Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1264/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi İ.P.Quliyevanın iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə faktiki yaşadığı ünvana Cavabdeh ASC tərəfindən kuryer vasitəsilə göndərilmiş məktubla xəbər tutmuşdur ki, bank kobud pozuntuya yol verərək qanunvericiliyin tələblərinə adekvat olmayaraq bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı barədə iki instansiya məhkəməsinin qətnaməsinə, əmlakın özgəninkiləşdirilməsinin banka və eləcə də digər şəxslərə qadağan edilməsinə dair qərardadına baxmayaraq sözügedən bildirişi göndərməklə bir daha onun mülkiyyətinin əlindən çıxmasına çalışır. Aşağıda qeyd edilən işin hallarını, qanunvericiliyin tələblərini, əlavə edilmiş mötəbər sübutları rəhbər tutaraq bildirir ki, bankın artıq bir ildir ki, davam edən və özünün də iştirak edərək tanış olduğu məhkəmə proseslərini, müqavilələrin əsaslı səbəblərdən etibarsızlığına dair iddianın təmini barədə birinci instansiya və apellyasiya məhkəməsinin qətnaməsini, müvəqqəti təminat tədbiri barədə qanuni qüvvəsini almış qərardadı, baş vermiş pozuntularla əlaqədar onun şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılmış cinayət işini məqsədli şəkildə gizlədərək göndərdiyi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinin etibarsız hesab edilməsi qanunvericiliyin birbaşa tələbidir. Əks yanaşma bankın istinad etdiyi müqavilələrin etibarsızlığı barədə yekun məhkəmə aktının icrasının qeyri-mümkünlüyünə, onun mülkiyyət hüquqlarının pozulmasına və digər problemlərin yaranmasına şərait yaratmalıdır. Banka çox yaxşı bəlli olan lakin öz məqsədi üçün gizlətdiyi işin əsl hallarının məhkəməyə aydın üçün bildirir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 2023-cü ilin əvvəlində ona məlum olmuşdur ki, X5 və X12 onun Azərbaycan dilini bilməməyindən sui-istifadə edərək, iradəsi ziddinə, yəni aldatma yolu ilə müqavilə bağlanılmasına, mənzilinin satılmasına, ipoteka ilə yüklü edilməsinə nail olmuşlar. Müqavilənin aldadılma yolu ilə bağlanılması, əsl həqiqətdə hansı müqaviləni bağlayacağından xəbərsiz olması, ən əsası da rus əsilli olması, Azərbaycanca bir söz belə danışa bilməməsi, danışılanı isə başa düşməməsi, müqavilənin isə məhz Azərbaycanca bağlanılması sübut edir ki, bağlanılmış İP 1276 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlandığı andan etibarsızdır. Belə ki, X3 xeyli müddətdir ki, qızının vasitəsi ilə tanıyır, belə ki, o, qadın paltarlarının alqı-satqı ilə məşğul olmuş, qızı da onu elə tanıyaraq münasibət qurmuşdur. Bir müddət sonra Nəzrin qızı ilə səmimi dostluq etməyə başlamış, hətta bir neçə dəfə də qızından borca pul da almışdır. 2022-ci ildə Nəzrin ona demişdir ki, bəs ona biznes işləri üçün pul lazımdır, ondan kömək istəmişdir. Qeyd etmişdir ki, “sənin evin var, sən zamin dur, narahat olma, sənlik nəsə olmayacaq, pulları özüm götürüb ən geci 3 ilə krediti bağlayacam”. Nəzrin çoxsaylı xahişlər etdiyindən o, da razı olmuşdur. Hətta Nəzrin demişdir ki, bir hərbçi dostu var, o da müqavilədə iştirak edəcək. Nəzrinin çoxsaylı xahişlərindən, israrlarından sonra onun götürəcəyi kreditə zamin durmağa razı olmuşdur. Amma qeyd etdiyi kimi, o, 2023-cü ilin əvvəlində bilmişdir ki, Nəzrin onu aldadaraq onun əmlakının X1, Cavabdeh qarşısında ipoteka ilə yüklü edilməsinə naib olunmuşdur. Onu da xüsusilə qeyd etmişdir ki, heç bank əməkdaşları, həmçinin cavabdeh X12 notariat ofisi də müqavilənin əsl mahiyyətini ona bildirməmişlər. Bu müqavilə üzrə əməliyyatlarda tək missiyası mahiyyətini bilmədiyi sənədlərə imza atmaq olmuşdur. Nə pul götürmüşdür, nə də ki, əsl həqiqətə hansı sənədə imza atdığını bildirmişdir. Guya ki, ilkin ödəniş kimi cavabdeh Emil Nəbiyev 80.000 manat, cavabdeh bank isə 150.000 manat pul verib, lakin ona bir manat da pul verilməmişdir. Ona sadəcə olaraq deyilmişdir ki, “sən sadəcə olaraq zamin duracaqsan vəssalam, pula, öhdəçiliyə heç bir aidiyyətin olmayacaq”. Onu da xüsusilə qeyd etmişdir ki, o, hal-hazırkı günədək də öz mənzilində yaşayır. Bu da onu sübut edir ki, bağlanan müqavilə X2 və X8, başqa kimlərinsə hansına maraqlarına görə formal bağlanmışdır. Lakin bu formallığa baxmayaraq nəticədə onun iradəsi ziddinə mənzil cavabdeh Emil Nəbiyevə satılmış, cavabdeh bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bildirir ki, ilk dəfə 2022-ci ilin noyabr ayının sonlarında Emil Nəbiyev zəng edərək demişdir ki, “nə üçün banka borcunuzu ödəmirsiniz”. O, da nə borcu deyə sual verəndə Emil demişdir ki, “Nəzrindən soruş deyəcək”. O, da dərhal Nəzrinlə əlaqə saxladıqda isə Nəzrin narahat olmamasını, Emilə fikir verməməsi, hətta onunla əlaqə saxlamaması bildirmişdir. Hətta Nəzrin ona Emilə ödənişlər etməsinə dair bir neçə qəbzlər də göndərərək sakit oturmasını, narahat olmamasını, pul üzrə öhdəliyin onun və Emilin olduğunu bildirmişdir. O, da Nəzrinin dediyi kimi etmiş, lakin 2023-cü ilin yanvar ayında Emil onunla yenidən əlaqə saxlayaraq, yenə də borc məsələsini dedikdə, onunla ətraflı şəkildə danışmaq qərarına gəlmişdir. Emillə danışıqlar zamanı aldadıldığı bəlli olmuşdur. Emil Nəbiyevdən bütün bunları nə üçün indi dediyini soruşduqda isə demişdir ki, “o, dəfələrlə Nəzrindən sənin əlaqə telefonunu istəsəm də, o, səninlə əlaqə yaratmamağımı, hətta müqavilə bağlamamışdan qabaq da səninlə ünsiyyət qurmamağımı tapşırmışdı”. Emilə heç bir əmlak, mənzil satmadığını, sadəcə zamin durduğunu dedikdə Emil bildirmişdir ki, “görünən odur ki, Nəzrin məni də, səni də aldadıb”. Hətta bundan sonra Emil Nəzrinlə olan danışıqlarını, yazışmalarını da ona göndərmişdir. Həmin danışıqları incələyən zaman görmüşdür ki, Nəzrin əmlakını mənimsəmək, özü üçün pul əldə etmək üçün Emil və digər şəxslərlə plan qurub və icra edilməsinə nail olub. Danışıqlardan açıq-aydın görünür ki, Nəzrin Emilə tapşırmışdır ki, onunla əlaqə saxlamasın. Hətta danışıqlar zamanı Emil Nəzrinə hər ay ödənişlərin edilməsini tapşırdıqda, gecikmələr səbəbindən iradını bildirdikdə, Nəzrin ödənişlərin qısa müddət ərzində ediləcəyini, guya hansısa problemlər olduğunu qeyd edirmiş. Dərhal Nəzrinlə əlaqə saxladıqda yenə də o, xahişlərə keçərək, onu anlayışla qarşılamasını bildirmişdir. Mənzilinin satılması ilə bağlı soruşduqda isə demişdir ki, “məcbur idim”. O, da Nəzrinə bildirmişdir ki, “sən demişdin 3 ilə kredit bağlanacaq, bu nə müqavilədir ki, 25 ildir müddəti”. Nəzrin də, yenə də, narahat olmamasını, tez bir zamanda özləri həll edəcəyini bildirmişdir. Hətta iyula kimi borcu bağlayacağını bildirdiyi halda, sonadan bu vədlərindən yayınmağa başlamış və ona isə heç kimə fikir verməməsi, əmlakının özündə qaldığını bildirmişdir. Nəzrindən etdiyi oyunlara son qoymağı, bankla məsələni həll etməyi, əmlakını geri qaytarması tələb etdikdə, ondan şikayət etməməsini, şikayətini geri götürməsini xahiş etmiş və gah demişdir ki, milyonluq əmlakı var, onu satışa çıxardacaq, gah da demişdi “gedək notariusa müqavilə bağlayaq”. Amma nəticə etibarı ilə yenə də yaratdıqları problemi aradan qaldırmadılar. Nmil Nəbiyev və Nəzrin Zeynalova baş verənləri birbirinin üstünə atmaqda davam etmiş və sonra məlumat əldə etmişdir ki, banka ödənişlər də edilmir. Nəzrin və Emil bir olaraq onu aldatmış, məqsədli şəkildə aldatma yolu ilə müqavilə bağlamış, işin əsl hallarını gizlədərək bu günkü gündə onun əmlakının hüquqi cəhətdən əldən çıxmasına şərait yaradırlar. Onu da xüsusilə vurğulamışdır ki, o, tərəf olduğu mübahisə predmeti olan müqaviləni aldadıldığını biləndən sonra notariat ofisinə müraciət edərək əldə etmişdir. İP 1276 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini əldə edərək incələyən zaman görmüşdür ki, müqavilədə müqavilənin üç nüsxədə tərtib edilərək tərəflərə verilməsi ilə bağlı müddəa olsa da, ona heç bir sənəd verilməmişdir. O cümlədən müqavilənin bağlandığı, tərəflərin bildiyi dillə bağlı hər hansı müddəa da yoxdur. Müqavilənin sonuncu səhifəsinin aşağı hissəsində “müqavilə tərəflərinə onların hüquqları və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir” məzmununda cümlə əks olunsa da, ona heç nə izah edilməmişdir, sadəcə olaraq imza atacağı, soyad yazacağı yerlər göstərilmişdir. Bankdan götürülən pula əl vurmamışdır, pulun məbləğini bilməmişdir, Nəzrin əvvəlcə 150.000 manat, sonra 155.000 manat demişdir. O, puldan bir manat da götürməmişdir. Bankda Nəzrinin adamı olan Pərviz pulu götürüb çantasına qoymuş və pulu sayıb Nəzrinə vermişdir. Ona qarşı qurulmuş oyunu anlamaq üçün Emillə görüşəndə Emildən soruşmuşdur ki, “bu işin əvəzində sənə nə verilib ki, sən belə hərəkət, qanunsuzluq etmisən”. Emil demişdir ki, ona valideynlərinin müalicəsi üçün 10.000 manat pul veriblər. Onunla cavabdeh bank və Emil Nəbiyev arasında olan müqavilə onun müqavilə bağlanan dili bilməməsindən istifadə edilməklə, yəni müqavilənin əsl mahiyyətini anlamaması ilə, ümumiyyətlə nəyə imza atdımını dərk etməməsi ilə, bir sözlə iradəsi ziddinə bağlanmışdır. Ona qarşı həm notariat orqanı, həm də adları qeyd olunan şəxslər tərəfindən oyunlar edilmiş, qanunavriciliyin tələbləri kobud şəkildə pozulmuş, aldatma yolu ilə iradəsi ziddinə onu əmlakından məhrum etmişlər. O, müqavilə bağlanan zaman müqavilənin mahiyyətini bilməmişdir, anlamamışdır, bildiyi dildə izah edilməmiş, yəni müqaviləni azad iradəsi əsasında bağlamamışdır. Mənzilini, hansı ki, hazırda orada yaşayır, kiməsə satmaq niyyəti olmamışdır. Əgər ki, müqavilənin mahiyyətini, predmetini bilsəydi, əldəttə ki, müqaviləni bağlamazdı. Bütün bu mötəbər hallar bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin aldatma yolu ilə iradə ziddinə bağlandığını, bununla da sözügedən müqavilənin bağlandığı andan etibarsız, əhəmiyyətsiz olduğunu təsdiq edir. O, hətta bilməmişdir ki, notarius qadındır. O, notariusun yanında ümumiyyətlə olmamışdır və notariusu da görməmişdir. Notariusda tərcüməçi olmamış və ona müqavilə tərcümə edilməmişdir. Bütün bu mötəbər hallar bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin aldatma yolu ilə, iradəsi ziddinə bağlandığını, bununla da sözügedən müqavilənin bağlandığı andan etibarsız, əhəmiyyətsiz olduğunu təsdiq etdiyindən yuxarıda qeyd edildiyi kimi aidiyyəti qaydada hüquq mühafizə orqanına və məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsində iddiasına baxılaraq zəruri araşdırma aparılmış, şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılmış cinayət işi üzrə alınmış izahatlar məhkəmə sorğusu ilə əldə edilərək məhkəmədə tədqiq edilmiş, bununla yanaşı əmlakının məqsədli şəkildə satılması barədə ondan xəbərsiz qurulmuş planı, yəni işin əsl hallarını əks etdirən səs yazlar məhkəməyə təqdim edilmiş, bununla yanaşı Nəzrin Zeynalovanın və Emil Nəbiyevin vəkilinin verdiyi ziddiyyətli ifadələr, şəxslərin özlərinin verdiyi ifadələr məhkəmədə tam şəkildə incələnmiş, notariusun özünə haqq qazandırmaq üçün istintaqda verdiyi ifadənin düzgün olmadığı, yəni bağlanmış müqavilənin qanunvericiliyə, notariat hərəkətləri haqqında təlimta uyğun olmadığı, notariusun pozuntuya yol verdiyi, aldatma yolu ilə əmlakına dair alqı-satqı və ipoteka müqaviləsinin bağlandığı təsbitini tapmış və bu səbəbdən də işə baxan Səbail rayon Məhkəməsi iddianı təmin etmiş və e-2(009)- 973/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair ünvan 2 nömrəli 21 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamədə məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında iddiaçıya məxsus daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlansa da, iddiaçının özünə məxsus daşınmaz əmlakın satılması ilə bağlı iradə ifadəsi olmamışdır, sübutların təsdiqi ilə eləcə də müəyyən olunmuşdur ki, alqı-satqı və ipoteka müqaviləsi iddiaçının aldadılması ilə bağlanmışdır. Eləcə də məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilə bağlanan zaman azərbaycan dilini bilmədiyi halda o, tərcüməçi ilə təmin edilməmiş, beləliklə, müqavilənin mahiyyətini bilməmişdir. Həmçinin məhkəmə qətnaməsindən aydın görünür ki, müqavilənin alan tərəfi kimi qeyd edilmiş Emil Nəbiyevin, bununla yanaşı bu oyunları təşkil edən Nəzrin Zeynalovanın, onların vəkilin, iş üzrə adları keçən şəxslərin istintaqda verdiyi ifadələri arasında kifayət qədər ziddiyyət olmuş və lakin hər biri evin ona məxsus olmasını və nəticədə də ona qalmalı olduğunu vurğulamışlar. Onu da xüsusilə qeyd edir ki, sözügedən məhkəmə prosesləri zamanı bankın səlahiyyətli nümayəndəsi iştirak edərək özünə haqq qazandırmağa çalışaraq iddianın təmin edilməməsini istəsə də, etirazı əsaslı olmamışdır. Qanuni və əsaslı iddianın təmini barədə qətnamə qəbulundan sonra bank apellyasiya şikayəti verərək müxtəlif tələblər irəli sürmüş, yekunda isə qətnamənin ləğv edilməsini tələb etmişdir. Bankın şikayəti üzrə apellyasiya məhkəməsində üç proses olmuş, prosesə digər şəxslər gəlməmiş, bankın nümayəndəsi hər üç prosesdə iştirak etmişdir və o, da əsaslı etiraz mülahisəsini qeyd edərək şikayəti təmin edilməməlli olduğunu vurğulamışdır. Bununla yanaşı qeyd edir ki, təqdim edilmiş sənədlərdən də göründüyü kimi artıq fakt üzrə cinayət işi üzrə təqsirləndirilən şəxs kimi müəyyən edilmiş və lakin hazırda istintaq gözləyir ki, hazırki vəziyyətdə mülki iş yekunlaşsın, nəticədə sözügedən müqavilələrin etibarsızlığı üzrə məhkəmə aktı qanuni qüvvəsini alarsa o zaman bankın başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməsi təmin edilsin. xx.xx.2024-cü il tarixinə təyin edilmiş Bakı Apellyasiya Məhkəməsində iclas yekunlaşmış, belə ki, bankın şikayəti əsassız olduğundan təmin edilməyək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə 2(103)-2308/2024 saylı qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən qətnamə, yəni bankın şikayətinin təmin edilməməsi mübahisə predmeti olan müqavilələrin etibarsız sayılmalı olduğunu bir daha təsdiq edir. Bir halı da xüsusilə qeyd edir ki, o, ilkin iddianı verən zaman ödənişlərin edilməməsi səbəbindən borcun əmlakına yönəldilməməsi, yəni əmlakı üzrə əlavə pozuntulara yol verilməməsi, qəbul ediləcək məhkəmə aktının icrasının təmini məqsədilə müvəqqəti təminat tədbiri barədə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmiş və Səbail rayon Məhkəməsinin e-16(009)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı səhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllə, 4 saylı evin 277 saylı mənzilin üzərinə həbsin qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X12 və X4 və digər şəxslərə qadasan edilməsi qərara alınmışdır. Bank bu qərardadla razı olmayaraq ərizənin təmini üçün kifayət qədər ilkin sübutların olmadığını, əmlakın borcun təminatı olması səbəbindən onun üzərinə həbsin qoyulmasının düzgün olmadığını qeyd edərək, borcun ödənilmədiyi halda yönəldilməyə bu cür qadağanın qoyulması ilə razılaşmayaraq şikayət vermiş və apellyasiya instansiya məhkəməsi əmlak üzərinə qoyulmuş qadağanı ləğv etməmiş, belə ki Bakı Apellyasiya Məhkəməsi 16(103)- 213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Hər iki məhkəmə qərardadının əsaslandırma hissəsində qeyd etmişdir ki, “İddiaçının hazırki tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair başlanmış İP 1276 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və işə baxılıb yekun məhkəmə aktı çıxardanadək mübahisə predmetinin özsəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir”. Sözügedən müvəqqəti təminat tədbiri üzrə qəbul edilmiş məhkəmə qərardadının icrası üzrə tərtib edilmiş sənədlərdən görünür ki, Səbail rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək icra sənədi üzrə tələbin borclular tərəfindən tam icra edildiyini, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi də həmçinin məhkəməyə müraciət edərək mübahisə predmeti olan əmlak üzərində qadağanın qoyulduğunu bildirmişdir. Qeyd edilən nüanslar bankın bir il ərzində ödənişlərin edilmədiyini, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qanuni qüvvəsini almış və hazırda da qüvvədə olan məhkəmə aktının olduğunu, hüquq mühafizə orqanında cinayət işinin olduğunu, həmçinin müqavilələrin etibarsız hesab edilməsi barədə iddiası əsasında məhkəmə işinin və hazırki günə iddiasının əsaslı olması səbəbindən alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin etibarsızlığına dair iki qətnamənin qəbul edildiyini, bir sözlə tutmanın yönəldilməsini tələb etdiyi ipoteka predmeti üzrə mübahisənin olduğunu bildiyini tam şəkildə sübut edir. Nəzərə alınmalıdır ki, bankın bildirdiyinə görə kassasiya şikayəti verəcəklər, odur ki, kassasiya şikayəti vermək istəyən, yəni mübahisənin məhkəmə qaydasında həlli üzrə iştirak edən, işin gedişatını, baş tutmuş pozuntuları fakt və sübutlarla görən, tədqiq edən bankın məhkəmə mübahisəsinin yekunlaşmasını gözləmədən əmlak üzrə qadağanın qoyulmasını da heçə sayaraq sanki prinsipə salmışcasına tutmanın yönəldilməsi barədə bildirişi apellyasiya instansiya məhkəməsində iş yekunlaşan günün səhəri, yəni xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli nömrə ilə göndərməsi bankın qanunvericiliyin tələblərini, qüvvədə olan məhkəmə qərardadını yox sayması deməkdir. Görünür işin qanuni həlli, yəni etibarsızlıqla bağlı məhkəmə mövqeləri, fakt və sübutlar banka sərf etmədiyindən hətta ipoteka haqqında qanunvericiliyin tələblərini, icra qeydinin verilməsi barədə notariat hərəkətlərinin aparılması barədə təlimatı nəzərə almadan bu formada, yəni özünə sərf edən məzmunda bildiriş verərək əmlakının əlindən çıxması marağındadır. Bankın sözügedən bildirişi onun maraqlarına tamamilə toxunur. Belə ki, bir daha vurğulayır ki, bankın məhkəmə mübahisənin nəticəsini gözləmədən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında marağı, bildirişinin təmini onun etibarsızlıqla bağlı iddiasının təmini üzrə yekun qanuni qüvvəsini almış məhkəmə aktı çıxacağı halda dövlətin adından çıxan və icrası məcburi olan məhkəmə aktlarının icrasız qalmasına, əmlakının isə digər şəxslər tərəfindən bir daha qanunsuz səkildə ələ keçirilməsinə, əlavə məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaq. Onu da qeyd etmişdir ki, bildiriş onun maraqlarına toxunduğundan bildirişi əldən edən kimi dərhal banka yaxınlaşaraq məhkəmə mübahisəsindən, işin gedişatından, əmlak üzrə qadağanın olmasından xəbərləri olduğu halda bu bildirişi nə üçün köhnə tarixlə apellyasiya məhkəməsində iş yekunlaşan kimi göndərdiklərini, əgər gecikməni əsas tutularsa o zaman nə üçün bir il ərzində bu addımı atmadıqlarını, etibarsızlıqla bağlı mötəbər fakt və sübutların olduğunu hördükləri halda və halların da məhkəmə aktlarında əksini tapdığını bildikləri halda hazırda əmlakına yönələn bu qanunauyğun olmayan addımı atdıqlarını soruşduqda bildirdilər ki, sənədləri hazırlamışlar, aidiyyəti qaydada kassasiya şikayəti verəcəklər, bununla da yanası icra qeydinin verilməsi üçün addımlar atacaqlar, onların pulları ödənilməlidir, etibarsızlıqla bağlı məsələnin onlara aidiyyəti yoxdur. Bankın bu münasibəti və hazırki bildirişi qeyd etdiklərini yəni, bankın qanunun, ədalətin bərqərar olmasının tərəfdarı olmadığını yə bir daha bank tərəfindən əmlakından məhrum edilməsi məqsədilə ilə addımlar atıldığını təsdiq edir. Nəzərə alınmalıdır ki, heç kimin qanunsuz marağı qanunun tələbindən üstün olmalı deyil. Bir halda ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qüvvədə olan qərardad var, bir halda ki alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığına dair iki instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və əsaslandırılmış, ləğv edilməmiş məhkəmə qətnaməsi var, bir halda ki bu pozuntularla əlaqədar cinayət işi başlanılıb, bir sözlə əmlakının qanunsuz şəkildə, iradəsi ziddinə alqı-satqı və ipoteka müqaviləsinin predmeti olmasına dair mötəbər fakt və sübutlar var belə olan halda bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi təmin edilmə bilməz, odur ki, sözügedən bildiriş etibarsız hesab edilməlidir. Onu da xüsusilə qeyd etmişdir ki, bankın istinad etdiyi alqı-satqı və ipoteka müqaviləsində birbaşa olaraq qeyd edilir ki, bu müqavilədə qeyd edilməyən məsələlər qanunvericiliklə tənzimlənir. Odur ki, sözügedən müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırması qanunvericiliyin birbaşa tələbi olduğundan və bu məsələyə baxmaq da məzh məhkəmənin birbaşa səlahiyyətində olduğundan bankın sözügedən müddəanı nəzərə alması, müqaviləni qanunvericiliyin tələblərinə uyğun şəkildə mübahisələndirmə hüququnu pozmaması və iş üzrə gedən məhkəmə prosesinin nəticəsini gözləməsi zəruridir. Bankın keçən bir il ərzində məhkəmədəki mübahisəni nəzərə aldığı, işin gedişatını, aldadılması, alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı təsdiqini tapmış mötəbər faktları bildiyi halda hazırda bunları gözləmədən gələrək, məhkəmə mübahisənin, istintaqdakı cinayət işinin yekunlaşmasını gözləmədən qanunvericiliyə uyğun olmayan, bir sözlə məqsədli şəkildə bildiriş verməsi kobud pozuntudur. İddiada əksini tapan işin əsl hallarını, qanunvericilik normalarını, qanuni qüvvəsini almış məhkəmə qərardadlarını, ləğv edilməmiş məhkəmə qətnamələrini əsas tutaraq bildirir ki, bankın ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişi əsassız şəkildə onun mülkiyyət, müdafiə hüquqlarının pozulması, məhdudlaşması məqsədi daşıdığından qeyd edilənlərə əsasən etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Belə ki, onun ipoteka predmeti olan əmlakla bağlı iddiasına həm birinci instansiya məhkəməsində, həm də apelyasiya məhkəməsində baxılmış və qiymət verilmişdir. Digər tərəfdən Ali Məhkəmənin mövqeyi də ondan ibarətdir ki, bu cür hallarda tərəfin subyektiv hüququ yaranır. Müqavilə üç tərəfli də olduğu üçün və iddiaçı da həmin müqavilədə tərəf olaraq keçdiyi üçün subyektiv hüquqa malikdir, bildirişin verilməsi onun hüquqlarına toxunur və onu mübahisələndirə bilər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddia tələbində göstərilən hallar işin mahiyyətinə uyğun gəlmir. Qeyd olunan əsaslar ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsızlığına səbəbiyyət verməməkdədir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun: Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; Qanunvericiliyin tələbindən göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam etməməsi halı qeyd edilsə də, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin konkret etibarsızlıq əsasları qeyd edilməmişdir və eyni zamanda İddiaçı iddia tələbində bu hallara rast gəlinməməkdədir. Həmçinin hazırda tərəflər arasında ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında məhkəmə mübahisəsi davam etməkdədir və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Bu səbəbdən tələbin etibarsızlığına istinad olunmasına yol verilmir. S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). İş materiallarından görünür ki, qanuniliyi mübahisələndirilən bildirişin, mahiyyətini təşkil edən ipoteka predmeti üzərində xx.xx.2022-ci il tarixində X12 ilə Paşa Bank ASC arasında ipoteka müqaviləsi bağlanmış və müqavilə əsasında Cavabdeh ASC-yə X12 tərəfindən ipoteka kağızı verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ümumi sahəsi 127.55 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllə, ev 4 ünvanında yerləşən 277 saylı mənzil Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə Daşınmaz Əmlakın 2333 nömrəli reyestri kitabının 217260 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Göründüyü kimi, hazırda ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə İddiaçı hazırkı tələblə çıxış etməsi üçün hər hansı subyektiv hüququ yoxdur. Bundan əlavə X12 və s. şəxslərin onu dələduzluq ilə aldadıb, evə qanunsuz yiyələnmələri faktı ilə bağlı Bank məsuliyyət daşımır. Bu barədə hər hansı yekun məhkəmə aktını da iddiaçı məhkəməyə təqdim etməmiş, şikayətini formal mülahizələrlə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 77ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, qanuni əsaslarla tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılmışdır. İddiaçının qeyd etdiyi qətnamə qanuni qüvvəsini almamışdır, ipoteka müqaviləsi qüvvədədir, kredit götürən şəxs bank qarşısında olan öhdəliyi icra etmədiyi üçün bank öhdəliyin icrası ilə bağlı tədbirlər görmək məcburiyyətində qalmışdır və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş də bu məqsədlə verilmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi tərəfindən polis polkovnik-leytenantı C.Ə.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətinə əsasən İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-16(009)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllə, 4 saylı evin 277 saylı mənzili üzərinə həbs qoyulmuş və həmin mənzilin özgəninkiləşdirilməsi Cavabdeh ASC, X12 və X4 və digər şəxslərə qadağan edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(009)-69/2023 saylı qərardadı qismən – Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllə, 4 saylı evin 277 saylı mənzili üzərinə həbs qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə ərizə təmin edilməmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-973/2023 saylı, xx.xx.2023-cü il tarixli (hakim M.Bağırova) qətnaməsinin surətindən görünür ki, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 53 saylı Notariat Ofisi və X5 cəlb olunmaqla) cavabdehlər Cavabdeh ASC və X10 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair ünvan 2 nömrəli 21 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi tərəfindən polis polkovnik-leytenantı C.Ə.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinə əsasən X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2308/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh ASC tərəfindən ipoteka qoyan və kredit alan X10 ünvanlanmış PB-OUT- 02562-2024/1 saylı, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh ASC ilə E.Nəbiyev arasında bağlanmış xx.xx.2022-ci il tarixli İP1276 nömrəli kredit müqaviləsi və ipoteka krediti ilə bağlı kredit razılaşmasına əsasən E.Nəbiyevə 150.000 manat məbəğində ipoteka kredit verilmiş, eyni zamanda qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə E.Nəbiyev arasında xx.xx.2022-ci il tarixli İP1276 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanaraq Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllə, ev 4 ünvanında yerləşən ümumi sahəsi 127,55 kv.m. olan 277 saylı mənzil Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. İP1276 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********78-05301-093197, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2022) dövlət reyestrindən çıxarış verilmişdir. Bildirirlər ki, E.Nəbiyevin xx.xx.2024-cü il tarixə "xxxx" ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: İP665 saylı kredit müqaviləsinə əsasən 148.206,07 manat əsas borc, 23.770,07 manat faiz borcu, 4.843,55 manat cərimə borcu olmaqla, cəmi 176.819,69 manat təşkil edir, gecikmə günü: 323. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş olduğundan “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən bu bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra ona təqdim olunmuş sayılacaq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözü gedən kredit öhdəlikləri qısa zamanda icra edilmədiyi halda bu bildiriş sizə göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında və ya məhkəmə qaydasında tutma yönəldiləcəkdir. Borc öhdəliyini icra etmək imkanı yoxdursa, ipoteka predmetinin açıq bazarda satılması barədə qarşılıqlı razılaşma əldə etmək məqsədilə göstərilən 5 gün ərzində banka müraciət etməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-852-ci məhəllədə yerləşən 4 saylı evin 277 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzil onun tanışı Nəzrin Zeynalova və sonuncunun tanışı Emil Nəbiyev tərəfindən alqı-satqı müqaviləsi bağlanaraq kreditin təminatı kimi ipotekaya qoyularaq yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmış, Səbail rayon Məhkəməsinin e- 2(009)-973/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair ünvan 4 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2308/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, lakin qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh ASC müqavilə üzrə ipoteka qoyan və kredit alan X10 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024cü il tarixli bildirişi ünvanlayaraq, kredit öhdəlikləri qısa zamanda icra edilmədiyi halda bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun icra qeydi əsasında və ya məhkəmə qaydasında tutma yönəldilməsi göstərmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bankın xx.xx.2024-cü il tarixli bildirişi onun maraqlarına tamamilə toxunur. Belə ki, bankın məhkəmə mübahisənin nəticəsini gözləmədən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında marağı, bildirişinin təmini onun etibarsızlıqla bağlı iddiasının təmini üzrə yekun qanuni qüvvəsini almış məhkəmə aktı çıxacağı halda dövlətin adından çıxan və icrası məcburi olan məhkəmə aktlarının icrasız qalmasına, əmlakının isə digər şəxslər tərəfindən bir daha qanunsuz səkildə ələ keçirilməsinə, əlavə məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaq. Onun maraqlarına toxunduğundan bildirişi əldə edən kimi o, dərhal banka yaxınlaşaraq məhkəmə mübahisəsindən, işin gedişatından, əmlak üzrə qadağanın olmasından xəbərləri olduğu halda bu bildirişi nə üçün köhnə tarixlə apellyasiya məhkəməsində iş yekunlaşan kimi göndərdiklərini, əgər gecikməni əsas tutularsa o zaman nə üçün bir il ərzində bu addımı atmadıqlarını, etibarsızlıqla bağlı mötəbər fakt və sübutların olduğunu hördükləri halda və halların da məhkəmə aktlarında əksini tapdığını bildikləri halda hazırda əmlakına yönələn bu qanunauyğun olmayan addımı atdıqlarını soruşduqda bildirdilər ki, sənədləri hazırlamışlar, aidiyyəti qaydada kassasiya şikayəti verəcəklər, bununla da yanası icra qeydinin verilməsi üçün addımlar atacaqlar, onların pulları ödənilməlidir, etibarsızlıqla bağlı məsələnin onlara aidiyyəti yoxdur. Bankın bu münasibəti və hazırki bildirişi qeyd etdiklərini yəni, bankın qanunun, ədalətin bərqərar olmasının tərəfdarı olmadığını və bir daha bank tərəfindən onun əmlakından məhrum edilməsi məqsədilə ilə addımlar atıldığını təsdiq edir. Bir halda ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qüvvədə olan qərardad var, bir halda ki alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığına dair iki instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və əsaslandırılmış, ləğv edilməmiş məhkəmə qətnaməsi var, bir halda ki, bu pozuntularla əlaqədar cinayət işi başlanılıb, bir sözlə əmlakının qanunsuz şəkildə, iradəsi ziddinə alqı-satqı və ipoteka müqaviləsinin predmeti olmasına dair mötəbər fakt və sübutlar var belə olan halda bankın ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi təmin edilmə bilməz, odur ki, sözügedən bildiriş etibarsız hesab edilməlidir. Bankın keçən bir il ərzində məhkəmədəki mübahisəni nəzərə aldığı, işin gedişatını, aldadılması, alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı təsdiqini tapmış mötəbər faktları bildiyi halda hazırda bunları gözləmədən gələrək, məhkəmə mübahisənin, istintaqdakı cinayət işinin yekunlaşmasını gözləmədən qanunvericiliyə uyğun olmayan, bir sözlə məqsədli şəkildə bildiriş verməsi kobud pozuntudur. Bu səbəbdən iddiaçı Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakı qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işini ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırda ipoteka predmeti olan daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi olmaqla əmlakın alqı-satqısına dair müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, qanuni qüvvəsini almasa da, məhkəmə tərəfindən qaldırdığı iddia təmin olunduğundan iddiaçının hazırkı tələblə bağlı da məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Belə ki, onun tələbinin təmin olunduğu qətnamə qanuni qüvvəsini alacağı təqdirdə iddiaçının hazırda ipoteka predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları bərpa olunacaqdır. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. «İpoteka haqqında» AR Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» AR Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.4.2-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Qeyd edilən Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətindən qanunsuz məhrum edilməsi ilə əlaqədar alqısatqı və ipoteka müqaviləsinin bağlanması zamanı iradəsinin zədələnməsini, əmlakının satılması ilə bağlı iradə ifadəsinin olmaması, alqı-satqı və ipoteka müqaviləsinin onun aldadılması ilə bağlanmasını əsas gətirərək məhkəmədə iddia qaldırdığından və qaldırdığı iddia əsaslı hesab edilərək təmin edildiyindən, yuxarı instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldığından, lakin həmin qətnamə qanuni qüvvəsini almasa da, ipoteka predmeti olan daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin tam yekunlaşmaması halında ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılmasını və bununla bağlı bildirişin verilməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, qeyd edilən qətnamə qanuni qüvvəsini alacağı təqdirdə ipoteka müqaviləsi etibarsız hesab ediləcəkdir ki, iddiaçının da ipoteka predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları bərpa olunacaqdır və bu halda tutmanın ipoteka predmetinə yönəldilməsi mümkünsüz olacaqdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almayanadək ipoteka saxlayanın öhdəliyin icrası ilə bağlı tutmanın ipoteka predmetinə yönəldilməsinə dair müvafiq prosedura başlanılması əsassız olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin qətnamə qanuni qüvvəsini almadığı üçün bu prosedura başlanılmasının qanuni olmasına dair dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, bu hal gələcəkdə iddiaçının daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarından təkrar məhrum edilməsi və əlavə məhkəmə araşdırılması üçün mübahisənin yaranmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ASC-nin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli bildirişi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli bildirişi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1264/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1264/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver