Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1289/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Səbail rayonu, Salyan şossesi, A.İsmayılov (keçmiş Yubileynaya) ünvanında zəbt etdiyi torpaq sahəsini öz vəsaiti hesabına söküb və boşaldıb ona təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina edildiyini bildirmişlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilən ərizə ilə əlaqədar bildirmişlər ki, iddiaçının iddiadan imtina etməsi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmədən həmin imtinanın qəbul edilməsini və işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, mülki işin icraatına iddia tələbi üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.4 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus olan Səbail rayonu, Salyan şossesi, A.İsmayılov (keçmiş Yubileynaya) ünvanında zəbt etdiyi torpaq sahəsini öz vəsaiti hesabına söküb və boşaldıb ona təhvil verməsi tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1289/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1289/2023
15.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver