Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1242/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilinə pay hüququnu əvvəlki payçı X2 20.580 manat pul ödəmiş və həmin mənzili almışdır. xx.xx.2012-ci il tarixdə həmin MTK-nın sədri X7 ilə aralarında müqavilə bağlanmışdır. Həmin mübahisəli mənzilə münasibətdə X4 adından etibarnamə almışdır. "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi bina tam hazır olmuş, pay haqqını tam ödəmiş, daima mənzilinə baş çəkmişdir. xx.xx.2014-cü ildə "xxxx" MTK-nın sədr əvəzi Firudin Əliyev tərəfindən ünvan 1 ünvanına məktub göndərilib. Həmin məktubda X6 adına olan "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilinin guya səhvən adına keçməsi göstərilmiş, MTK-nın xx.xx.2014-cü il tarixli 05 saylı əmri ilə özünün 116 saylı xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş və mənzil əvvəlki sahibi X6 adına qaytarılmışdır. O, həmin mənzilə görə ödəniş aparmışdır. Pay haqqını da ödəmişdir. "xxxx" MTKnın sədr əvəzi Firuddin Əliyevin istifadəsində olan mobil telefona, eyni zamanda əvvəlki sədr X3 istifadəsində olan mobil telefonlara dəfələrlə zəng etsə də, onlar zənglərinə cavab vermirlər və mənzilini X14 adlı şəxsə satmışlar. Daha sonra həmin şəxs ona qarşı xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinin ləğv olunması barədə iddia qaldırmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)- 693/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X9 iddiası təmin olunmuşdur. Lakin tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5123/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-693/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunmuşdur və X9 iddiası rədd edilmişdir. O, bu qərardaddan sonra da yenə evinə mütəmadi gedib-gəlmişdir. X8 onu evinə buraxmayaraq bildirmişdir ki, “sən həmin pulu "xxxx" MTK-nın digər təsisçisi Cavabdeh Fikrət oğluna vermisən, get ondan al”. O, da pulunu Cavabdeh Fikrət oğlundan tələb etdikdə, o, bildirdi ki, “mən də pulu X5 vermişdir. Get ondan al”. Hazırda Cavabdeh Fikrət oğlu ilə X3 arasında qalmışdır. O, isə pulu əlbəəl Cavabdeh Fikrət oğluna vermişdir. Bununla bağlı tərəfindən Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatları alınmış və izahatında 2010-cu ilin dekabr ayının 28-də qardaşının adına olan 73,5 kv.m. sahəsi olan mənzili ona satmaq məqsədi ilə ondan 20.000 manat aldığını etiraf etmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Elməddin Əhmədov tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qərarda iddianın mülki mübahisə predmeti olduğu və mülki iddia ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin və 20.000 manatın hər il üçün 5 faizi, yəni 1000 manat olmaqla, 12 il üçün 12000 manatın, ümumilikdə 32000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 187 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin iddiaya qarşı etirazında göstərilənlərlə razı deyil. Belə ki, pulu şəxsən Cavabdeh vermiş, o, pulun alınmasını etiraf etmişdir, əgər pulu o, almamışdırsa, 2021-ci ildə 4 ay müddətində pulu qaytaracağına dair öhdəliyi necə götürə bilərdi? Cavabdeh o, 2021-ci ilin əvvəlində hüquqmühafizə orqanlarına müraciət etdikdən sonra onunla xx.xx.2021-ci il tarixdə müqavilə bağlayaraq mənzilə görə aldığı pulu qaytaracağı barədə öhdəlik götürmüş və bunun təminatı kimi 4 ay müddətinə 4 qarajı girova qoymuşdur. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra da pulun qaytarılmadığını görüb, məhkəməyə müraciət etmişdir. Pulun qaytarılmasına cavabdehlik onu alan şəxs, yəni Cavabdeh daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanlandığı iddiaya qarşı yazılmış etiraz və iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, onun tərəfindən hər hansı müqavilə öhdəliyi pozulmamışdır və həmin iddiaya o, cavabdehlik daşımır. İddia qeyd etdiyi səbəblərə görə əsassız olmaqla yanaşı, həmçinin həmin iddia tələbinə iddia müddəti də tətbiq edilərək, eyni zamanda müddətin keçməsi əsası ilə də iddia rədd edilməlidir. İddiadan görünür ki, iddiaçı hüququnun 2014-cü ildə pozulduğunu bilmiş, lakin iddiasını 8 ildən sonra məhkəmədə qaldırmışdır, halbuki həmin iddia tələbi 2014-cü ildən sonrakı 6 illik müddət ərzində irəli sürülə bilərdi. Bu səbəbdən hesab edir ki, iddia tələbləri iddia müddətinin ötürülməsi ilə əlaqədar da əsassız hesab edilərək təmin edilməməlidir. Eyni zamanda işə onun iştirakı olmadan baxıb, iddianı baxılmamış saxlamamaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “İcraçı” qismində "xxxx" MTK ilə “Payçı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 116 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən binasında X4 adına olan 1 otaqlı, 73,5 kv.m., 132 saylı mənzil İddiaçı adına keçirilir (F.S.Süleymanovun ərizəsi əsasında) İş üzrə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Elməddin Əhmədovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, 2006-cı ildə Ədalət adlı şəxs ilə "xxxx" MTK-da təsisçi kimi fəaliyyət göstərməyə başlamış. Həmin dövrdə onun 20 faiz, qardaşı Süleymanov Fikrətin isə 5 faiz təsisçi payı olmuşdur. 2010-cu il dekabr ayının 28-də qardaşının adına olan 73,5 kv.metrlik mənzili onun təşəbbüsü ilə ehtiyacı olduğu üçün 20.000 manata İddiaçı satmışdır. O, Hafizə həmin evə dair heç bir iddiasının olmadığını bildirmişdir. Lakin Hafiz evi aldıqdan sonra onun orada olmamasından istifadə edən Ədalət və Firudin Hafizdən xəbərsiz evi başqa şəxsə satmışlar. İş üzrə “İcraçı” qismində "xxxx" MTK-nın təsisçisi Cavabdeh ilə “Payçı” qismində İddiaçı arasında bağlanmış "xxxx" MTK-da yaşayış binasından girov qarajlar haqqında 01 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında İİİ-İV girişlərdəki, hər biri 20,0 kv.m. (ümumilikdə 80 kv.m) 4 ədəd 36-37-38-39 saylı qarajlar, kooperativin təsisçisi Cavabdeh İddiaçı borclu olduğu 20.580,00 (iyirmi min beş yüz səksən) manat ərzində 4 ay müddətinə girov verilir. Cavabdeh öhdəçilik götürərək yuxarıda göstərilən məbləği İddiaçı qaytardıqdan sonra, İddiaçı da öz növbəsində bu müqaviləni MTK-ya qaytaracaqdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilinə pay hüququnu əvvəlki payçı X2 20.580 manat pul ödəyərək həmin mənzili almışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" MTK-nın sədri X7 ilə onun arasında müqavilə bağlanmışdır. "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi bina tam hazır olmuş, o, pay haqqını tam ödəmiş və daima mənzilinə baş çəkmişdir. xx.xx.2014-cü ildə "xxxx" MTK-nın sədr əvəzi Firudin Əliyev ona məktub göndərərək həmin mənzilin guya səhvən onan adına keçməsi göstərilmiş, MTK-nın xx.xx.2014-cü il tarixli 05 saylı əmri ilə özünün 116 saylı xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş və mənzil əvvəlki sahibinin adına qaytarılmışdır. Mübahisəli mənzil X1. Həmin şəxs ona qarşı iddia qaldırmışdır. O, pulu əlbəəl Cavabdeh Fikrət oğluna vermişdir. O, Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, ona vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Şikayətin araşdırılması gedişində Cavabdeh izahatında 2010-cu ilin dekabr ayının 28-də qardaşı Fikrət Süleymanovun adına olan 73,5 kv.m. sahəsi olan mənzili ona satmaq məqsədi ilə ondan 20.000 manat aldığını etiraf etmişdir. Hazırda iddiaçı cavabdehdən 20.000 manat məbləğində pul vəsaitinin və 20.000 manatın hər il üçün 5 faizi, yəni 1000 manat olmaqla, 12 il üçün 12000 manatın, ümumilikdə 32000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 187 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsinə dair yazılı vəsatət verilmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə Cavabdeh iddiaya qarşı yazılan etirazında iddianın rədd etmə əsası kimi onun hazırki tələbə cavabdehlik daşımaması barədə dəlilləri üzrə qeyd edir ki, həm təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində onun verdiyi izahatla, eyni zamanda onunla İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədə pulun qaytarılması barədə öhdəliyin götürülməsi hazırki tələb üzrə onun cavabdehlik daşımasını təsdiq edən sübutlar kimi qəbul edilməlidir. Yəni Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK-dan mənzil alınması ilə bağlı həmin MTK-ya müraciət etmiş, həmin MTK-nın təsisçisi olan Cavabdeh 20.000 manat məbləğində pul ödənişi etmiş, Cavabdeh qardaşı Fikrət Süleymanovun adına rəsmiləşdirilmiş mənzilin iddiaçıya satılmasını vəd edərək müvafiq sənədləşdirməni həyata keçirmiş, lakin sonradan iddiaçı ilə MTK arasında bağlanan müqavilə ləğv edilməklə, həmin mənzil digər şəxsə satılmışdır. İddiaçının MTK-ya pulun geri qaytarılması barədə müraciətinə isə şirkət rəhbəri pulun kimə verilibsə ondan alınmalı olmasını bildirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Suraxanı RPİ-nin 33-cü PB-də araşdırma aparılmış, tərəflərin izahatı alınmış, cavabdehin iddiaçıya 20.000 manata mənzilin satmasını etiraf olunmuş, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh iddiaçya borclu olduğu 20580 manat əvəzinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasında 4 ədəd qarajı 4 ay müddətinə girov vermişdir. Lakin cavabdeh hazırki vaxtadək həmin pulu qaytarmamışdır. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bununla da iddiaçıya ziyan vurulduğundan, iddia tələbi 20.000 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 20.000 manatın hər il üçün 5%, yəni 1000 manat olmaqla, 12 il üçün 12.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etmir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.(maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» Məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət pul vəsaiti verib aldığı mənzilin faktiki sahibi kimi davranaraq yalnız 2018-ci ildə onunla bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin digər şəxsə satılması, yeni mənzil sahibi ilə məhkəmə mübahisəsinin olması, son nəticədə ona dəymiş ziyanla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi, 2021-ci ilin əvvəllərində onun şikayəti əsasında müvafiq araşdırma aparılması, cavabdehin mənzilə görə aldığı pulu 4 ay müddətində qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixdə öhdəlik götürərək pulun qaytarılmasının təminatı kimi 4 qarajı girov qoymasını, həmin müddətdən bir il keçmədən iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülmədən iddia qaldırılmışdır. Bu səbəbdən cavabdehin iddia müddətinin ötürülmə əsası ilə iddianın rədd edilməsi barədə vəsatəti məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (150 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat, cəmi 20.150 (iyirmi min yüz əli) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat, cəmi 20.150 (iyirmi min yüz əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev