Məhkəmə qərarları › İş №2(009)-1243/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1243/2020

14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1243/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi Xrı̇tonova Marı̇na Vladı̇mı̇rovnanın, Maraqlı şəxs3 nümayəndəsi X6, Maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinin (notariusu) nümayəndəsi X11, Tərcüməçi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Bakı şəhəri 28 saylı Notariat Ofisi və Bakı şəhəri Maraqlı şəxs3 olmaqla) «qohumluq münasibətlərinin müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Bakı şəhəri 28 saylı Notariat Ofisi və Bakı şəhəri Maraqlı şəxs3 olmaqla) «qohumluq münasibətlərinin müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anasının xalası qızı X8 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi və mərhumdan miras əmlak olaraq qalmış Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin faktiki olaraq qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə qohumluq münasibətlərini təsdiq etmək üçün bütün dövlət qurumlarına müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Bu səbəbdən və yeganə yolu məhkəmə qaydasında bu məsələni qaldırmaq və xüsusi icraat qaydasında, həmçinin MPM-nin 307.2.1 -ci maddəsinə əsasən məhkəmə yolu ilə təsdiq etməkdir. Hazırda xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 anası X5 və onun anası X12 doğma xala qızı olmuşdurlar. Hər ikisi keçmiş Sovetlər zamanı doğulduğundan və onların doğum haqqında şəhadətnamələrin tapa bilmədiyi və imkanları xaricində olduğu üçün bu faktı məhkəmə qaydasında təsdiq etməyə lüzum vardır. Hazırda dünyasını dəyişmiş X3 yeganə vərəsəsi odur və ondan başqa onun heç kimi yoxdur, onun dəfni hamısı onun tərəfindən həyata keçirilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilin giriş açarları və mənzilə dair çıxarışın əsli ondadır, hazırda faktiki mirası qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Xrı̇tonova Marı̇na Vladı̇mı̇rovna ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 nümayəndəsi X14 hazırki mülki iş üzrə hüquq haqqında mübahisə yarandığından ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi X16 hazırki mülki iş üzrə hüquq haqqında mübahisə yarandığından ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, ərizənin məzmunundan da görünür ki, ərizəçi xx.xx.2019-cu il tarixdə vəfat etmiş anasının xalası qızı X8 ilə qohumluq münasibətlərinin müəyyən edilməsini və mərhumdan miras əmlak olaraq qalmış Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin faktiki olaraq qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim olunmuş vərəsəlik işinin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2018-ci il tarixdə tərtib olunaraq Bakı şəhəri 28 saylı Notariat Ofisində təsdiq olunmuş vəsiyyətnaməyə əsasən X13 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilini X1 vəsiyyət etmiş vəX10 qızının ərizəsinə əsasən X7 məxsus Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinə dair vərəsəlik işi açılmışdır. Məhkəmə qeyd erdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Azərbaycan Respublikasının MPM-nin 306.4-cümaddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsəərizə baxılmamış saxlanılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda hüquq haqqında mübahisə mövcuddur və ərizəçinin hazırki ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Odur ki, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Bakı şəhəri 28 saylı Notariat Ofisi və Bakı şəhəri Maraqlı şəxs3 olmaqla) “qohumluq münasibətlərinin müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmalı, ərizəçiyə onun müvafiq iddia tələbi ilə iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Bakı şəhəri 28 saylı Notariat Ofisi və Bakı şəhəri Maraqlı şəxs3 olmaqla) “qohumluq münasibətlərinin müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, onun müvafiq iddia tələbi ilə iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar