Məhkəmə qərarları › İş №2(009)-1236/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1236/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1236/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 22 iyun 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «doğum faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Quqark rayonunda doğulması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X5, ana qrafasında X3 göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1966-cı il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuşdur. Valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdırlar. Bu günə qədər ailə qurmamışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasından qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etdikdə ona doğum haqqında şəhadətnamənin də lazım olduğunu bildirmişdirlər. Ərizəçi ona məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilməmişdir. Belə ki, bu sənədi ərizəçi itirmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-762/2022 saylı qətnaməsindən görünür ki, ərizəçi X3 ərizəsində göstərmişdir ki, 01 may 1957-ci il tarixdə 22 mart 1932-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş X5 rəsmi nikaha daxil olmuşdur və onların birgə nikahdan 4 övladı olmuşdur: XX.XX.1958-ci il təvəllüdlü X6, xx.xx.1962-ci il təvəllüdlü X4, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi və xx.xx.1968ci il təvəllüdlü X7. ИТ-İ № ******* əmək kitabçasının surətindən görünür ki, xx xxx 1966-cı il təvəllüdlü Ərizəçi 23 iyul 1990-cı il tarixdə 2-ci dərəcəli dülgər işinə qəbul edilmiş, 18 iyul 1991-ci il tarixdə işdən azad edilmişdir. SX № ******* Hərbi biletin surətindən görünür ki, xx xxx 1966-cı il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. İ-ЗЖ № ******* doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, 20 fevral 1968-ci il təvəllüdlü X7 Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, X1 (milliyyəti azərbaycanlı), anası X2r (milliyyəti azərbaycanlı). AZ- İİ № 226282 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, iş materialları, ərizəçinin izahatı ilə Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olduğu, atasının X5, anasının isə X3 olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, ərizəçi doğum haqqında akt qeydinin göstərilməsini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olması faktı müəyyən edilsin. Ərizəçi ata qrafasında X5 (milliyyəti azərbaycanlı), ana qrafasında isə X3 (milliyyəti azərbaycanlı) göstərilərək, müvafiq məlumatları əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar