Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1291/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və X6 İdarəsi” arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Bakı şəhəri Səbail (Voroşilov) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1942-ci ildə doğulan X2 (sənəddə olduğu kimi) atası X5 barəsində qeydiyyat yazısının X4 məxsus olması faktı müəyyən edilməsi və X3 xx.xx.1988-ci il tarixdə və X1 xx.xx.1990-cı il tarixdə vəfat etməsi faktları müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi birinci tələbində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və X6 İdarəsi” arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Bakı şəhəri Səbail (Voroşilov) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1942-ci ildə doğulan X2 (sənəddə olduğu kimi) atası X5 barəsində qeydiyyat yazısının X4 məxsus olması faktı müəyyən edilməsinə dairdir. Hakim qeyd edir ki, doğum akt qeydləri kitabında qeyd olunmuş ad, ata adı və soyadın düzgün icra edilməməsi səbəbi ilə həmin qeydin şəxsə məxsusluğu faktının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (AR-nın Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qanunun yuxarıda qeyd edilən tələbindən də göründüyü kimi doğum akt qeydi əsasında verilmiş şəhadətnamələrin şəxsə məxsus olması faktı hüquqi fakt kimi məhkəmələr tərəfindən müəyyən edilə bilməz. Yəni bu yanlışlıq (doğum akt qeydlərində aparılan qeyd və onun əsasında verilən şəhadətnamə) yalnız müvafiq icra orqanına müraciət etməklə aradan qaldırıla bilər. Səhvlərin aradan qaldırılması barədə müraciətə müvafiq icra orqanı tərəfindən müsbət cavab verilmədiyi və imtina olunduğu təqdirdə həmin orqana qarşı inzibati icraat qaydasında tələb irəli sürülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3№-li qərarında da bu hala münasibət bildirilmiş və göstərilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması X6nın qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və X6nda dəyişiklik edilməsi X6nın dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. X6nın dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddiaçının ikinci tələbi isə X3 xx.xx.1988-ci il tarixdə və X1 xx.xx.1990-cı il tarixdə vəfat etməsi faktları müəyyən olunmasını xahiş edir. Ərizəçi X3 və X1 vəfat etməsi barədə “X6” avtomatlaşdırılmış qeydiyyat informasi sistemində hər hansı bir məlumatın aşkar edilməməsini qeyd etmişdir. Lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmin faktların təsdiq edilməsini ərizəçi atasından qalmış miras əmlak olan qeyri-yaşayış sahəsinə (qaraj) dair vərəsəlik şəhadətnaməsinin alınması üçün lazım olduğunu bildirmişdir. Notariat orqanının vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasını ərizəsində qeyd etsə də, həmin sübutu da ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Ərizəçi eyni zamanda ərizəsində göstərilən şəxslər barəsində ölüm şəhadətnaməsinin verilməsi ilə əlaqədar müvafiq qeydiyyat orqanına da müraciət etməlidir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraat qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152-153-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə doğum akt qeydlərində səhvlərin aradan qaldırılması ilə bağlı müvafiq icra orqanına müraciət etmək hüququ izah edilsin. Ölüm faktlarının müəyyən edilməsi ilə bağlı hissəsi üzrə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1291/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1291/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver