Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1314/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (X10 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh (X10 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1992 (min doqquz yüz doxsan iki) avronun manata olan rəsmi məzənnəsinin və 60 (altmış) manat dövlət rüsumunun iddiaçı olaraq onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 1992 (min doqquz yüz doxsan iki) avro məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsini (9.0 %) əsas götürməklə 180 (yüz səksən) avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə məcburi tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)-2238/2015 saylı 23 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 2, 16 saylı mənzilə görə ödənilmiş 37650 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 7530 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(103)- 99/2016 saylı 21 yanvar 2016-cı il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-223 8/2015 saylı 23 sentyabr 2015-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-847/16 saylı 19 may 2016-cı il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-99/2016 saylı 21 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(102)-847/16 saylı 19 may 2016-cı il tarixli qərarından narazı qaldığı üçün mənə T. Əliyev tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə avropa şikayəti təmin edilərək Cavabdeh 3640 avro maddi və 3000 avro mənəvi, cəmi 6640 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Müqavilənin 4.1-cü bəndinə əsasən bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli etibarnamə (bütün səlahiyyətlər verilmişdir) verməklə yanaşı Azərbaycan Respublikası Prezident Administrasiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Müraciətdə Cavabdeh tərəfindən bildirilmişdir ki, “Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən ona müvafiq kompensasiya ödənilməlidir. Qeyd edilən kompensasiyanın ödənilməsi məqsədi ilə etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən Sizə xx.xx.2022ci il tarixli ərizə ilə müraciət edilmişdir. Qeyd edilən ərizəyə R.X2 hesablaşma hesabı və etibarnamə əlavə edilmişdir. Ona ödənilməsi nəzərdə tutulan kompensasiyanı etibarnamə ilə bütün səlahiyyətlər verdiyi İddiaçı bank hesabına köçürülməsini Sizdən xahiş edirəm'’. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 3640 avro maddi və 3000 avro mənəvi, cəmi 6640 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 6640 avro məbləğində pul vəsaitinin 30 % (otuz faiz) - 1992 (min doqquz yüz doxsan iki) avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 1992 (min doqquz yüz doxsan iki) avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu (Cavabdeh Türkiyədə olduğu üçün) cavabdehin atası Tahir Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək alınmışdır. Bununla yanaşı bildirir ki, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 1992 (min doqquz yüz doxsan iki) avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə tək Cavabdeh ilə deyil, digər şəxslərlə (sifarişçilərlə) də bağlanmışdır (Bir müqavilədə 9 nəfər). Həmin müqavilədə sifarişçilərdən biri olan X5 ilə arasında olan hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizəsi qismən (30% xidmət haqqı hissəsində) - xidmət haqqı olaraq 2550 (iki min beş yüz əlli) avro məbləğində pulun T.Muratovadan tutularaq ona ödənilməsi hissəsində təmin edilməsi qət edilmişdir. Eyni şərtlərlə sifarişçilərlə arasında bağlanmış digər müqavilələrdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizələri qismən (30% xidmət haqqı hissəsində) təmin edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarında adları qeyd edilən (hüquqlarını müdafiə etdiyi) 7 nəfərdən - 4 nəfərə qarşı iddia ərizələri təmin edilmiş və qəbul edilmiş qərarlar hazırda icra mərhələsindədir. Qalan 3 nəfərə qarşı iddia ərizələri birinci instansiya məhkəməsinin icraatındadır (məhkəmə qərarları əlavə edilir). Beləliklə Cavabdeh tərəfindən ona Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətin edilməsinə tapşırıq verilmiş, ona verilməsi qət edilmiş kompensasiya qəbul edilmiş və bununla da nümayəndə olaraq tərəfindən onun adından edilmiş müraciətin bəyənildiyi nümayiş etdirilmişdir. Bir daha qeyd edir ki, Cavabdeh ilə aralarında bağlanmış 23 fevral 2015-ci il tarixli hüquqi xidmət haqqında» müqavilənin 4-cü bəndində göstərilmişdir ki, “bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır”. Həmin müqavilə əsasında o üzərinə düşən öhdəlikləri yerinə yetirərək T.X12 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən müqavilə təkçə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət etməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. O hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında T.X12 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Babaşlı Nəbi Qəhrəman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli notariat qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X6, X1 Rasim Aqil oğlu etibarnamə verərək müvafiq hərəkətləri etməyə etibat etmişdir. - Hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır, Hüquqi Xidmət haqqında Müqavilədən görünür ki, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. - Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezident Administrasiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi cənab Çingiz Əsgərova ünvanladığı ərizədən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsi 66249/16, 75978/16, 77309/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən ona müvafiq kompensasiya ödənilməsi üzrə etibarnamə verdiyi nümayəndəsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Qeyd edilən ərizəyə R.X8 hesablaşma hesabı və etibarnamə əlavə edilmişdir. Ona ödənilməsi nəzərdə tutulan kompensasiyanı etibarnamə ilə bütün səlahiyyətlər verdiyi İddiaçı bank hesabına köçürülməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı etibarnamə verərək müvafiq hərəkətləri etməyə etibar etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-847/2016 saylı, 19 may 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi birinci instansiya məhkəməsinin qərardadı ilə təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən şikayətlər təmin edilməmiş, qərara dəyişdirilmədən saxlanılmışdır. - Avropa Məhkəməsinin qərarından görünür ki, Cavabdeh 3640 avro maddi, 3000 avro mənəvi, cəmi 6640 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. - Xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh müraciət edərək, 3 gün müddətində xidmət haqqı olaraq 1992 avro məbləğində vəsaitin ona ödənilməsini təmin edilməsini, əks təqdirdə aidiyyati hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirmişdir. - Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh verdiyi həmin qəbzdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Bundan başqa ekspert rəyi ilə də sözügedən qəbzdə olan imzanın Cavabdeh məxsus olduğu təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. Həmçinin müəyyən edilmişdir ki, milli məhkəmələr tərəfindən iddia təmin edilməmiş və cavabdeh Avropa Məhkəməsinə müraciət etmiş, Avropa Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh 3640 avro maddi, 3000 avro mənəvi, cəmi 6640 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezident Administrasiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinə ünvanladığı ərizəsində Avropa İnsan Hüquqları Məhkəməsi 66249/16, 75978/16, 77309/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən ona müvafiq kompensasiya ödənilməsi üzrə etibarnamə verdiyi nümayəndəsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Qeyd edilən ərizəyə R.X8 hesablaşma hesabı və etibarnamə əlavə edilmişdir. Ona ödənilməsi nəzərdə tutulan kompensasiyanı etibarnamə ilə bütün səlahiyyətlər verdiyi İddiaçı bank hesabına köçürülməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı etibarnamə verərək müvafiq hərəkətləri etməyə etibar etmişdir. Kompensasiyanın cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq hazıradək iddiaçıya xidmət haqqı ödənilməmişdir. Məhkəmə iddianın xidmət haqqının ödənilməsinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Avropa Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh 3640 avro maddi, 3000 avro mənəvi, cəmi 6640 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh ödənilmiş 6640 avro məbləğində pulun 30 faizi olan (6640x30/100) 1992 avro hüquqi xidmət haqqı kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Məhkəmə iddianın faiz borcu kimi 180 avro pulun cavabdehdən tutulması hissəsinin isə əsassız olması və rədd edilməsi nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, zgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasına münasibət bildirərək hesab edir ki, tərəflər arasında hüquq münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə (ödəniş günü üçün Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun) 1992 (bir min doqquz yüz doxsan iki) avro və ödənilmiş 60 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, 10 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə (ödəniş günü üçün Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun) 1992 (bir min doqquz yüz doxsan iki) avro və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1314/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1314/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver