Məhkəmə qərarları › İş №2(009)-1247/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1247/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1247/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2, “X9 Kompleksi” Mənzil- Tikinti Kooperativinə qarşı “icarə haqqının və digər xərclərin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti, Cavabdeh2, “X9 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı “mənzil münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X5” MTK tərəfindən İddiaçı kooperativ tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 173 nömrəli Sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2023-cü ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq2300 (iki min üç yüz) manat kirayə haqqının, oğurlanmış iki kondinsionerə görə-2000 (iki min) manat, mebelin daşınması üçün nəqliyyat xərcləri-500 (beş yüz) manat, 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə; Cavabdeh2ndən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər icarə haqqının məbləğini-13800 AZN ödəməsi; cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, 101 manat dövlət rüsumu ödənilmişdir. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 (on min) manatdan 100.000 (bir yüz min) manatadək olduqda qiymətləndirilən iddialara aiddir və dövlət rüsumu aşağıdakı qaydada hesablanır: 120 manat + 10.000 (on min) manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARAALDİ: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh2, “X9 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı “icarə haqqının və digər xərclərin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 101 (bir yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar