Məhkəmə qərarları › İş №2(009)-1231/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1231/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1231/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs kimi göstərildiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməsi, Ərizəçi doğum tarixi “xx xxxx 1969-cu il”, doğum yeri “Ermənistan Respublikası, Sisiyan rayonunun Ağudi kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı” ana qrafasında “X5, milliyyəti azərbaycanlı”, qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il təvəllüdlüdür, hazırkı Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməni valideynləri Ermənistan Respublikasında almışdılar. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. 24.10.1997-ci ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt nikahları rəsmiləşdirilərkən nikah bağlandıqdan sonra yoldaşına Quliyeva soyadı verilmişdir. Birgə nikahlarından 2 övladları olmuşdur-12 iyul 1994-cü il təvəllüdlü X8 və 12 dekabr 1996-cı il təvəllüdlü X6. Bu yaxınlarda əmlakını övladlarına bağışlamaq məqsədi ilə Asan xidmətlə əlaqə saxladı, oradan tələb olunan sənədlərin siyahısında onun doğum haqqında şəhadətnamənin də lazım olduğunu bildirdilər. O da bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilmədi. Hazırda əmlakının bağışlanması ilə bağlı tələb olunan sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil, itirmişdir. Doğum akt qeydinin isə bərpa edilməsi mümkün deyil. Buna görə də hesab edir ki, xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək onun xx xxxx 1969cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun 09.06.2021-ci il tarixli məktubunda səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılması xahiş olunmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 izahat verərək bildirmişdir ki, Ərizəçi 20 ildir ki tanıyır. Famil Ermənistan Respublikasında doğulmuşdur. Onları ailəlikcə tanıyır. Atası və anası Ermənistandan məcburi köçkün düşmüşlər. Milliyətcə Azərbaycanlıdırlar. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulmuşdur. (milliyyəti azərbaycanlıdır) İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş Vİ-ЖГ 264597 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (xx.xx.1969-cu il, Sisiyan rayonunun Ağudi kəndi) ilə X1 nikahı 09.03.1994-cü il tarixdə bağlanmış, nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.03.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 01.03.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi,vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində X3 ilə X2 birgə nikahından dünyaya gəlmişdir. Əvvəla, ərizəçinin doğum tarixi ərizəçiyə məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, doğulduğu yer hərbi bileti və nikah haqqında şəhadətnaməsinin surəti ilə tam təsdiq olunur. Digər tərəfdən, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 təsdiqləmişdir ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində X3 ilə X2 birgə nikahından dünyaya gəldiyini, həmin ifadələrinin iş materiallarında olan sənədlərlə də təsdiq olunduğunu nəzərə alaraq, şahid ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Ərizəçi doğum qeyd edilmə faktının müəyyən olunması istəyi əmlakını övladlarına bağışlamaq üçün əhəmiyyət kəsb etdiyindən və o, həmin faktı təsdiqləyən sənədləri başqa yolla ala bilmədiyindən sözügedən fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilməli, həmçinin Ərizəçi doğum tarixi “xx xxxx 1969-cu il”, doğum yeri “Ermənistan Respublikası, Sisiyan rayonunun Ağudi kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı” ana qrafasında “X5, milliyyəti azərbaycanlı”, qeyd edilməklə yeni doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunun Ağudi kəndində doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamə Ərizəçi doğum tarixi “xx xxxx 1969-cu il”, doğum yeri “Ermənistan Respublikası, Sisiyan rayonunun Ağudi kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı” ana qrafasında “X5, milliyyəti azərbaycanlı”, qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar