Məhkəmə qərarları › İş №2(009)-1323/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1323/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1323/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4nanın Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 42 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olması göstərilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 42 saylı evin 6 saylı mənzilini 07.04.2005-ci il tarixdə Bakı şəhəri 2 saylı dövlət notariat notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzil 18.12.2017-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halhazırda o, həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. X3 mənzili ona təhvil versə də, onun qohumları hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlər mülkiyyətində olan mənzilə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsində yerləşən 42 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin azaldılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 18.12.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 42 saylı evin 6 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, 07 aprel 2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 42 saylı evin 6 saylı mənzilini 07.04.2005-ci il tarixdə Bakı şəhəri 2 saylı dövlət notariat notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 147.000.000 manat məbləğində pul ödəməklə almışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallaırnda olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1955-ci ildə Zəngilan rayonu, Sarıl kəndində anadan olmuş, Zəngilan rayonu, Sarıl kəndində qeydiyyatdadır. Təqdim olunmuş 46 saylı MKİS-nin 89 saylı, 02.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 42 saylı evin 6 saylı mənzili iddiaçı Quliyeva Nazilə Soltan qızı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 42 saylı evin 6 saylı mənzilini 07.04.2005-ci il tarixdə Bakı şəhəri 2 saylı dövlət notariat notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. İddiaçıya məxsus mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qeydiyyatdadırlar, lakin mənzildə yaşamırlar, həmin mənzildə cavabdehlərə məxsus əmlak yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 42 saylı evin 6 saylı mənzilinə istifadə hüququları itirilmiş hesab edilsin. Həmin qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 42 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar