Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1325/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili S.D.Səfərovun, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə, İddiaçı cavabdeh X4rşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4rşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ümumi sahəsi 70 kv.m. olan mübahisəli mənzil Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşir. Göstərilən ev onun, qızı X1 və Mənzil-Tikinti Şirkəti “xxxx” MMC arasında əvvəl bağlanmış alqı-satqı müqaviləsinə əsasən şəxsi mülkiyyət əsasında ona məxsusdur. Göstərilmiş yaşayış sahəsində hazırda o, qızı və azyaşlı oğlu ilə cavabdeh yaşayır, ancaq qeydiyyatda deyil. Əvvəl o, və qızları X18 və X9 ünvan 2 ünvanında birinci mənzildə yaşayıb qeydiyyatda olmuşlar. Nəticədə birgə yaşayış mümkün olmadığına görə göstərilmiş mənzil 17.08.2004-cü ildə AR No ******* seriyalı Bakı şəhər notariat kontorunda qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həm də həmin alqı-satqı müqaviləsinə əsasən hər biri, o cümlədən cavabdeh X18 mənzilin satılmasından alınan ümumi məbləğdən (222.500.000 manat) 73.500.000 manat ölçüdə 1/3 pay almışlar. 2/3 pay ölçüdə qalan pula o, qızı X16 ilə ünvan 3 ünvanında yerləşən ikinci mənzili almışlar. Sonra X18 dəfələrlə mənzilini satıb almışdır. 1995-ci ildə isə göstərilən hadisəyə qədər o hətta ünvan 4 ünvanında yerləşən mənzili də satmışdır, hansı ki 29.04.1995-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür. Mənzillərin dəfələrlə alınıb satılmasından X21 ona xahişlə müraciət etmişdir. Həmin müraciəti onunla bağlı olmuşdur ki, əgər qeydiyyatı olmasa onu MU maddi məsuliyyətli işçi vəzifəsində azad edəcəklər. O zaman növbəti ev alqı-satqısına görə onun tələb olunan qeydiyyatı yox idi. Buna görə də cavabdehin onun və Svetlananın əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Y.V.Hacıbabayev küçəsi, ev 12, mənzil 64 ikinci mənzilə qeydiyyata salınmasını xahiş etmiş və bunun formal xarakter daşıyacağına istinad etmişdir. Lakin cavabdeh mübahisəli mənzilə köçmüşdür. O, da əmin olmuşdur ki, o, evin mülkiyyətçisi kimi istənilən zaman cavabdehdən mübahisəli mənzildən çıxmağı tələb edə bilər. Yoxsa o, mənzili belə bir nüfuzlu yerdə satmış X10 xilas olmaq üçün? O vaxt o, qızı İvanenko Svetlana ilə mənzilin pay mülkiyyətçisi olmuşlar, onda Bakı şəhəri, Xaqani küçəsi, ev 19/13 ünvanında yerləşən mənzildən İrinanın öz hissəsini götürməsi barədə sənəd vardır, o, ürəklə İrinanı qeydiyyata salmışdır. O, indi anlamışdır ki, qurban olmuşdur. İrina “Vətəndaşların pasportlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyata alındığı rayonun yaşayış yerindəki pasport xidmətinin ünvanında sadəcə qeydiyyatı ala biləcəyini söyləmişdir. Sonradan həmin ünvanda yerləşən ikinci mənzil: Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin 31.05.2011ci il tarixli 243 nömrəli sərəncamı əsasında evin sökülməsi ilə əlaqədar İvanenko Svetlana və köçürmə üzrə nümayəndəsi X2 ilə onun arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, E. və V.Hacıbabayev küçəsi, bina 10/12, sökülməsi ilə əlaqədar 64 nömrəli mənzil, 08.07.2011-ci il tarixli A14-0257225 üçün alqı-satqı müqaviləsi əsasında satılmışdır. Lakin göstərilmiş alq-satqı müqaviləsinin notariusda qeydiyyatı zamanı Bakı şəhəri, Səbail rayonu, Y.və V.Hacıbabayevlər küçəsi, ev 10/12, mənzil 64 qeydiyyatda olan bütün yetkinlik yaşına çatan ailə üzvlərinin razılığı tələb edilmişdir. Cavabdeh İrina həmin evdə qeydiyyatda olmuş, notariat işində Bakı şəhəri, Səbail rayonu, Y.və V.Hacıbabayevlər küçəsi, ev 10/12, mənzil 64 satılmasına İrinanın razılığı olmuşdur. Lakin bu razılıq formal xarakter daşıyırdı. Belə ki, həmin mənzilə qeydiyyata düşən İrina əvvəl bu mənzilə köçməmişdir. İrina o zaman köçmüşdür ki, aldadaraq əri ilə gəlib 1 ay bu mənzildə yaşamaq istədiyini bildirmiş və sonra köçüb getməmişdir. Buna görə onu aldatmasına əmin olaraq o, polisə müraciət etmişdir. O, məhkəmədən bu faktı yoxlamasını xahiş etmişdir. Belə ki, İrinanın qanunsuz hərəkətlərinə dair onun şikayəti üzrə polisdə materiallar var. Lakin onun vəsatəti təmin edilməmişdir. ünvan 3 ünvanında yerləşən 2-ci mənzilin sökülməsindən sonra onlar Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən yeni tikililərdə o, və qızı X9 və “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 3-cü mənzili almışlar. X5 və qızının aldıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən üçüncü mənzildə müvəqqəti yaşamasını xahiş etmiş və söz vermişdir ki, bir ay ərzində özünə mənzil alacaq və onun mənzilini boşaldacaq. Lakin, X8 aldatmışdır. Onun həmin mənzildə yaşaması indiki vaxta qədər uzatmışdır. Xəqani küçəsində yerləşən birinci mənzilin satılması zamanı İrina satışdan alınan puldan öz payını almışdır. Həm də Bakı şəhəri, Xaqani küçəsi, ev 19/13 ünvanında yerləşən mənzil məcburi olaraq söküntü üzündən deyil, könüllü olaraq Pertseva İrina ilə birgə yaşamağın mümkünsüz olması ilə bağlı satılmışdır. Məhz buna görə İrina ünvan 7 ünvanında yerləşən mənzilə qeydiyyata alınmasından sonra razılaşmaya əsasən köçməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh X11 Bakı şəhəri, Səbail rayonu, E.və V.Hacıbabayev küçəsində yerləşən 10 saylı evin 12 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 2, A.Yaqubov küçəsində yerləşən 3 saylı evin 24 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqiləşdirilməsi və həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X12 ünvan 8 ünvanda yerləşən mənzildə qeydiyyatın etibarsız hesab edilməsi, X12 ünvan 8 ünvanda yerləşən yaşayış sahəsindən rəsmi qeydiyyatının ləğv edilməsini Səbail rayon şəxsiyyət vəsiqələrinin qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbil rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X4rşı X12 ünvan 8 ünvanda yerləşən yaşayış sahəsindən rəsmi qeydiyyatının ləğv edilməsini Səbail rayon şəxsiyyət vəsiqələrinin qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair hissəsində işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X6 dəqiqləşdirilmiş iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, tələblərdən biri ümumiyyətlə ümumi məhkəməyə aid deyil. Etibarsızlıqla bağlı tləb irəli sürməyə isə iddiaçının subyektiv hüququ yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən verilmiş ÖM seriyalı 206879 nömrəli, 30.09.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 3-cü Krasnoflot (indiki E.vəV.Hacıbabayevlər) küçəsində yerləşən 10/12 saylı evin 64 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı, ½ hissə X1 mülkiyyətində olmuşdur. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən verilmiş ÖM seriyalı 178572 nömrəli, 22.01.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 19/13 saylı evin 33 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı, X11 və X1 mülkiyyətində olmuşdur. İş üzrə 16.09.2004-cü il tarixli ”xxxx” MTK və X18 arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşmiş MTK “xxxx” MTK-nın tikilməkdə olan binasında 42 No-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını verməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 1 otaqdan, 52,88 kv.m.-dən ibarətdir. Həmin mənzilin ümumi dəyəri 15.800 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İş üzrə “xxxx” MMC ilə İddiaçı və X9 arasında bağlanmış 22.06.2007-ci il tarixli 407 nömrəli müqavilənin kserosurətindən görünür ki, “xxxx” MMC öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində ünvan 11.2005-ci il tarixli sərəncamı əsasında dörd, beş mərtəbəli binasının inşa etməsinə, inşa işlərinin 2005-2007-ci illər ərzində başa çatdırılmasını, binanın inşası başa çatdırıldıqdan sonra 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 24 nömrəli mənzilinin sifarişçi İddiaçı və X3 satılaraq, onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanması və həmin mənzilin onun mülkiyyətinə verilməsi, sifarişçinin isə bu əmlakı qəbul edib əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflərin ilkin hüquqi öhdəliklərinin yaranması qeyd edilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı və X1 mülkiyyətinə veriləcək olan mənzilin ümumi sahəsi 70 kv.m., ümumi dəyəri isə 49.000 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. İddiaçı və X9 “xxxx” MMC tərəfindən Səbail rayonu, Salyan şossesi, 2 ünvanında inşa olunmuş yeni yaşayış kompleksində 3 saylı binanın 27 nömrəli mənzilinin sahibləridir. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş 22.06.2007-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC şirkəti tərəfindən 407 nömrəli müqaviləyə əsasən İddiaçı və X9 Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən 5 mərtəbəli 3 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 70 kv.m.olan 24 nömrəli mənzilə pay ödənişi 49.000 ABŞ dolları ödəyib, “xxxx” MMC-yə heç bir borcu qalmayıb. İş üzrə 08.07.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 ünvan 12 ünvanında ümumi sahəsi 50,7 kv.m. olan 2 otaqlı mənzildən payına düşən (1/2 hissə) 25,35 kv.m. olan hissəsini alıcı Bakı şəhəri İcra Hakimiyyətinin mülkiyyətinə vermiş, mənzil 38,025 manata satılmışdır. İş üzrə şəxsiyyət vəsiqəsi haqqında məlumatların elektron çıxarışına əsasən X20 ünvan 8 ünvan üzrə qeydiyyatdadır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli,2(103)-14723/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X18 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X14rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 2, A.Yaqubov küçəsi, ev 3, 27 saylı mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1283/2019 saylı, 20.05.2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh X11 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1283/2019 saylı, 20.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.vəV.Hacıbabayevlər küçəsində yerləşən 10/12 saylı evin 64 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı, ½ hissə X1 mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 08.07.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil dövlət ehtiyacları üçün Bakı şəhər İcra Hakimiyyətinə satılmış və həmin mənzil sökülmüşdür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, E. və V.Hacıbabayev küçəsi, ev 10/12, mənzil 64 alqı-satqı müqaviləsinə əsasən satıldığından iddiaçının mülkiyyətindən çıxmışdır. Belə olan halda İddiaçı həmin mənzilə səlahiyyəti olmadığından onun mübahisəli mənzilə cavabdehin qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı olmasını qeyd etmişdir. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh X4rşı qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ olmadığı açıq aşkar olduğundan və bu səbəbdən iddiaçı hazırki iddia tələbi çıxış etmək hüququna malik olmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh X4rşı X12 ünvan 8 ünvanda yerləşən mənzildə qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev İş № 2(009)-1325/2021 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Bakı şəhər Səbail rayon Məhkəməsi Bakı şəhərində 27 may 2021-ci il tarixdə Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi Tərcüməçi G.G.Abbasovanın iştirakı ilə İddiaçı cavabdeh X4rşı yaşayış sahəsinə olan rəsmi qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4rşı Bakı şəhəri, Səbail rayonu, E və V Hacıbabayev küçəsində yerləşən 10/12 saylı evin 64 saylı mənzilinə qeydiyyatının etibarsız hesab edilməsi və həmin ünvan üzrə qeydiyyatının ləğv edilməsinin inzibati orqan üzərinə vəzifə kimi qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, E və V Hacıbabayev küçəsində yerləşən 10/12 saylı evin 64 saylı mənzilinə olan rəsmi qeydiyyatının ləğv edilməsinin inzibati orqan üzərinə vəzifə kimi qoyulması hissəsində işin icraatına tələbə məhkəmə qaydasında baxılmalı olamdığından xitam verilməlidir. Həmin tələbdən görünür ki, həmin tələb inzibati orqan üzərinə cavabdehin qeydiyyatının ləğv edilmə vəzifəsinin qoyulması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi inzibati orqan üzərinə vəzifənin qoyulması ilə bağlı olduğundan, həmin tələbə ümumi məhkəmədə baxıla bilməz. AR İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.5-ci madəsiən əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İV bölməsinə əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqan hesab edilir. AR MPM-nin 261.0.1-ci maddəsiən əsasən iş məhkəmədə baxılmalı deyildirmə, hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi inzibati orqanın üzərin cavabdehin rəsmi qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması ilə bağlı olduğundan və bununla da həmin hissədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin izah edir ki, iddia tələbinin qeyd edilən hissəsi üzrə icraata xitam verilməsi iddiaçıya göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət olunmasına mane deyil. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh X4rşı cavabdehin Bakı şəhəri, Səbail rayonu, E və V Hacıbabayev küçəsində yerləşən 10/12 saylı evin 64 saylı mənzilinə olan qeydiyyatının ləğv edilməsinin inzibati orqan üzərinə vəzifə kimi qoyulması hissəsində işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1325/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1325/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver