Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1313/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyəti Başçısının Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqularının Qeydiyyatı İdarəsinin xx.xx.1994-cü il tarixli, 96 №-li reyestri Qeydiyyat vəsiqəsinə əsasən rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda Cavabdeh1 və digər cavabdeh, Söhrabın qızı xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 2005-ci ilədək faktiki şəkildə yaşamışlar, 2005-ci ildən etibarən Cavabdeh1 həyat yoldaşı və bir azyaşlı qızı Cavabdeh2 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara Kanada dövlətinə köçüb getmişdir və həmin vaxtdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamırlar. Hazırda həmin ünvanda iddiaçı, onun həyat yoldaşı X2, övladları X8 qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Zeynalovap Aylin Söhrab qızı Kanada dövlətində pasport almışlar, Cavabdeh1 Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin konsulluq şöbəsində xx xxxxxx 2019-cu il tarixdə daimi qeydiyyata alınmışdır. Cavabdehlər faktiki şəkildə uzun illərdir ki, özlərinə başqa daimi yaşayış yeri seçməklə başqa ünvanda yaşasalar da, onların qeydiyyatı formal olaraq İddiaçı məxsus mənzildə qalmışdır. Cavabdehlər iddiaçının mənzilində qeydiyyatda qalmaqla İddiaçı həmin mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneçilik yaradırlar, o, mənzilini özgəninkiləşdirmək və ya ipotekaya qoymaqda çətinlik çəkir, cavabdehlərin qeydiyyatda olduğu səbəbdən mənzil və kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalır. Cavabdehlərin hazırda həmin mənzildə heç bir əmlakları yoxdur, onlar faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, ev 3, mənzil 12-dən istifadə etmək hüquqlarını itirmişlər. Cavabdeh1 yaşlı valideynlərinə baş çəkmək üçün 2017-ci ildə Bakıya bir dəfə gəlmiş, 2 aya yaxın yalideynlərinin evində qonaq qalmış və Kanadaya qayıtmışdır. Ditgər Cavabdeh2 isə onlarla heç bir əlaqəsi olmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh2 pasportunun surətindən görünür ki, 2009-cu ildə Kanada dövlət tərəfindən Cavabdeh2 pasport verilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, cavabdehlər 2005-ci il tarixdən Azərbaycan Respublikasının hüdudlarından kənara Kanada dövlətinə köçüb getmişlər və həmin vaxtdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamırlar. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul edərək bildirdi ki, onun oğlu Söhrab ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə başqa ünvana köçərək orada yaşamışlar. Onun nəvəsi Aylin doğularkən xəstəxanada uşağın qeydiyyat ünvanını soruşanda o, öz ünvanını demiş və uşağı onun ünvanına qeydiyyata salmışlar. Bununla yanaşı, Aylin bir gün də olsun onlara məxsus mənzildə yaşamamış, öz valideynləri ilə birlikdə başqa ünvanda yaşamışdır. 2005-ci ildə oğlu Söhrab və ailəsi, yəni həyat yoldaşı və qızı Aylinlə birlikdə Kanadaya köçüb getmiş, orada bir il müddətdən sonra Söhrab həyat yoldaşından boşanmışdır. Sonra Söhrab Kanadada başqa ailə qurmuş və həmin nikahdan üç övladı olmuşdur. Söhrabın keçmiş həyat yoldaşı da ikinci ailə qurmuşdur. 2005-ci ildə Kanadaya köçdükdən sonra Söhrab yalnız bir dəfə Bakıya gəlmişdir. Söhrab və qızı Aylin Kanadada qeydiyyata düşmüşlər. Onların mübahisəli evə qayıdıb orada yaşamaq fikirləri yoxdur. Mübahisəli evdə cavabdehlərə məxsus heç bir əmlak da yoxdur. Cavabdeh2 Hikmət qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13-Həsən oğlu ifadəsində göstərdi ki, o, İddiaçı qonşusudur. İddiaçı, onun həyat yoldaşı Şiranə xanımı və onların oğlu Söhrabı yaxşı tanıyır. Artıq 10 ildən çoxdur ki, Söhrabın Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilində yaşadığını görmür. Bilir ki, xarici ölkədə yaşayır və eşitmişdir ki, boşanıb. Onun bu ailə ilə münasibətləri normaldır. Söhrabın və ailə üzvlərinin 10 ildən daha çox olar ki, həmin mənzilə gedib-gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, İddiaçı qonşusudur. İddiaçı oğlu Cavabdeh1 ailə qurduqdan sonra Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilində yaşadığını 10 ildən çoxdur ki, görməmişdir. Eşitmişdir ki, Söhrab xarici ölkədə yaşayır. Mübahisəli mənzildə İddiaçı həyat yoldaşı ilə birlikdə yaşayırlar. Məhkəmə işə baxb, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Tİ və MHQİ tərəfindən verilmiş 30/12489 saylı, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, 6-cı Badamdar küçəsi, 3 saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan leçirilmişdir. İş materiallarında olan Asan 3 xidmətinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilində İddiaçı, X3, Cavabdeh1, X8, Penner Celine, Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin konsulluq şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 xx xxxxxx 2019-cu il tairxdən etibarən konsulluq şöbəsində daimi olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Kanada dövləti tərəfindən verilmiş WA420074 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Kanadalı xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2009-cu ildən xx.xx.2014-cü il tarixədək qeydiyyatdadır. İş materiallarında olan Kanada dövləti tərəfindən verilmiş GB557757 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Kanadalı xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək qeydiyyatdadır. Təqdim olunmuş 144 saylı MKİS-nin 15 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilinin sahibi İddiaçıdur və onunla (1985-ci ildən) birlikdə X3 (1994-cü ildən), Cavabdeh1 (1994cü ildən), X8 (1994-cü ildən), Cavabdeh2 doğulduğu 2000-ci ildən qeydiyyatdadırlar. Təqdim olunmuş 144 saylı MKİS-nin 384 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və qızı Cavabdeh2 qonşuların tərtib etdiyi akta əsasən Bakı şəhəri, Səbail rayonu, G.Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilində qeydiyyatda olsalar da orada yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh və onun qızı Cavabdeh2 iddiaçıya məxsus olan evdə qeydiyyatda olsa da, orada yaşamırlar. Cavabdeh1 2005-ci ildən ailə üzvləri, o cümlədən qızı Aylini götürərək daimi yaşamaq üçün Kanada dövlətinə köçüb getmiş və qeydiyyatda olduğu mənzillə əlaqəsini kəsmişdir, mübahisəli mənzildə yaşamaq niyyətində deyildir, mübahisəli evdə cavabdehlərin hər hansı bir əmlakı yoxdur, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalması formal xarakter daşıyır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 mübahisəli mənzildə uzun müddət yaşamadıqları üçün mübahisəli mənzildən istifadə hüquqlarını itirmişlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Göyüş Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Göyüş Qarayev küçəsi, 3 saylı evin 12 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1313/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1313/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver