Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1234/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Şikayətçi İddiaçı Yevgeyyevnanın cavabdeh maraqlı şəxs Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Şikayətçi İddiaçı Yevgeyyevnanın cavabdeh maraqlı şəxs Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikətçinin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin icraata qəbul edilmədən geri qaldırılmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, şikayət ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Şikayətçi İddiaçı Yevgeyyevnanın cavabdeh maraqlı şəxs Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1234/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1234/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver