Məhkəmə qərarları › İş №2(009)-1263/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1263/2021

14.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1263/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Ud X4rşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Ud X4rşı Cavabdeh ilə iddiaçılar İddiaçı1 arasında bağlanılmış 06.04.2018-ci il tarixli xxxxxxx000100 nömrəli, İddiaçı2 arasında bağlanılmış 06.04.18-ci il tarixli 3RM4MSJ000101 nömrəli, İddiaçı3 arasında bağlanılmış 06.04.2018-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xaiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh ilə aralarında bağlanılmış 06.04.2018-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə, İddiaçı2 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh ilə aralarında bağlanılmış 06.04.2018-ci il tarixli 3RM4MSJ000101 nömrəli əmək müqaviləsinə əsasən dırnaq ustası vəzifəsinə, İddiaçı3 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh ilə aralarında bağlanılmış 06.04.2018-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən xadimə vəzifəsinə işə qəbul olmuşdur. Bildirirlər ki dünyada baş vermiş pandemiya ilə əlaqədar müvəqqəti yaşama icazəsi vəsiqəsi əsasında cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh təxminən 2020-ci ilin may ayından Pakistan İslam Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Hazırda onlar cavabdeh işəgötürənin təqsiri ücbatından heç bir işə qəbul edilmir və həmçinin, pandemiya dövründə dövlət tərəfindən verilən imtiyazlardan istifadə edə bilməmişlər. İş materiallarında olan AZE No0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1959-cu il tarixində Azərbaycan Respublikası Qəbəə rayonunda anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci il tarixində Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AA14113072 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1984-cü il tarixində Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan 16.04.2018-ci il tarixli No3RM4MSJ000101 əmək müqaviləsindən görünür ki, İddiaçı2 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh tərəfindən dırnaq ustası vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan 16.04.2018-ci il tarixli Noxxxxxxx000100 əmək müqaviləsindən görünür ki, İddiaçı1 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh tərəfindən mühasib vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan 16.04.2018-ci il tarixli Noxxxxxxx000100 əmək müqaviləsindən görünür ki, İddiaçı3 cavabdeh Pakistan Respublikasının vətəndaşı Cavabdeh tərəfindən xadimə vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 06.10.20-ci il tarxili No**********1 bildirişindən görünür ki, İddiaçı1 Cavabdeh Khurramın rəhbərlik etdiyi iş yerində hüquqlarının pozulması ilə bağlı işə baxılması üçün müəyyən sənədlərin göndərilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin İddiaçı1 tərəfindən verilmiş **********2 saylı 05.102020-ci il tarixli müraciətə 02.11.2020-ci il tarixli **********6 saylı cavabından görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürənin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçılar dəfələrlə onlarla Cavabdeh Khurram ilə aralarında bağlanmış əmək müqavilələrinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda Cavabdeh Khurram faktiki fəaliyyət göstərmədiyi halda onunla iddiaçılar arasında bağlanmış əmək müqavilələrinin ləğv edilməməsi və həmin müqavilələrinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinin bildirişinin qüvvədə olması iddiaçıların özlərinə yeni iş yeri seçməsi hüququnu məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İİİ-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Khurram ilə İddiaçı1 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000100 nömrəli, İddiaçı2 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000101 nömrəli, İddiaçı3 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqavilələrinə xitam. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Khurram ilə İddiaçı1 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000100 nömrəli, İddiaçı2 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000101 nömrəli, İddiaçı3 arasında bağlanmış 06.04.2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqavilələrinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar