zaminlik müqaviləsi bağlanmışdır. Dolayısı ilə özünə məxsus şirkətin kredit borcuna zamin dayanmışdır. İddiaçı ilə X8 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı, xx.xx.1996-cı ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, X11, 121/5 ünvanda yerləşən “xxxxxxxx” X7 (VÖEN **********) 50%-lik payı tam alıcı X6 10,00 manata satmışdır. Yəni Kredit və Zaminlik müqavilələri imzalandıqdan təxmini 1 il sonra zamin olan İddiaçı təsisçisi və kredit müqaviləsi üzrə borclu olan müəssisədəki payını satmış və dolayısı ilə öz zaminliyindən imtina etmişdir. Cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və cavab alınmamışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-667/2019 saylı qətnaməsi ilə CavabdehASC-nin iddiası qismən təmin edilmiş, “xxxxxxxx” X7, İddiaçı və X3 müştərək qaydada 108.284,67 manat əsas borc, 10.646,32 manat faiz borcu, 5.396,03 manat dəbbə pulu, cəmi 124.327,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13591/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə tərəfindən kassasiya şikayəti verilmişdir. Qeyd olunan iş üzrə tərəf olaraq birinci instansiya məhkəməsində iştirakları təmin edilmədiyindən qarşılıqlı iddia qaldırmaq hüququndan məhrum olmuşlar. Bu səbəbdən də müqavilənin mübahisələndirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1524 nömrəli zaminlik müqaviləsinin xx.xx.2017-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Cəfərov Ceyhun Pöhrüz oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh ASC-nin etibarnamə əsasında nümayəndəsi X9 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmunundan görünür ki, qanunvericilikdə hüquqi şəxsdə olan payın özgəninkiləşdirilməsi zaminliyə xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Həqiqətən hüquqi şəxsin balansında daşınmaz əmlak var, lakin sənədlər köhnədir, təkrar qeydiyyata alınmada problemlər olduğu üçün ipoteka ilə yüklü edilə bilməmişdir. Payın özgəninkiləşdirilməsi zaminlik müqaviləsinin qüvvədən düşmüş kimi hesab edilə bilməz. Həmin münasibət payçılar arasında olan münasibətdir. İddiaçı ilə bank təşkilatı arasında yalnız zaminliklə bağlı müqavilə bağlanılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. İş üzrə «Bank» qismində Cavabdeh ASC ilə «Müştəri» qismində “xxxxxxxx” X7 arasında xx.xx.2014-cü il tarixli, BPŞ/GTC-008/2014 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu müqaviləsi bağlanmışdır. İş üzrə «Bank» qismində Cavabdeh ASC ilə «Zamin» qismində İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Z1524 saylı zaminlik müqaviləsinin kserosurətinə əsasən zamin xx.xx.2014cü il tarixli BPŞ/GTC-008/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində olan xx.xx.2016-cı il tarixli K1832 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən “xxxxxxxx” X4 vericələk 245.811,70 manat məbləğində birdəfəlik kredit üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Satıcı” qismində İddiaçı ilə “Alıcı” qismində X8 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli payın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı “xxxxxxxx” İstehsal-Kommersiya Müəssisəsi 50%-lik payı tam X6 10.00 manat satmış, alıcı X8 həmin payı almışdır. İş üzrə Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13591/2019 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-667/2019 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-667/2019 saylı qətnaməsi iddia qismən təmin edilərək “xxxxxxxx” X1, İddiaçı və X3 müştərək qaydada 108284,67 manat əsas borcun, 10646,32 manat faiz borcun, 5396,03 manat dəbbə pulunun, cəmi 124.327,02 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş üzrə AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2250/2020 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13591/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmış. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə “xxxxxxxx” İstehsal- Kommersiya Müəssisəsi arasında xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində olan xx.xx.2016-cı il tarixli K1832 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış. Ərizəyə əsasən “xxxxxxxx” X4 245.811,70 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsi üzrə İddiaçı kredit alan “xxxxxxxx” İstehsal-Kommersiya Müəssisəsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki ,”xxxxxxxx” X5 kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün bank yaranmış borcun tutulması ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-667/2019 saylı qətnaməsi iddia qismən təmin edilərək “xxxxxxxx” X1, İddiaçı və X3 müştərək qaydada cəmi 124.327,02 manat borcun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmiş. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı zamin kimi çıxış etsə də, “xxxxxxxx” X2 payını xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Lalə Ağagülovaya satmış və bu təsisçilikdən çıxmışdır. Yəni zaminlik müqaviləsi imza olunandan 1 il sonra iddiaçı təsisçi və kredit müqaviləsi üzrə borclu olan müəssisədəki payını satdığı üçün dolayısı ilə zaminlikdən imtina etmişdir. Bu səbəbdən iddiaçı onunla bank arasında bağlanılmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü tələbə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının “xxxxxxxx” İstehsalat-kommersiya Müəssisəsi üzrə təsisçilikdən çıxması, onunla bağlanılmış zaminlik müqaviləsinin qüvvədən düşməsinə əsas hesab edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh ASC arasında bağlanılmış zaminlik müqaviləsindən görünür ki, iddiaçı həmin müqavilə üzrə “xxxxxxxx” İKM-nin təsisçisi kimi deyil, müstəqil fiziki şəxs kimi çıxış etmişdir. Digər tərəfdən zaminlik müqaviləsində iddiaçının kredit alan “xxxxxxxx” İKM-dən təsisçilikdən çıxdıqdan sonra zaminlik müqaviləsinin qüvvədən düşməsi ilə bağlı hər hansı şərt qeyd olunmayıb. AR Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış zaminlik müqavilənin 6-cı bəndində müqavilənin qüvvədə olma şərtləri göstərilmiş. Həmin şərtlərdə iddiaçının irəli sürdüyü əsasla müqavilənin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı hər hansı şərt öz əksini tapmayıb. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanılmış zaminlik müqaviləsi o halda qüvvədən düşmüş hesab edilə bilər ki, zaminliyə xitam verilsin. AR Mülki Məcəllənin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Göründüyü kimi AR Mülki Məcəllənin 477-cı maddəsində zaminliyə xitam verməsi əsaslarının dairəsi konkret müəyyən edilib. Həmin əsaslarda iddiaçının iddia etdiyi əsasla zaminliyə xitam verilməsi nəzərdə tutulmayıb. Belə olan halda zaminliyə xitam verilməsi üçün əsaslar olmadığı üçün, zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi də hüquqi cəhətdən mümkün deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıdan kredit müqaviləsi üzrə zamin kimi müştərək qaydada borcun tutulması qət edilmiş və həmin qətnamə ilə də iddiaçının zamin kimi kredit müqaviləsi üzrə öhdəlik daşıması təsdiq edilib. Beləliklə iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı əsas olmadığı üçün iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı xx.xx.2016-cı il tarixli, Z1524 saylı zaminlik müqaviləsinin xx.xx.2017-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1230/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1230/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver