Məhkəmə qərarları › İş №2(009)-1237/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1237/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1237/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, son haqq hesab pulunun ödənilməsi və işə bərpa tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, son haqq hesab pulunun ödənilməsi və işə bərpa tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində iddiaçı Cavabdeh MMC-nin ünvanı kimi Bakı şəhəri, Səbail rayonu Bulvar ərazisi, Dövlət bayraq meydanı “Yarat Center”in yanında “Port-Wine” restoranı kimi göstərmişdir. Lakin “Məhkəmə Elektron Sistemindən” əldə olunan məlumatlardan görünür ki, Cavabdeh MMC (VÖEN **********) hüquqi ünvanı ünvan 2. Yəni iddiaçının qeyd etdiyi cavabdehin ünvanı faktiki fəaliyyət göstərdiyi ünvandır. İddia isə cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvanı üzrə deyil, hüquqi ünvanı üzrə yerləşən məhkəməyə təqdim edilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutaraq cavabdeh - hüquqi şəxsə qarşı qaldırdığı tələbi üzrə iddia ərizəsini Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə- Yasamal rayon Məhkəməsinə deyil, faktiki yerləşdiyi yer üzrə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun faktiki fəaliyyət göstərdiyi ünvan üzrə deyil, hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddia ərizəsi qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2 və 152.1.3 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, son haqq hesab pulunun ödənilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar