Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1322/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndələri N.İ.Mustafayevin və R.E.Əzimzadənin iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ali təhsilli ixtisaslı rabitə işçisi olaraq xx.xx.2009-cu il tarixdən X5 6 saylı poçt filialının 113 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müəssisədə (əmək kitabçasında qeyd olunub) müvafiq vəzifələrdə xx.xx.2023-cü il tarixədək işləmişdir, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməklə tutduğu vəzifəsindən azad olunması barədə əmr verilmişdir. Onun həmin əmrdən xəbəri olmamışdır. Çünki əmri ona rəsmi qaydada təqdim etməmişlər, amma ki, işdən çıxmasını və işə gəlməməsini bildirmişlər. Belə olan halda o, rəhbərliyinə oğlu X32 vətən müharibəsinin qazisi olduğunu və həyat yoldaşı X11 Birinci Qarabağ müharibəsinin veteranı olduğunu bildirməsinə və qanunvericliyin norma və prinsiplərinə uyğun olaraq ştat cədvəlində ixtisar gedəcəyi təqdirdə onun məhz digər işçilərdən sonra ixtisara düşməsini vurğulamasına baxmayaraq bir tək onu ixtisas etmişlər. Belə olan halda o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti idarəsinə şikayətlər etmişdir, həmin şikayətlərinə əsasən onu əsassız olaraq işdən azad etdikləri üçün yenidən işinə bərpa olunması üçün göstəriş verdiklərini bildirmişlər. Amma ki, nə faydası cavabdeh tərəf haqlı olduğunu iddia etməklə onu işinə bərpa etmək istəmir. xx.xx.2023-cü il tarixdən onu aldatmaqla nə onun rəsmi qaydada işdən çıxma əmrini vermək istəməmişlər, nə də ki, onu işinə bərpa etmirlər, ancaq və ancaq onu yalan vədlərlə aldatmaqla yola verirlər. Hətta o, Ağstafa rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, Ağstafa rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işi geri qaytarmaqla, Bakı şəhəri Səbail rayon Məhkəməsinə aid olduğu bildirilmişdir. Onu da qeyd edir ki, o, dəfələrlə Əmək Müfəttişliyinə müraciətlər etmişdir, qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməmişdir və işdən çıxma əmri ona verilmədiyi üçün müddəti ötürmüşdür. Odur ki, həmin ötürülmüş olan müddəti bərpa edərək işə mahiyyəti üzrə baxılmasını həyata keçirməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun işdən çıxarılması barədə iş üzrə Cavabdeh MMC-nin Milli Operatoru tərəfindən tətbiq edilmiş olan xx.xx.2023-cü il tarixli 3-27- 109/3-2-2533/2023 nömrəli əmrinin ləğv edilməsi, onun həmin işə bərpa edilməsi, məcburi buraxılmış olan iş günlərinə görə məvacibin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, 2009-cu ildən X31 mühəndis vəzifəsində işləmiş, sonra onu əsassız olaraq 2019-cu ildə işdən çıxarmışlar, onun şikayətinə məhkəmədə baxılmamışdır. 2019-cu ilin iyul ayında müddətsiz X28 əməliyyatçı vəzifəsində işləmiş, lakin ona hər hansı bir iş verilməmiş, iş görməmişdir, 2023-cü ildə əsassız olaraq işdən azad edilmişdir. Bununla bağlı Əfqan müəllimin qəbulunda olmuş, ona bildirmişdir ki, səhf ediblər, DOST Mərkəzinə müraciət edəcəklər, o, işə götürüləcək. Bir neçə gündən sonra DOST Mərkəzinə sənədlər göndərmiş, lakin onu çağırmamışlar. X15 müraciət etmiş, demişlər ki, hüquqları pozulmuşdur. O, Nazirliyə müraciət etmiş, ona bildirmişlər ki, müqavilə üzrə məhkəməyə 3 il müddətində müraciət edə bilər, ona görə də müddəti ötürməmişdir. O, heç bir yerə imtahan verməmişdir. Cavabdeh düzgün olmayaraq guya onun imtahan verə bilmədiyini qeyd edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək və iddia ərizəsinə dair yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, Cavabdeh MMC-nin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3-27/3-2-47/2023 saylı əmr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 4 təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, 3-27-109-2/1687 saylı rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Lakin iddiaçı həmin xəbərdarlıq məktubunu imzalamaqdan imtina etmişdir. Daha sonra Cavabdeh MMC-nin idarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən cənab İsi Mustafayev tərəfindən X41 Filialının yeni strukturunun yaradılması və filialın struktur bölmələrində müvafiq ixtisarların keçirilməsi ilə əlaqədar, filialın Ağstafa müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmalarına münasibət bildirilməsi üçün "xxxx" MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinə xx.xx.2023-cü il tarixində məktub ünvanlanmışdır. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmasına etiraz edilməmişdir. Nəticədə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2533/2023 nömrəli əmr imzalanmışdır. İddiaçının X17 Xidmətinə ünvanladığı müraciətlə bağlı bildirir ki, bununla bağlı X17 Xidmətinə “Azərpoçt" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 3-27-109/2-2147/2024 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilir ki, Cavabdeh MMC-nin təşkilatı strukturunda həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar X36 ləğv edilmiş və filialın şöbələri X41 Filialına birləşdirilmişdir. Buna görə də yeni strukturda İddiaçı vəzifəsi (ştatdankənar əməliyyatçı) nəzərdə tutulmamışdır. Belə ki, X41 Filialında İddiaçı təklif olunacaq müvafiq vakant yer olmadığına görə, vəzifəsinin ixtisara düşməsi barədə ona edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmiş və ona orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının ştatı ixtisara düşərkən işəgötürən tərəfindən işçinin maraqlarının qorunması üçün bütün tədbirlər görülmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində qəbula gəlmiş və işəgötürən tərəfindən ona başqa vəzifə təklif edilmiş, həmçinin işçinin peşə biliklərinin və bacarıqlarının təklif edilən yeni vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə imtahan təşkil edilmişdir. Lakin işçi işəgötürən tərəfindən təşkil edilən imtahan zamanı uğurlu nəticə göstərməmiş, bu səbəbdən onun təklif edilən yeni vəzifə üzrə işə götürülməsi mümkün olmamışdır. Hətta 2025-ci ilin may ayında da təkrar müraciət olunmuş, bildirmişdir ki, “məhkəmədə görüşərik”. İddiaçının işdən çıxarılması proseduru zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin bütün tələbləri gözlənilmişdir. Eyni zamanda iddiaçı qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmədə səsləndirdikləri həqiqəti əks etdirmir, o, Əmək Müfəttişliyinə dəfələrlə müraciət etmiş, lakin məhkəməyə vaxtında müraciət etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələblərinin həm müddətin keçməsi, həm də əsassız olması ilə əlaqədar rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin İnstitutda “Radio rabitəsi və radio verilişi” ixisası üzrə tam kursu bitirmiş və ona “Radio rabitəsi və radio verilişi mühəndisi” ixtisası verilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin X22 Müştəri Xidmətləri şöbəsinə müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X22 Müştəri Xidmətləri şöbəsinə müddətli müqavilə ilə əməliyyatçı vəzifəsinə işə qəbul olunmuşdur (bənd 1.2). Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3). İşçiyə hər ay 180 manat məbləğdə əmək haqqı ödənilir (bənd 4.1). İş üzrə 3A6V7R3000201 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin X22 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 250 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix - xx.xx.2019-cu ildir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-27/3-2-47/2023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin fəaliyyətində səmərəliyin və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Cavabdeh MMC-nin X42 Filialı, X37 Filialı, X41 Filialı, X38 Filialı, X39 Filialı, X29 Filialının strukturları təsdiq edilməsi, Cavabdeh MMC-nin bu əmrin 1-ci hissəsində qeyd edilən regional bölmələrinin ştat cədvəlləri təsdiq edilməsi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin 2020-ci il 19 oktyabr tarixli 132/20 nömrəli Əmrinin 1-ci hissəsi ilə təsdiq edilmiş X39 Filialının, Ucar, Kürdəmir, Zərdab, X18 strukturları ləğv edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 3-27-109/9/2/3-1-11481/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-27- 109/9/2/3-1-11474/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-27-109/9/2/3-1-11476/2023 nömrəli xidməti məktubları göstərilmişdir. İş üzrə Azərbaycan Nəqliyyat, Rabitə və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin Bakı-2 Şöbəsi tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin üzvü İ.Mustafayevə ünvanlanmış 1/79 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyinin 3-27/3-2-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq olunmuş strukturuna əsasən X41 Filialında aparılan struktur islahatları ilə əlaqədar X41 Filialının rəis müavini, İnzibati şöbəsinin anbardarı, 1 saylı poçt şöbəsi, Ağdam poçt şöbəsi, Azaflı poçt şöbəsi, Yanıxlı poçt şöbəsinin poçtalyonu, Çatax poçt şöbəsi, Qaradaş poçt şöbəsi, Aşağı Öysüzlü poçt şöbəsi, X34 rəisi, Poçt maliyyə xidmətləri üzrə mühəndis, İnsan resursları üzrə müfəttiş, İnkassasiya sektoru, İnzibati şöbə, Yuxarı Əskipara poçt şöbəsi, Cəfərli poçt şöbəsi, Xəzinə şöbəsi, Müştəri xidmətləri şöbəsində çeşidləyici, Həsənsu poçt şöbəsi, Böyük Kəsik poçt şöbələri ləğv oldunduğu üçün X27 və qeyrilərinin ixtisarı ilə bağlı və işçi sayının azaldılması ilə əlaqədar İddiaçı və qeyrilərinin ixtisarına etiraz etmirlər. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 3-27-109/3-2-2264/2023/2 nömrəli əmrin surətindən görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin Cavabdeh MMC-nin bəzi regional bölmələrinin strukturlarının və ştat cədvəllərinin təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 3- 27/3-2-47/2023 qeydiyyat nömrəli əmrinin icrası ilə əlaqədar Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin xx.xx.2020-ci il tarixli 132/20 nömrəli Əmrinin 1-ci hissəsi ilə təsdiq edilmiş Cəmiyyətin X39 Filialının, Ucar, Kürdəmir, Zərdab, X18 strukturlarının ləğv edilməsi (hissə 1), Cəmiyyətin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 11 saylı protokoluna müvafiq olaraq X37 Filialının, X41 Filialının, Bərdə, Tərtər, Ağcabədi, Mingəçevir, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və X23 strukturlarının ləğv edilməsi (hissə 2), Cəmiyyətin aşağıda qeyd edilən regional bölmələrinin yeni strukturları (X42 Filialı, X37 Filialı, X41 Filialı, X38 Filialı, X39 Filialı, X29 Filialı) təsdiq edilməsi (hissə 3), əmrin 3-cü hissəsində qeyd edilən regional bölmələrinin ştat cədvəllərinin təsdiq edilməsi (hissə 4), ləğv edilmiş poçt şöbələri xidmət əraziləri müvafiq PŞ-lərin xidmət ərizələrinə birləşdirilməsi (hissə 5) əmr edilmişdir. Əmrin əsası kimi RİNN-nin xx.xx.2023-cü il tarixli 3-27/3-2- 47/2023 nömrəli əmri və Cəmiyyətin Müşahidə Şurasının xx.xx.2023-cü il tarixli 11 saylı protokolu göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh MMC-nin X22 strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş və ştat cədvəlinə əsasən Müştəri xidmətləri şöbəsində, tutduğu əməliyyatçı vəzifəsi ixtisar olunmuşdur. Bununla əlaqədar bu xəbərdarlığı aldığı gündən 4 təqvim həftəsindən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam veriləcəkdir. Nəzərinə çatdırırlar ki, İddiaçı sözügedən xərədralıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündən əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkane yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə bu barədə İddiaçı əlavə məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunur ki, İddiaçı yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli miqdarında bir dəfəlik ödəniş edilməklə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Bu xəbərdarlıq xx.xx.2023-cü il tarixdə qüvvəyə minəcək. İş üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 3-27-109/3-2-2533-2023 saylı əmrin surətindən görünür ki, X22 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilməsi, Maliyyə departamentinin Mühasibatlıq şöbəsi (Məleykə Tahirova) tərəfindən işçinin son haqq-hesabının (xx.xx.2022-xx.xx.2023-cü il üzrə 6 təqvim günü istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya) və ştatının ixtisarı ilə əlaqədar orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxma müavinəti qanunvericiliyə uyğun şəkildə aparılmasının təmin etməsi əmr edilmişdir. Əsrin əsası kimi X41 Filialının təsdiqlənmiş yeni strukturunu, xx.xx.2023-cü il tarixli 3-27-109/2-1687/2023 nömrəli xəbərdarlıq məktubu və Həmkarlar İttifaqının xx.xx.2023-cü il tarixli 1/79 nömrəli protokolu. İş üzrə xxxxxxx0002X0 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2- 2533/2023 saylı əmrinə əsasən Azərbaycan Respublikası 70-ci maddəsinin “b”bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ağstafa rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Radio rabitəsi və radio verilişi” ixtisasını bitirib. Əmək fəaliyyətinə 1987-ci ildən başlamış və müxtəlif sahələrdə çalışmışdır. Rabitə sahəsində əmək fəaliyyətinə 2003-2019-cu ilədək Cavabdeh MMCnin X30 əməliyyatçı və mühəndis vəzifəsində çalışmışdır. 2019-cu ildən hal-hazıradək X41 X12 xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işləyib. xx.xx.2023-cü ildə struktur istahatları ilə əlaqədar ixtisara düşmüşdür. xx.xx.2023-cü ildə qəbula gəlmiş və işə bərpa olunması üçün imtahana göndərilmişdir, lakin imtahandan keçməmişdir. Eyni zamanda bütün getdiyi qəbullarda oğlunun qazi olduğunu bildirir, etdikləri araşdırmalar nəticəsində məlum olmuşdur ki, üçüncü dərəcəli əlilliyi var və işə yararlıdır, qazi statusu yoxdur. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatının alınması məqsədi ilə DOST Mərkəzinə və ya Xidmətin Qaza-Tovuz regional şöbəsinə dəvət olunması barədə ünvanına (AZ0500, Ağstafa rayonu, Dağ Kəsəmən kəndi) 3-17-5/2-T- 32884/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin İddiaçı araşdırmaya izahatını və əmək haqqı bank hesabında çıxarışını təqdim etməmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-32899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müvafiq sənədlər təqdim olunmadığından və münasibət bildirilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsaslanmaqla qüvvədən salındığı müəyyən edilmiş, lakin müvafiq sənədlər təqdim olunmadığından əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib-verilmədiyinə münasibət bildirmək mümkün olmamışdır. İddiaçı aid olan sənədlərin tam təqdim olunması məqsədilə X17 Xidməti tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub ünvanlanmışdır. İddiaçı aid sənədlər təqdim olunacağı təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatının alınması məqsədi ilə DOST Mərkəzinə və ya Xidmətin Qazax-Tovuz regional şöbəsinə dəvət olunması barədə ünvanına (AZ0500, Ağstafa rayonu, Dağ Kəsəmən kəndi) 3-17- 5/2-T-32884/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin İddiaçı araşdırmaya izahatını və əmək haqqı bank hesabında çıxarışını təqdim etməmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-32899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) müəyyən edilmişdir. Təqdim edilən sənədlərdən xx.xx.2023-cü il tarixli 3-27-109-2/1687 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubunun xx.xx.2023-cü il tarixdən qüvvəyə minəcəyi məlum olmuşdur. Həmçinin əmək haqqı bank hesabından çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 729,44 manat məbləğində vəsaitin ödənildiyi müəyən edilmiş, lakin həmin vəsaitin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb-hesablanmadığına münasibət bildirmək mümkün olmamışdır. Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanmaqla (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir) xəbərdarlıq müddətinin tələbi gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı yenidən işə bərpa edilib və nəticəsi barədə X17 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədi ilə Cavabdeh MMC-nin rəbhərinə göstəriş xarakterli məktub göndərilmişdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış vətəndaş İddiaçı əvvəlki işinə bərpa edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-5/2-70805/2024 nömrəli müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı vaxtı ilə Cavabdeh MMC-nin X31 Poçtun istismarı və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. İddiaçı xidməti fəaliyyəti dövründə dəfələrlə etik davranış qaydalarının tələblərini pozduqda və bununla əlaqədar barəsində görülmüş intizam tənbehindən əməli nəticə çıxmadığına görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bununla bağlı İddiaçı Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(009)-1587/2019 saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilməmişdir. Bütün bunlardan sonra İddiaçı çoxsaylı müraciətləri və ailə-sosial vəziyyəti nəzərə alaraq o, X22 Müştəri xidmətləri şöbəsində ştatdankənar əməliyyatçı vəziyəsinə təyin edilmişdir. Daha sonra Cavabdeh MMC-nin təşkilatı strukturunda həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar X36 ləğv edilmiş və filialın şöbələri X41 Filialına birləşdirilmişdir. Buna görə də yeni strukturda İddiaçı vəzifəsi (ştatdankənar əməliyyatçı) nəzərdə tutulmamışdır. Belə ki, Tovuz RPF-da İddiaçı təklif olunacaq müvafiq vakant yer olmadığına görə vəzifələsinin ixtisara düşməsi barədə ona edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və ona aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Əlavə olaraq bildirirlər ki, Cavabdeh MMC-nin filiallarında yenidən struktur islahatları həyata keçirildiyinə görə İddiaçı işlə təmin olunması imkan xaricindədir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatının alınması məqsədi ilə DOST Mərkəzinə və ya Xidmətin Qazax-Tovuz regional şöbəsinə dəvət olunması barədə ünvanına (AZ0500, Ağstafa rayonu, Dağ Kəsəmən kəndi) 3-17- 5/2-T-32884/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı araşdırmaya izahatını və əmək haqqı bank hesabından çıxarışı təqdim etmişdir. İddiaçı izahatında işəgötürənə qarşı əsas tələbinin yenidən işə bərpa olunmasına köməklik göstərilməsi olduğunu bildirmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-32899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə xx.xx.2019cu il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) müəyyən edilmişdir. Təqdim edilən sənədlərdən xx.xx.2023-cü il tarixli 3-27-109-2/1687 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubunun xx.xx.2023-cü il tarixdən qüvvəyə minəcəyi məlum olmuşdur. Həmçinin əmək haqqı bank hesabından çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 729,44 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilmiş, lakin həmin vəsaitin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb-hesablanmadığına münasibət bildirmək mümkün olmamışdır. Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanmaqla (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir) xəbərdarlıq müddətinin tələbi gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı yenidən işə bərpa edilib və nəticəsi barədə X17 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədi ilə Cavabdeh MMC-nin rəbhərinə göstəriş xarakterli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid olduğundan Cavabdeh MMC-yə yenidən işə qəbul olunmaq üsün müəssisənin işəgötürənə müraciət etməsi məqsədəmüvafiqdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Qazax 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞQ/1-00118 saylı arayışından görünür ki, İddiaçı işə bərpa tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2025-ci il tarixi, İMS üçün müraciət tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh MMc-nin Ağstafa Müştəri Xidmətləri Şöbəsində hal-hazırda 6 işçi əməliyyatçı vəzifəsində çalışır. Həmin işçiləri barədə məlumatlar aşağıdakı kimidir:
1. Qəfərova (Abdullayeva) Ləman Misir qızı – orta ixtisas (Azərbaycan Maliyyə İqtisad Kolleci);
2. X2 – orta ixtisas (Bakı Kooperativ Kolleci);
3. X14 – ali təhsil (Gəncə Dövlət Universiteti);
4. X7 – orta ixtisas (Bakı Sənaye Pedaqoji kolleci);
5. X3 – orta ixtisas (Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci);
6. X8 – ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti). İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin X41 X12 Xidmətləri Şöbəsində hal-hazırda 6 nəfər əməliyyatçı vəzifəsində çalışır. Həmin işçilərin əmək müqavilələrinin müddəti barədə məlumatlar aşağıdakı kimidir: 1.X9 – işə başladığı tarix – xx.xx.2008-ci il, əmək müqaviləsinin müddəti – müddətsiz; 2.X4 – işə başladığı tarix – xx.xx.2008-ci il, əmək müqaviləsinin müddəti – müddətsiz; 3.X14 – işə başladığı tarix – xx.xx.2014-cü il, əmək müqaviləsinin müddəti – müddətsiz; 4.X7 – işə başladığı tarix – xx.xx.2016-cı il, əmək müqaviləsinin müddəti – müddətsiz; 5.X3 – işə başladığı tarix – xx.xx.2013-cü il, əmək müqaviləsinin müddəti – müddətsiz; 6.X8 – işə başladığı tarix – xx.xx.2018-ci il, əmək müqaviləsinin müddəti – müddətsiz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ildən 2019-cu ilədək Cavabdeh MMC-nin müxtəlif vəzifələrdə çalışmışdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-nin X22 Müştəri Xidmətləri şöbəsində müddətli müqavilə ilə əməliyyatçı vəzifəsinə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-27/3-2-47/2023 saylı əmrinə əsasən Cavabdeh MMC-nin təşkilatı strukturunda həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar X36 ləğv edilmiş və filialın şöbələri X41 Filialına birləşdirilmişdir. X22 strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş və ştat cədvəlinə əsasən iddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Cavabdeh MMC-nin tərəfindən X41 Filialının yeni strukturunun yaradılması və filialın struktur bölmələrində müvafiq ixtisarların keçirilməsi ilə əlaqədar, filialın Ağstafa müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmalarına münasibət bildirilməsi üçün "xxxx" MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinə xx.xx.2023-cü il tarixində məktub ünvanlanmış, Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Bakı-2 Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı və şöbənin digər işçilərinin ixtisar olunmasına etiraz edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 3-27-109/3-2- 2533/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə X22 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ali təhsilli ixtisaslı rabitə işçisi olaraq xx.xx.2009-cu il tarixdən X5 6 saylı poçt filialının 113 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müəssisədə müvafiq vəzifələrdə xx.xx.2023-cü il tarixədək işləmişdir, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməklə tutduğu vəzifəsindən azad olunması barədə əmr verilmişdir. Onun həmin əmrdən xəbəri olmamışdır. Çünki əmri ona rəsmi qaydada təqdim etməmişlər, amma ki, işdən çıxmasını və işə gəlməməsini bildirmişlər. Belə olan halda o, rəhbərliyinə oğlu X32 vətən müharibəsinin qazisi olduğunu və həyat yoldaşı X11 Birinci Qarabağ müharibəsinin veteranı olduğunu bildirməsinə və qanunvericliyin norma və prinsiplərinə uyğun olaraq ştat cədvəlində ixtisar gedəcəyi təqdirdə onun məhz digər işçilərdən sonra ixtisara düşməsini vurğulamasına baxmayaraq bir tək onu ixtisas etmişlər. Belə olan halda o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti idarəsinə şikayətlər etmişdir, həmin şikayətlərinə əsasən onu əsassız olaraq işdən azad etdikləri üçün yenidən işinə bərpa olunması üçün göstəriş verdiklərini bildirmişlər. Amma ki, nə faydası cavabdeh tərəf haqlı olduğunu iddia etməklə onu işinə bərpa etmək istəmir. xx.xx.2023-cü il tarixdən onu aldatmaqla nə onun rəsmi qaydada işdən çıxma əmrini vermək istəməmişlər, nə də ki, onu işinə bərpa etmirlər, ancaq və ancaq onu yalan vədlərlə aldatmaqla yola verirlər. O, dəfələrlə Əmək Müfəttişliyinə müraciət etmişdir, qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməmişdir və işdən çıxma əmri ona verilmədiyi üçün müddəti ötürmüşdür. Odur ki, həmin ötürülmüş olan müddəti bərpa edərək işə mahiyyəti üzrə baxılmasını həyata keçirməsini xahiş edir. Bu səbəbdən onun işdən çıxarılması barədə iş üzrə Cavabdeh MMC-nin Milli Operatorı tərəfindən tətbiq edilmiş olan xx.xx.2023-cü il tarixli 3-27-109/3-2-2533/2023 nömrəli əmrinin ləğv edilməsini, onun həmin işə bərpa edilməsini, məcburi buraxılmış olan iş günlərinə görə məvacibin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı beş ilədək olan işçilərlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı dörd təqvim həftəsi olmalıdır. Məhkəmə qeyd edir ki, təcrübədə ştatların ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və yaxud bir neçə ştat vahidinin ləğv, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşlərin sayının və ya ştatların ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: - Müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; - İşçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; - İşdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-nin 78-ci maddəsi); - İşçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir (ƏM-nin 77-ci maddəsi); -xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı sazalınlmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının ixrasından azad edilməlidir (ƏM-nin 77-ci maddəsi); - işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır (ƏM-nin 71-ci maddəsi). ƏM-nin 71-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən mütləq nəzərə alıqmalı olan zəruri şərtlər və qaydalar müəyyən edilmişdir. Belə ki, Məcəllənin 71-ci maddəsinin 1ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyəın edilmiş tədbirlər görür. Qanunvericiliyin tələbinə görə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. Yalnız işəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər. Lakin nəzərə alınmalıdır ki, bu şərtlər və qaydalar ƏM-nin 70-ci maddəsinin “a”, “b”, “c” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən azad edilmə hallarına aiddir. İşçinin öz razılığı ilə digər işə keçirilmək imkanı olmadıqda və ya işçi ona təklif edilmiş işdən imtina etdiyi hallarda o, işdən azad edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında da işçilərin sayının azaldılması və ştatların azaldılması ilə bağlı qeyd olunmuşdur ki, ƏM-nin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. ƏM-nin 77-ci maddəsinin 1,2 və 3-cü hissələrinə əsasən işçilərin sayı azalarkən və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Əmək Məcəllənin 80.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittihfaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6nın qadaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X6na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tutduğu ştat işəgötürən tərəfindən ixtisar olunmuşdur və işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən ona bu barədə qanunda nəzərdə tutulmuş qaydada dörd təqvim həftəsi qabaqcadan rəsmi xəbərdarlıq verilmiş, onun işdən azad olunması ilə əlaqədar Həmkarlar Təşkilatına təqdimat verilmiş, X6 tərəfindən iddiaçının işdən azad olunasına razılıq verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmşdir ki, iddiaçı ilə birlikdə əməliyyatçı vəzifəsində daha 6 şəxs işləmiş, iddiaçının əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanılmışdır. Digər işçilərin əmək müqaviləsi iddiaçı ilə bağlanan əmək müqaviləsindən əvvəl bağlanılmışdır. Məhkəmə qeyd edir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olduğundan, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanıldığından, iş keyfiyyəti nəzərə alınmaqla işəgötürən digər əməliyyatçılara münasibətdə iddiaçının işdən azad olunması qənaətinə gəlmiş və onun bu təklifinə Həmkarlar Təşkilatı tərəfindən razılıq verilmişdir. Məhkəmə iclasında iddiaçı özü də etiraf etmişdir ki, əmək müqaviləsi bağlandığı vaxtdan və işdən çıxdığı vaxtadək heç bir iş görməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, işəgötürən cavabdeh tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılaraq ona başqa işə qəbul olunması üçün imtahandan keçməsi təklif olunmuş, lakin iddiaçı həmin imtahandan keçə bilməmiş, bununla da təklif olunan işə qəbul oluna bilməmişdir. İkinci dəfə təklif olunan işlə əlaqədar imtahandan keçməkdən iimtina etmişdir. Məhkəmə iclasında iddiaçının ştat vahidinin ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən qanunvericiyin yuxarıda qeyd edilən normaların tələbləri baxımından bütün prosedur qaydalara düzgün riayət edildiyini müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, məhkəməyə 2025-ci ilin may ayında müraciət etmişdir. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Əmək Müfəttişliyinə müraciət etməsi, qazi oğlunun xəstəlikləri səbəbindən ona baxan şəxs olaraq heç bir yerə çıxa bilməməsi və işdən çıxma əmri ona verilməməsi ilə bağlı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı gətirdiyi dəlillər məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, onun xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı onun işdən çıxarılması barədə iş üzrə Cavabdeh MMC-nin Milli Operatoru tərəfindən tətbiq edilmiş olan xx.xx.2023-cü il tarixli 3-27-109/3-2-2533/2023 nömrəli əmrinin ləğv edilməsi, onun həmin işə bərpa edilməsi, məcburi buraxılmış olan iş günlərinə görə məvacibin ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev